Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə42/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

137
Təqdimatın hazırlanmasına da bu dərsdə başlanılmalıdır. Belə ki, şagirdlər bu dərs 
saatında mövzunu müəyyən etməli, növbəti dərs saatında təqdimatı hazırlayıb təqdim 
etməlidirlər. 
2-ci dərs saatı təqdimatlara ayrılmışdır. Şagirdlərin sayını nəzərə alaraq əlavə möv-
zular  müəyyən  edə  bilərsiniz.  Mövzu  seçimini  şagirdlərin  özlərinə  də  həvalə  etmək 
olar.  Bu  onların  mövzular  üzərində  daha  maraqla  işləmələrinə  səbəb  olacaqdır.  İşin 
qruplar tərəfindən icra olunması da  mümkündür. Şagirdlərə aşağıdakı bəndlər üzrə is-
tiqamət verilməlidir:
• 
İstifadə olunacaq resursların müəyyənləşdirilməsi;
• 
Tədqiqatın nəticəsinin təqdim olunma formasının müəyyənləşdirilməsi (elektron 
və yaxud çap formatda);
• 
Qrupun nəticələri təqdim etməsinə ayrılacaq zaman.
Qiymətləndirmə: 
Şagirdlər  qrup  formasında  işlədikləri  zaman  onların  fəaliyyətini  aşağıdakı  4  is-
tiqamətdə qiymətləndirə bilərsiniz:
1. İşin planlaşdırılması;
2. Məlumat toplanılması;
3. Nəticə;
4. Təqdimetmə.
Meyarlar
Bal
Təqdimatda bütün qrup üzvlərinin iştirak etməsi (10 bal)
Mövzu ilə bağlı məlumatların araşdırılması (5 bal)
Mövzu ilə bağlı düzgün məlumatın seçilməsi (10 bal)
Təqdimatın hazırlanmasında sistemliliyin gözlənilməsi (10 bal)
Nəticənin bir-biri ilə əlaqəli müəyyən olunması (10 bal)
Təqdimatçının fikirlərini aydın və dəqiq ifadə etməsi (10 bal)
  LAYİHƏ


138
 
Biosfer
1. Yer səthindən yuxarı və aşağı getdikcə canlıların sayının dəyişməsi qrafikini qurun.
2. Verilmiş sözlərə yunanca uyğun gələn sözləri yazın.
canlı
su
daş
dəyişkənlik
qat
buxar
3. Biosferin sərhədlərini müəyyənləşdirin.
1.
2.
3.
4.
5.
6.
8884
5300
4100
3500
2100
1600
100
200
300
400
500
1000
3000
6000
10000
11500
0
M
Buzlaqlar
Tundra
Alp çəmənlikləri
İynəyarpaqlı meşələr
Enliyarpaqlı meşələr
Tropik və subtropik meşələr
Çöküntü 
məhsulları
Qranit
Bentos
Plankton
Bazalt
Neft
O a b a r m a   z o n a s ı
  LAYİHƏ


139
 
4. Biosferin biokütləsinin birinci məhsuluna aid olmayanları seçin:
1. Qıjı; 2. Çinar; 3. Ceyran; 4. Şampinyon; 5. Kərtənkələ; 6. Buğola; 
7. Nanə; 8. Mayböcəyi; 9. Kələm; 10. Zeytun.
5. Ekoloji tarazlığı pozanı seçin.
6. Canlı maddənin biokimyəvi funksiyalarına uyğun olanları yazın.
Qaz yaratmaq
Qatılaşdırmaq
Oksidləşmə – reduksiya
Energetik funksiya
Biokimyəvi funksiya
a)  Canlı maddənin bəzi elementlərini özün-
də toplaması;
b)  Qida  zənciri  vasitəsilə  enerjinin  ötürül-
məsi;
c)  Məhv olmuş orqanizmlərin parçalanıb mi -
nerallaşaraq bioloji dövrana qoşulması;
d)  Denitrifikasiya bakteriyalarının azotu at-
mosferə buraxması;
e) Maddələrin kimyəvi çevrilməsi.
7. Uyğunluğu müəyyən edin.
a) xlamidomonada
b) spirogira
c) ulva
d) kambala
e) anadonta
f) mirvari ilbizi
g) xlorella
h) ulotriks
Bentos orqanizmlər
Plankton orqanizmlər
  LAYİHƏ


140
 
8. Şəklə əsasən 3 müxtəlif qida zənciri qurun. 
9.  Quru  bitkiləri  Günəş  enerjisinin  1%-indən  istifadə  edir.  Bir  saat  ərzində  1  m
2
 
yarpaq bir qram üzvi maddə hazırlayır. Əgər 8 m
2
 yarpaq sahəsi 15 saat işıqlan-
dırılıbsa, onların üzərinə nə qədər Günəş enerjisi düşmüşdür?
10. Cədvəli doldurun.
Antropogen faktorlar
Nəticələri
Biosferin radioaktiv çirkləndirilməsi
Atmosferin aerozol çirkləndirilməsi
Atmosferin metan, etilen və s. kimi 
qazlarla çirklənməsi
Yer səthinin əks etdirilməsi
  LAYİHƏ


 
VI bölmə. Xordalıların ali nümayəndəsi 
– insan. Onun inkişafı və mühit
Bölmə üzrə reallaşdırılmış məzmun standartları
2.1.1.  Bioloji  proseslərin  mexanizminin  müqayisəli  şərhinə  dair  referat  və 
təqdimatlar hazırlayır.
2.1.3.  Bioloji prosesdə baş verən patoloji dəyişikliklərin fərqli mexanizmlə-
rinin xüsusiyyətlərini riyazi üsullarla əsaslandırır və təqdimatlar hazır-
layır.
3.1.1.  İnsanın fərdi və tarixi inkişafına dair müqayisələr aparır, təqdimatlar 
edir. 
3.1.2.  Psixi proseslər və orada baş verən dəyişiklikləri müqayisəli şərh edir 
və referatlar hazırlayır.
3.2.2.  Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndi-
rir, məruzə və təqdimatlar hazırlayır.
  LAYİHƏ


142
 
36. Xordalıların embrional inkişafı
  VI. XORDALILARIN ALİ NÜMAYƏNDƏSİ 
– İNSAN. ONUN İNKİŞAFI VƏ MÜHİT
Alt standart: 
2.1.1.  Bioloji  proseslərin  mexanizminin  müqayisəli  şərhinə  dair  referat  və  təqdi-
matlar hazırlayır.
Məqsəd: 
• 
Xordalıların embironal inkişafının müqayisəli şərhinə dair təqdimat hazırlayır.
• 
Mövzunun  motivasiya  bölməsində  verilən  sualların  müzakirəsi  şagirdlərin  bio-
logiyadan əvvəllər qazanmış olduqları biliklər əsasında aparılır.
Tədqiqatın  aparılmasına  Fəaliyyət  bölməsindəki  fəaliyyətin  icrası  ilə  başlamaq 
olar. Yumurtaların müqayisəsi ilə şagirdlər xordalıların fərdi inkişafında olan fərqləri 
görürlər. Nəzəri materialı müzakirə edərkən aşağıdakı məsələlərə xüsusi diqqət yetiril-
məlidir:
1. Suda yaşayan onurğalı heyvanlarda embrional inkişafı;
2. Quruda yaşayan onurğalı heyvanlarda embrional inkişaf;
3.  Yumurta sarısının miqdarından asılı olaraq embrional inkişafda fərqlərin meyda-
na gəlməsi;
4. Xordalı heyvanların müxtəlif siniflərində embrional inkişafın müqayisəli xarak-
teristikası.
Bu zaman aşağıdakı cədvəlin doldurulması da təklif edilə bilər.
Əlamətlər
Balıqlar Sürünənlər
Məməlilər
Quşlar
Mayalanmanın getdiyi mühit
Yumurta sarısının miqdarı
Blastomerlərin ölçüləri
Rüşeymin inkişafının getdiyi mühit
Dərsin məqsədinə uyğun olaraq xordalıların müxtəlif siniflərində embrional inkişa-
fın  müqayisəli  xarakteristikasına  aid  təqdimatın  hazırlanması  ev  tapşırığı  kimi  verilə 
bilər.
Ümumiləşdirmə  zamanı  F  blokundakı  birinci  yaradıcı  tətbiqetmə  zamanı  üçüncü 
tapşırığın icrası məsləhətdir.
http://gakh.cls.az/front/files/libraries/1524/books/534101448137466.pdf 
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə