Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə38/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

125
• 
Biosferin  sərhədləri  atmosferin  20  km  hündürlüyü,  litosferin  3  km  dərinliyini 
əhatə edir.
• 
Biosferdə Yer qatlarının sərhədlərində həyat üçün əlverişli şərait olur. Bu cür əra-
zilərdə canlılar daha çoxdur.
• 
Atmosferdə baş verən regional dəyişikliklərin qloballaşmaq təhlükəsi daha çox olur.
1-ci  tapşırıq  tədqiqat  aparılarkən,  2-ci  tapşırıq  yaradıcı  tətbiqetmə  mərhələsində, 
3-cü tapşırıq isə evdə icra üçün nəzərdə tutulub.
Qiymətləndirmə meyarları: 
• 
dəyərləndirmə
• 
məruzə hazırlama
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Biosferin sərhədlərin-
də baş verən dəyişik-
liklərin qloballaşma-
sını dəyərləndirməkdə 
çətinlik çəkir, hazır-
ladığı məruzə məqsə-
dəuyğun olmur.
Biosferin sərhəd-
lərində baş verən 
dəyişikliklərin 
qloballaşmasını 
dəyərləndirərkən 
müəllimin köməyinə 
istinad edir, hazırla-
dığı məruzə sistemli 
olmur.
Biosferin sərhəd-
lərində baş verən 
dəyişikliklərin qlo-
ballaşmasını dəyər-
ləndirir, hazırladığı 
məruzədə göstərilən 
faktlar tam əsaslan-
dırılmır.
Biosferin sərhəd-
lərində baş verən 
dəyişikliklərin 
qloballaşmasını 
dəyərləndirir, elmi 
dəlillərə əsaslanmış 
məruzə hazırlayır.
Atmosferdə baş verən 
regional dəyişiklik-
lərin qloballaşma 
təhlükəsinin daha 
çox olmasını dəyər-
ləndirməklə məruzə 
hazırlamaqda çətinlik 
çəkir.
Atmosferdə baş 
verən regional dəyi-
şikliklərin qlobal-
laşma təhlükəsinin 
daha çox olmasını 
dəyərləndirərək elmi 
dəlillərə söykən-
məyən sistemsiz 
məruzə hazırlayır.
Atmosferdə baş 
verən regional dəyi-
şikliklərin qlobal-
laşma təhlükəsinin 
daha çox olmasını 
dəyərləndirərək ha-
zırladığı məruzədə 
bəzi faktlar dəqiq 
olmur.
Atmosferdə baş 
verən regional 
dəyişikliklərin qlo-
ballaşma təhlükə-
sinin çox olmasını 
dəyərləndirərək sis-
temli, elmi dəlillərə 
söykənən məruzə 
hazırlayır.
  LAYİHƏ


126
 31.  Biosferdə canlı maddə
Alt standart: 
4.2.1.  Ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə və təqdimatlar 
hazırlayır.
Məqsəd: 
• 
Canlı maddənin biosferdə bir sıra funksiyalar həyata keçirməsini və bu funksiya-
ların dəyişməsinin qlobal xarakterini dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.
Şagirdlərdə idraki fəallıq yaratmaq üçün A blokunda verilmiş motivasiyanı onlar-
dan birinə oxuda bilərsiniz. Həyati bilikləri və gündəlik müşahidələri əsasında şagirdlə-
rin verdikləri cavablar müzakirə oluna bilər.
Tədqiqat sualı:
Canlı maddə biosferdə bir sıra funksiyalar həyata keçirir. Funksiyalar hansı səbəb-
lərdən dəyişə və qlobal xarakter daşıya bilər?
Şagirdlərin  cavablarının  lövhədə  və  yaxud  flipçartda  qeyd  olunması  məqsədəuy-
ğundur. 
Şagirdlərin fikirləri dinlənildikdən sonra C blokundakı mətnin fasiləli oxu üsulun-
dan  istifadə  olunmaqla  oxunması  və  müzakirəsi  təşkil  olunmalıdır.  Müzakirə  zamanı 
əyani vəsaitlərə, şəkillərə, elektron təqdimatlara istinad oluna bilər. Tədqiqat məqsədilə 
B blokundakı tapşırıq ayrı-ayrı cütlərə və yaxud qruplara verilə bilər. Qruplaşmanı si-
nifdəki şagirdlərin sayına uyğun cütlərdə və yaxud da qrupda apara bilərsiniz.
C blokunun müzakirəsi zamanı lövhədə qeydlər aparmaq məsləhət görülür: 
1. Qaz yaratmaq funksiyası;
2. Qatılaşdırma funksiyası;
3. Oksidləşmə – reduksiya funksiyası;
4. Energetik funksiya;
5. Biokimyəvi funksiya.
Bu qeydlərin aparılması şagirdlərin oxuduqlarını sistemləşdirmələrinə imkan yara-
dır.  Canlı  maddənin  özünütənzimləmə  xassəsinin  pozulması  nəticəsində  funksiyaları 
arasında olan balans dəyişir ki, bu da qlobal problemlərin yaranma səbəblərindən biridir.
F  blokundakı  tapşırıqların  icrası  məqsədilə  şagirdlərə  internetdən  istifadə  imkanı 
yaradılmalıdır.  Məktəbin  maddi-texniki  bazası  buna  imkan  vermədiyi  halda  paylama 
materialından  istifadə  oluna  bilər.  Bu  məqsədlə,  yəni  paylama  materialı  hazırlamaq 
üçün aşağıda qeyd olunan kitabdan istifadə etmək olar. Kitabı tapa bilmədiyiniz təqdir-
də verilmiş linkdən istifadə edib materialı internetdən əldə edə bilərsiniz: 
  LAYİHƏ


127
Qərib Məmmədov, Mahmud Xəlilov. Ekologiya, ətraf mühit və insan. Bakı, “Elm”, 
2006. 
http://elibrary.bsu.az/kitablar/903.pdf  
Standartın tələbinə müvafiq başqa tapşırıqlar hazırlamaqda da sərbəstsiniz. Lakin 
bu zaman hazırladığınız tapşırıqların nəticələrinin tədqiqat sualına uyğunluğuna da diq-
qət edin. 
Qiymətləndirmə meyarları: 
• 
dəyərləndirmə
• 
təqdimat və məruzə hazırlama
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Canlı maddənin 
biosferdə bir sıra 
biokimyəvi funksiya-
lar həyata keçirməsini 
və bu funksiyaların 
dəyişməsinin qlobal 
xarakterini dəyər-
ləndirməkdə çətinlik 
çəkir.
Canlı maddənin bio-
sferdə bir sıra bio-
kimyəvi funksiyalar 
həyata keçirməsinin 
əhəmiyyətini vurğu-
layır və bu funksiya-
ların dəyişməsinin 
qlobal xarakterini  
dəyərləndirməkdə 
çətinlik çəkir.
Canlı maddənin 
bio sferdə bir sıra 
biokimyəvi funk-
siyalar həyata 
keçirməsini və bu 
funksiyaların dəyiş-
məsinin qlobal xa-
rakterini müəllimin 
sualları əsasında 
dəyərləndirir.
Canlı maddənin 
bio sferdə bir sıra 
biokimyəvi funk-
siyalar həyata 
keçirməsini və 
bu funksiyaların 
dəyişməsinin qlobal 
xarakterini müxtə-
lif faktlara əsasən 
dəyərləndirir.
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər 
əks olunmayıb.
Dəqiq mənbələrə 
istinad olunsa da, 
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Təqdimat sistemli, 
dəqiq elmi mən-
bələrə istinadən 
hazırlanıb.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə