Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə46/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

154
Alt standart: 
3.2.2.  Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir, mə-
ruzə və təqdimatlar hazırlayır.
Məqsəd: 
• 
Sağlam gələcəyin təmin olunması üçün sağlam həyat tərzinin vacibliyini dəyərləndirir.
Artıq aşağı siniflərdən şagirdlər sağlam həyat tərzi, reproduktiv sağlamlıqla bağlı 
müəyyən bilik və bacarıqlara yiyələniblər. Bu baxımdan A blokunda verilmiş motivasi-
yadan istifadə edə bilərsiniz. Şagirdləri “Sağlam həyat tərzi nədir? Sağlamlığın şərtlə-
rinə əməl etməsək, nə baş verər? Sağlam ailənin qurulmasında bunun nə kimi əhəmiy-
yəti var?” sualları ətrafında düşünməyə sövq edin. Onların sağlam həyat tərzinə dair 
qeyd etdiklərini lövhədə yazaraq hər birinin ailənin sağlamlığı baxımından əhəmiyyəti-
ni  müəyyən  etmələrini tapşırın.  Qeyd  olunmuş  fikirləri bu  ifadələrin qarşısında  qeyd 
edin. Məsələn: 
1. Yoluxucu xəstəliklərdən qorunmaq sonsuzluğun qarşısını alar.
2.  Zərərli  vərdişlərdən  uzaq  olmaq  dünyaya  şikəst  uşaqların  gəlməsini,  ailə  mü-
naqişələrini önləyər, uşağın ana bətnində ölmə riskini azaldar.
Bunlar fərziyyələrdir. Bu səbəbdən də çox müzakirə tələb etmir. Şagirdlərin fikirlə-
ri  şərhsiz  qeyd  olunur.  Dərsin  sonunda  bu  fərziyyələrə  qayıtmaq  vacibdir.  Doğru  və 
yanlış olan fikirlər şagirdlərin diqqətinə çatdırılmalıdır. 
Qeyd: Bu problemlər şagirdləri yaş baxımından da çox maraqlandırır. Yaş dövrü ilə 
əlaqədar zərərli vərdişlərə aludəçiliyi nəzərə alaraq, “zərərli vərdişlər” üzərində xüsusi 
dayanmaq məqsədəuyğundur. 
B blokundakı tapşırıq şagirdlər tərəfindən icra olunmalıdır. Bu suallar kollektivdə 
müzakirə oluna bilər. 
Ümumiləşdirmə  və  nəticə  mərhələsində  yeniyetmələrə  reproduktiv  sağlamlığın, 
hərəkətin, zərərli vərdişlərdən uzaq olmanın, gigiyena qaydalarına əməl etmənin, cins-
lər  arasında  normal  münasibətlərin  və  s.  olduqca  vacib  olduğunu,  eyni  zamanda  bu 
amillərin gələcəyin sağlam ailəsinin qurulmasında olduqca böyük əhəmiyyət daşıdığını 
xüsusi  vurğulamaq  lazımdır.  Bu  mərhələdə  videomaterial  da  nümayiş  etdirmək  olar. 
Videomaterial rus dilində olduğundan onu siz özünüz də səsləndirə bilərsiniz. 
https://www.youtube.com/watch?v=TAR5k1GAETQ
https://www.youtube.com/watch?v=sHdXZ8ef74g– zərərli vərdişlər
https://www.youtube.com/watch?v=MzAfphyqZKQ
Sinifdə şagirdlərin sayı çox olarsa, F blokundakı 2-ci tapşırıq da qrup tapşırığı kimi 
verilə bilər. F blokundakı 3-cü tapşırığı isə ev tapşırığı kimi vermək məqsədəuyğundur. 
 
42. Ailədə sağlam münasibətlər
  LAYİHƏ


155
Qiymətləndirmə.  Təlim  məqsədlərinə  nail  olmaq  dərəcəsini  aşağıdakı  meyarlar 
üzrə qiymətləndirə bilərsiniz:
Qiymətləndirmə meyarı: 
• 
dəyərləndirmə
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Sağlam gələcəyin 
təmin olunması üçün 
sağlam həyat tərzinin 
əhəmiyyətini bilir, 
dəyərləndirməkdə 
çətinlik çəkir.
Sağlam gələcəyin 
təmin olunması 
üçün sağlam həyat 
tərzinin əhəmiy-
yətini vurğulayır, 
dəyərini faktlar əsa-
sında şərh etməkdə 
çətinlik çəkir.
Sağlam gələcəyin 
təmin olunması 
üçün sağlam həyat 
tərzinin əhəmiy-
yətini müəllimin 
sualları əsasında 
dəyərləndirir.
Sağlam gələcəyin 
təmin olunması 
üçün sağlam həyat 
tərzinin əhəmiyyəti-
ni müxtəlif faktlara 
əsasən  dəyərlən-
dirir.
Əlavə material
http://news.atv.az/az/social/29195-nikah-baglamaq-isteyenlerin-hansi-xestexana-
larda-tibbi-muayine-olunacagi 
http://news.lent.az/news/202927  
Azərbaycanda sağlam ailənin formalaşması, maarifləndirmə, xüsusilə risk qrupları-
nın müəyyən edilməsi üçün nikaha daxil olmaq istəyən şəxslərin icbarı tibbi müayinə-
dən keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti 17 oktyabr 2014-cü 
il  tarixində  “Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsində  dəyişikliklərin  edilməsi 
haqqında” Qanun və 15 dekabr 2014-ci ildə bu qanunun tətbiqi barədə müvafiq Fərman 
imzalayıb.
Sənədə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keç-
mələri ilə bağlı tələblər 2015-ci il iyunun 1-dən qüvvəyə minmişdir.
Fərmanın icrası ilə bağlı, Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 aprel 
tarixində müvafiq qərar verib. Qərara uyğun olaraq sağlam ailənin formalaşması üçün 
şəraitin yaradılması, irsi xəstəliklə, xüsusən diyar xəstəliyi olan talassemiya və anadan-
gəlmə  inkişaf  qüsuru  ilə  uşaqların  doğulmasının  qarşısının  alınması  məqsədilə Azər-
baycan  Respublikasının Ailə  Məcəlləsinin  13-cü  maddəsinə  əsasən  Səhiyyə  Nazirliyi 
tərəfindən hazırlanmış “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli 
olduğu xəstəliklərin Siyahısı”, “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən 
keçmə Qaydası” və “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdikləri-
ni təsdiq edən arayışın forması” təsdiq edilib.
Nikaha daxil olmaq istəyən şəxslər mütləq aşağıdakı xəstəliklər üzrə tibbi müayinə-
dən keçməlidirlər:
• hemoqlobinopatiyalar;
• böyük beta-talassemiya;
• aralıq beta-talassemiya;
• drepanotalassemiya;
• oraqvarı hüceyrəli anemiya;
• İİV/QİÇS;
• sifilis.
  LAYİHƏ


156
 
43. Sağlam həyat tərzi – sağlam ailə
Alt standart: 
3.2.2.  Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir, mə-
ruzə və təqdimatlar hazırlayır.
Məqsəd: 
• 
Sağlam gələcəyin təmin olunması üçün sağlam psixoloji şərait yaratmağın vacib-
liyini dəyərləndirir, məruzə hazırlayır.
Motivasiya məqsədilə şagirdlərə “Ağıl, şüur, sevgi, maraq, istək, qəzəb, qısqanclıq, 
qeybət  və  iftiranın  insanlararası  münasibətlərə  təsir  etdiyi  sizə  məlumdur.  Sizcə,  ailə 
münasibətlərinə  bu  amillərdən  başqa  hansı  amillər  təsir  göstərir? Ailədə  ailə  üzvləri 
arasındakı  münasibətlərdə  ümumi  cəhətlərin  nə  kimi  əhəmiyyəti  vardır?”  sualları  ilə 
müraciət  etməniz  məqsədəuyğundur.  Şagirdlərin  fikirləri  dinlənilməli,  ehtiyac  varsa, 
yönəldici suallar verilməlidir. 
Şagirdlərə bu qeyd olunanların mənəvi və emosional sağlamlığın əsasını təşkil et-
diyini söyləyərək “Ailədə sağlam psixoloji şəraitin yaradılmasının nə kimi əhəmiyyəti 
vardır? ” sualı ətrafında tədqiqat aparılmalıdır. 
Standartın  tələbini  və  reallaşdırılacaq  təlim  məqsədini  əsas  götürərək  tədqiqat,  hansı 
formada motivasiyanın qurulmasından asılı olmayaraq sonuncu sual ətrafında aparılmalıdır.
Tədqiqatın aparılması zamanı elektron təqdimatdan, şəkillərdən və başqa əyani və-
saitlərdən də istifadə edə bilərsiniz. Bu zaman dərsi mühazirə deyil, daha çox diskussi-
ya şəklində aparmaq vacib şərtdir. Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq  şəxsi 
gigiyena ilə bağlı məsələlərə xüsusi diqqət yetirməniz vacibdir. 
B blokundakı tapşırığın müzakirəsi qruplarda aparıla bilər. Şagirdlərə sağlam həyat 
tərzini  şərtləndirən  amillərdən  olan  reproduktiv  sağlamlığın  nə  dərəcədə  əhəmiyyətli 
olduğunu faktlar və nümunələrlə əsaslandırmağa, münasibət bildirməyə, öz fikirlərini 
faktlarla sübut etməyə imkan yaratmaq vacibdir.
C blokundakı mətn fasiləli oxu üsulundan istifadə olunaraq hər bir bənd müzakirə 
olunmalıdır. 
Şagirdlərə  F  blokundakı  1-ci  tapşırığın  icrası  məqsədilə  bu  material  “Gənc  ailə 
proqramı” paylama materialı şəklində şagirdlərə təqdim oluna bilər. Bu materialı aşağı-
dakı linkdən əldə edə bilərsiniz:
http://www.e-qanun.az/alpidata/framework/data/5/f_5194.htm   
F  blokundakı  3-cü  tapşırığı  şagirdlər  sosial  aspektdən  yanaşmaqla  yerinə  yetirə 
bilərlər.
Ümumiləşdirməni aşağıdakı fikirlərlə tamamlamaq məqsədəuyğundur:
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə