Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə48/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

163
Bunu müzakirə yolu ilə diqqətə çatdırmaq olar.
Müzakirə apararkən aşağıdakılara daha çox diqqət yetirmək lazımdır:

 
Bitkilərdə sitoplazmanın bölünməsi;
• 
Heyvanlarda sitoplazmanın bölünməsi;

 
Sitogenezin gedişində fərqliliyin meydana çıxmasının səbəbi;

 
Hüceyrələrdə çoxnüvəliliyin əmələ gəlməsi zamanı sitogenezin gedişində nə kimi 
dəyişiklik baş verir.
Dərslikdə verilmiş ikinci tapşırıq tədqiqat apararkən, birinci və üçüncü tapşırıq isə 
yaradıcı tətbiqetmə zamanı icra oluna bilər.
Dərsə  aid  referat  mövzusu:  Bitki  və  heyvan  hüceyrələrində  mitoz  bölünmə  və 
onların gedişində fərq.
Qiymətləndirmə meyarı: 
• 
referat hazırlama
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Bitki və heyvan 
hüceyrəsində sitoplaz-
manın bölünməsinin 
fərqlərinə dair referat 
hazırlamaqda çətinlik 
çəkir.
Bitki və heyvan 
hüceyrəsində sitop-
lazmanın bölünmə-
sinə dair hazırladığı 
referat məqsədəmü-
vafiq deyil.
Bitki və heyvan 
hüceyrəsində sitop-
lazmanın bölünmə-
sinə dair hazırladığı 
referat sistemli 
deyil.
Bitki və heyvan hü-
ceyrəsində sitoplaz-
manın bölünməsinə 
dair sistemli, elmi 
dəlillərə əsaslanan 
referat hazırlayır.
  LAYİHƏ


164
 45.  Həzm prosesinin gedişində müxtəliflik
Alt standartlar: 
2.1.1.  Bioloji  proseslərin  mexanizminin  müqayisəli  şərhinə  dair  referat  və  təq di-
matlar hazırlayır.
2.1.2.  Maddələr  mübadiləsində  baş  verən  dəyişikliklərin  fərqli  mexanizmlərini 
müqayisəli şəkildə şərh edir, məruzə və təqdimatlar hazırlayır.
Məqsəd: 

 
İnsanla məməli heyvanların həzm prosesinin müqayisəli şərhinə dair təqdimat ha-
zırlayır.

 
İnsanda həzm prosesində baş verən dəyişikliklərin fərqli mexanizmini şərh edir.
Mövzunun  tədrisinə  şagirdlərin  Biologiya  fənnindən  əldə  etdikləri  mövcud  bilik-
lərinə əsaslanaraq başlaya bilərsiniz. Bu zaman siz BİBÖ cədvəlindən istifadə etməklə 
insanın və məməli heyvanların həzm prosesi haqqında bilgilərin ümumiləşdirilməsinə 
nail olacaqsınız.
Bundan  sonra  növbəti  addımı  atmaq  –  bu  iki  canlının  həzm  prosesini  müqayisə 
etmək üçündür.
Fəaliyyət bölməsində verilən şəkillərə istinadən müqayisəyə başlamaq olar.
Mətnin müzakirəsi zamanı insanın həzm prosesində baş verən bəzi dəyişikliklərin 
səbəbinin  açıqlanmasına  da  diqqət  yetirilməlidir.  Şagirdlər  dərsin  gedişi  zamanı  əldə 
etdikləri  bilgiləri  ümumiləşdirir,  internet  resurslardan  istifadə  edərək  əlavələr  edir  və 
referat şəklində təqdim edirlər.
Müzakirə zamanı aşağıdakılara diqqət yetirilməlidir:
1. İnsanda həzm prosesi;
2. Məməli heyvanlarda həzm prosesi;
3. İnsanda və otyeyən heyvanlarda həzm prosesinin müqayisəsi;
4. İnsanın qaraciyərində piy infiltirasiyası;
5. Ateroskleroz;
6. Podaqra.
Dərslikdə  verilmiş  1-ci  və  2-ci  tapşırıqlar  yaradıcı  tətbiqetmədə,  3-cü  tapşırıq 
tədqiqat apararkən, 4-cü tapşırıq evdə icra üçün nəzərdə tutulub.
Təqdimat və referat üçün mövzular: 

 
“İnsanın həzm prosesində baş verən dəyişikliklər”.

 
Podaqra xəstəliyi zamanı böyrəklərin zədələnmə səbəbi.

 
Karbohidrat və lipid mübadiləsinin pozulması zamanı yaranan xəstəliklər.
Qiymətləndirmə meyarları: 

 
təqdimat hazırlama

 
şərhetmə
  LAYİHƏ


165
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
İnsanla məməli 
heyvanların həzm 
sisteminin 
müqayisəsinə dair 
təqdimat ha zırlamaqda 
çətinlik çəkir.
İnsanla məməli hey-
vanların həzm siste-
minin müqayisəsinə 
dair hazırladığı 
təqdimat sistemsiz-
dir, mövzunu tam 
əhatə etmir.
İnsanla məməli 
heyvanların həzm 
sisteminin 
müqayisəsinə dair 
təqdimatda cüzi 
səhvlərə yol verir.
İnsanla məməli 
heyvanların həzm 
sisteminin 
müqayisəsinə dair 
sistemli, elmi 
əsaslara istinad 
edilən təqdimat 
hazırlayır.
İnsanda həzm 
prosesində baş verən 
dəyişikliklərin fərqli 
mexanizmini şərh 
etməkdə çətinlik çəkir.
İnsanda həzm 
prosesində baş 
verən 
dəyişikliklərin 
fərqli mexanizmini 
şərh edərkən bəzi 
səhvlərə yol verir.
İnsanda həzm 
prosesində baş 
verən 
dəyişikliklərin 
fərqli mexanizmini 
müəllimin köməyi 
ilə şərh edir.
İnsanda həzm 
prosesində baş 
verən 
dəyişikliklərin 
fərqli mexanizmini 
sərbəst şərh edir.
https://www.youtube.com/watch?v=z5MK8ggDNJ4
 – podaqra 
https://www.youtube.com/watch?v=aBTYuE8Olps
 – ateroskleroz
https://www.youtube.com/watch?v=xhF2NiRcgsM
 – ateroskleroz
Əlavə material
Beyin  damarlarının  aterosklerozu.  Beyin  qan  damarlarının  aterosklerozu  yaşlı  in-
sanlar arasında tez-tez təsadüf olunan xəstəliklərdəndir. Yaranma səbəbi lipid və xoles-
terin mübadiləsi pozğunluğudur. Beyin damarlarının divarına lipid çökməsi ilə əlaqədar 
elastik qişa boşalır, bəzən də damar divarında kalsium duzları çökür, beləliklə, aterosk-
leroz baş verir. Beləliklə də damarın keçəcəyi daralır, nəticədə həmin damarın qidalan-
dırdığı nahiyədə qan azlığı yaranır, bu da beynin müxtəlif hissələrində yumşalma, çü-
rümə  və  qliya  çapıqlarının  yaranması  ilə  nəticələnir.  Xəstəliyin  əsas  əlamətlərinə 
başağrısı, başda olan ağırlıq, qulaqlarda küy, başgicəllənmə, yersiz əsəbilik, əmək qabi-
liyyətinin azalması, yaddaş zəifliyi, müvazinətin pozulması, səndələmə, yuxu pozğunlu-
ğu və s. aid edilir. Xəstəlik zamanı emosional zəiflik (qeyri-ixtiyari gülüş və ağlama) 
hallarının baş verməsi kimi əlamətlər də ortaya çıxır. Ateroskleroz bir çox hallarda bey-
nin işemik insultuna gətirib çıxara bilir. Xəstəliyin əlamətləri müşahidə olunduğu halda 
xəstəyə ilk növbədə lazımi rejim və ciddi pəhriz təyin edilir. Pəhriz zamanı yağlı ət, ba-
lıq, qaraciyər, yumurta və qaymaqdan çox az istifadə olunması tövsiyə edilir.
Aterosklerozdan əziyyət çəkməmək üçün zərərli vərdişlərdən uzaq durmaq,sağlam 
qidalanmaq, çəkini nəzarətdə saxlamaq, təmiz havada gəzmək vacibdir. Qanda xoleste-
rol artması, diabet və yüksək təzyiq kimi narahatlıqlar olduğu halda müalicə almaq müt-
ləqdir.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə