Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə45/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

150
 
40. Depressiyalar
Alt standart: 
3.1.2.  Psixi proseslər və orada baş verən dəyişiklikləri müqayisəli şərh edir və refe-
ratlar hazırlayır.
Məqsəd: 
• 
Depressiya zamanı orqanizmdə baş verən dəyişiklikləri müqayisəli şərh edir və 
referat hazırlayır.
Motivasiya yaratmaq məqsədilə dərslikdə bunun üçün nəzərdə tutulan bölməyə is-
tinad etmək məsləhətdir. Bu zaman verilən suallara fərqli cavablar alınacağı təbiidir.
Depressiya nədir? Onu necə aradan qaldırmaq olar?
Depressiyaya səbəb olan amillər hansılardır?
Cavabları  qruplaşdıraraq  cədvəlin  müvafiq  sütunlarında  qeyd  etmək  olar.  Nəticə 
çıxarılan zaman cədvəlin müvafiq sütunundakı cavablar nəticə ilə müqayisə oluna bilər.
Depressiya və onun 
əlamətləri
Depressiyanı yaradan 
səbəblər
Onun aradan qaldırılma 
yolları
Nəzəri materialın müzakirəsi zamanı da eyni cədvəl tərtib edib alınan nəticələri sü-
tunlarda qeyd etmək olar. Bu zaman depressiyaya səbəb olan faktorların sxematik təs-
virinin verilməsi mətnin mənimsənilməsi üçün faydalı nəticə verər.
Depressiya-
ya səbəb olan 
faktorlar
sosial
psixoloji
bioloji
Tədqiqat apararkən “Depressiyanın baş verməməsi üçün qaydalar tərtib edin” tap-
şırığının icrası tapşırıla bilər. Nəticənin dərslikdə verilən qaydalarla müqayisəsi məqsə-
dəuyğun olar.
Dərslikdə verilən 2-ci və 3-cü tapşırıqlar tədqiqat aparılarkən icra oluna bilər. 1-ci 
tapşırığın isə evdə icrası nəzərdə tutulub.
https://www.youtube.com/watch?v=LmgA5rW1jm8
  LAYİHƏ


151
Referat mövzusu:
“Depressiv pozuntunun müalicəyə bağlılığı”
Qiymətləndirmə meyarları: 
• 
şərhetmə
• 
referat hazırlama
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Depressiya zamanı 
orqanizmdə baş verən 
dəyişikliklərin müqa-
yisəsində səhvlərə yol 
verir, referat hazırla-
maqda çətinlik çəkir.
Depressiya zamanı 
orqanizmdə baş 
verən dəyişiklikləri 
müəllimin köməyi 
ilə şərh edir, referatı 
məqsədəmüvafiq 
hazırlayır.
Depressiya zamanı 
orqanizmdə baş 
verən dəyişiklikləri 
şərh edir, hazırla-
dığı referatda bəzi 
sistemsizliyə yol 
verir.
Depressiya zamanı 
orqanizmdə baş 
verən dəyişikləri 
şərh edir və referat 
hazırlayır.
  LAYİHƏ


152
 
41. Psixozlar
Alt standartlar: 
2.1.3.  Bioloji prosesdə baş verən patoloji dəyişikliklərin fərqli mexanizmlərinin xü-
susiyyətlərini riyazi üsullarla əsaslandırır və təqdimatlar hazırlayır.
3.1.2.  Psixi proseslər və orada baş verən dəyişiklikləri müqayisəli şərh edir və refe-
ratlar hazırlayır.
Məqsəd: 
• 
Psixozun kişilərdə və qadınlarda yaşdan asılı olaraq başvermə ehtimalını qrafik 
yolla əsaslandırır və təqdimat hazırlayır.
• 
Psixozlar zamanı baş verən dəyişikliklərin fərqli mexanizmlərini şərh edir və re-
ferat hazırlayır.
Motivasiya şagirdlərin həyatda qazandıqları bilgilər əsasında qurula bilər. Artıq on-
lar psixi proseslərin pozuntuları olan depressiya, stress, təşviş haqqında lazımi qədər 
bilgilərə  malikdirlər.  Bunun  üçün  mətnin  motivasiya  bölməsində  verilən  suallara 
“psixoz” cavabı almaq ehtimal olunur. Buna müəllimin yönəldici sualları sayəsində də 
nail olmaq olar.
Tədqiqata nəzəri materialın müzakirəsi ilə başlamaq mümkündür. Bu zaman aşağı-
dakı cədvəlin sütunlarının doldurulması təklif oluna bilər.
Psixozun əsas əlamətləri:
Davranış pozuntuları
Düşüncə pozuntuları
Qavrama pozuntuları
Tədqiqat zamanı şagirdlər psixoza düçar olmuş xəstələrlə davranış qaydalarını tər-
tib edə və onu dərslikdə verilən qaydalarla müqayisə edərək nəticə çıxara bilərlər.
Nəticə və ümumiləşdirmə zamanı tərtib olunmuş cədvəlin sütunlarının doldurulma-
sı aparıla bilər.
Kəskin psixoz və 
əlamətləri
Keçici psixoz və 
əlamətləri
Xroniki psixoz və 
əlamətləri
1-ci və 3-cü tapşırığın icrası yaradıcı tətbiqetmə mərhələsində aparıla bilər.
3-cü tapşırığın icrasının evdə həyata keçirilməsi nəzərdə tutulub.
Referat mövzusu: “Bipolyar pozuntu ilə şizofreniyanın müqayisəli xarakteristikası”
https://www.youtube.com/watch?v=dDqW0bG5u-Y
  LAYİHƏ


153
Qiymətləndirmə meyarları: 
• 
riyazi əsaslandırma
• 
təqdimat hazırlama
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Psixozların qadın və 
kişilərdə başvermə 
ehtimalının yaşdan 
asılılığını qrafik üsulla 
əsaslandırmaqda çə-
tinlik çəkir, hazırladığı 
təqdimat məqsədəuy-
ğun deyil.
Psixozların qadın və 
kişilərdə başvermə 
ehtimalının yaşdan 
asılılığını qrafik 
üsulla əsaslandı-
rarkən müəllimin 
köməyinə istinad 
edir, hazırladığı 
təqdimat məqsədi 
tam əhatə etmir.
Psixozların qadın və 
kişilərdə başvermə 
ehtimalının yaşdan 
asılılığını qrafik 
üsulla əsaslandırır, 
hazırladığı təqdimat 
sistemli olmur.
Psixozların qadın və 
kişilərdə başvermə 
ehtimalının yaşdan 
asılılığını qrafik 
üsulla əsaslandır, 
təqdimat hazırlayır.
Psixoz zamanı baş 
verən dəyişikliklərin 
fərqli mexanizmini 
şərh edərkən çətinlik 
çəkir.
Psixozlar zamanı 
baş verən dəyişiklik-
lərin fərqli mexaniz-
mini şərh edərkən 
müəllimin köməyinə 
istinad edir.
Psixozlar zamanı 
baş verən dəyi-
şikliklərin fərqli 
mexanizmini şərh 
edərkən bəzi səhv-
lərə yol verir.
Psixozlar zamanı 
baş verən dəyişik-
liklərin fərqli mexa-
nizmini şərh edir.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə