Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə43/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

143
Qiymətləndirmə meyarı: 
• 
təqdimatın hazırlanması
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Hazırladığı təqdimat-
da xordalıların embri-
onal inkişafı doğru 
əks olunur.
Hazırladığı təqdi-
matda xordalıların 
embrional inkişafı-
nın müqayisəsi sis-
temsiz verilmişdir.
Xordalıların embri-
onal inkişafının 
müqayisəsinə dair 
hazırladığı təqdi-
matda bəzi səhvlərə 
yol verir.
Xordalıların embri-
onal inkişafının 
müqayisəsinə dair 
sistemli və elmi 
dəlillərə əsaslanan 
təqdimat hazırlayır.
Əlavə material
Onurğalıları yaşayış şəraitinə, yumurtanın quruluşu və inkişaf xüsusiyyətinə görə iki 
qrupa  –  anamnilərə  və  amniotlara  ayırırlar.  Balıqlar  və  suda-quruda  yaşayanlar  anam-
nilərə, sürünənlər, quşlar və məməlilər sinfi isə amniotlara daxildir.
Qığırdaqlı balıqlar və bəzi suda-quruda yaşayanlardan başqa, anamnilərin hamısında 
mayalanma xaricidir, yumurta suda inkişaf edir, sürfə su həyatı keçirir; suda-quruda ya-
şayanların sürfəsi isə yalnız metamarfoz keçirdikdən sonra sudan quruya çıxır. Bu xüsu-
siyyətinə görə anamnilər ilk su onurğalıları olub ya həmişə suda yaşayır, ya da inkişafın 
ilk mərhələsini suda yaşayır.
Amniotlar anamnilərdən fərqli olaraq, ilk quru onurğalılarıdır. Bunlarda mayalanma 
daxilidir. Yumurta ilə çoxalan amniotların yumurtaları quruda inkişaf edir; yumurta sarı 
maddəsi ilə zəngindir, sürfə mərhələsi olmur, inkişaf metamarfozsuz gedir. İkinci dəfə su 
mühitinə keçən amniotlar yumurta qoymaq üçün quruya çıxır (dəniz tısbağaları, timsah-
lar və s.), digərləri diri bala doğur. Hər iki qrupa daxil olan heyvanlar bir-birindən aşağı-
dakı əlamətlərinə görə fərqlənir:
• Yumurta quruluşuna görə anamnilərin kürüsu həlməşik pərdə ilə əhatə olunurki, bu 
da onun suda öz formasını saxlamasını təmin edir. Sarı maddəsi az olur, rüşeymin inkişa-
fına lazım olan su yumurtaya xaricdən daxil olur. Amniotların yumurtası isə quruda qo-
yulur, sərt qabıqla örtülür. Bu yumurtanı qurumaqdan qoruyur. Yumurtanın sarı maddəsi 
çox olur. Tərkibində rüşeymin inkişafını təmin edəcək qədər su olan yumurta ağı çoxdur. 
Yumurtanın  formasını  saxlamağa  xidmət  edən  xarici  qatlar  sıx  və  möhkəmdir.  Kər-
tənkələ və ilanlarda perqament kağızı kimi, quşlarda, tısbağalarda isə sərt kirəcli olur.  
• Rüşeymin inkişafına görə anamnilərin yumurta hüceyrəsi tam qeyri-bərabər bölünür. 
İnkişafın sonrakı mərhələlərində formalaşmış sürfə yumurta pərdəsini dələrək suya düşür 
və qəlsəmələrlə tənəffüs edir. Sürfənin inkişafı suda başa çatır. Amniotların yumurtahücey-
rəsi sarı maddəsi ilə zəngin olur, bölünmə yalnız animal qütbdə gedir. İnkişaf etməkdə olan 
yumurtada vacib uyğunlaşma əlaməti olan bir sıra mühim pərdələr əmələ gəlir.
  LAYİHƏ


144
 
37. İnsanın embrional inkişafı
Alt standart: 
3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair müqayisələr aparır, təqdimatlar edir.
Məqsəd: 
• 
İnsanın embrional inkişafının müxtəlif mərhələlərinin müqayisəsini aparır və təq-
dimatlar edir.
Motivasiya yaratmaq məqsədilə dərsliyin bu bölməsində təqdim olunmuş şəkillərin 
nümayişi həyata keçirilə və təqdim olunmuş sualların müzakirəsi aparıla bilər.
• 
Bu canlıların çoxalması ilə insanın çoxalmasında nə kimi oxşarlıqlar və fərqlər 
görürsünüz?
• 
İnsanın çoxalması və inkişafı haqqında daha nələr söyləyə bilərsiniz?

 İnsanın çoxalmasında digər xordalılarla nə kimi oxşarlıq və fərqlər görürsünüz?
• 
 İnsan  embrionunun  inkişafı  xordalı  heyvanların  hansı  sinfinin  nümayəndələrinə 
daha çox oxşardır?
Sualların müzakirəsi zamanı söylənilən fərziyyələr əsasında tədqiqat sualı formalaşır.
• 
İnsanın embrional inkişafının nə kimi özünəməxsus xüsusiyyətləri var?
Tədqiqata başlayarkən fəaliyyət bölməsində təqdim olunmuş şəkillərin ardıcıllıqla 
düzülüşü həyata keçirildikdən sonra verilmiş suallara cavab axtarılır.
Mövzunun müzakirəsi zamanı diqqət yetirilməli olan məsələlər.
Orqanizmin embrional inkişafının mərhələləri:
• 
Parçalanma;
• 
Morula;

 Blastula;
• 
Qastrula;
• 
Neyrula;
• 
Rüşeym vərəqlərindən orqanların yaranması;
• 
Təqdim olunmuş sxemlərin müzakirəsinin təşkili.
Bu zaman elektron və ya adi lövhədə tərtib etdiyiniz cədvəlin doldurulmasını da 
təşkil edə bilərsiniz.
Orqanizmin embrional inkişafının mərhələləri:
Baş verən dəyişikliklər
Parçalanma
Morula
Qastrula
Neyrula
  LAYİHƏ


145
Rüşeym vərəqləri
Əmələ gələn orqanlar
Ektoderma
Mezoderma
Endoderma
F  blokunda  təqdim  olunmuş  1-ci  və  3-cü  tapşırıqlar  yaradıcı  tətbiqetmə  zamanı, 
2-ci tapşırıq ev tapşırığı kimi istifadə oluna bilər.
http://gakh.cls.az/front/files/libraries/1524/books/534101448137466.pdf
Qiymətləndirmə meyarı: 
• 
təqdimetmə
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
İnsanın embrional in-
kişafının mərhələlərini 
öz təqdimatında tam 
əks etdirmir, müqayisə 
etməkdə çətinlik çəkir.
İnsanın embrional 
inkişafının mər-
hələlərini tam əks 
etdirir, müqayisə 
etməkdə çətinlik 
çəkir.
İnsanın embrional 
inkişafının mər-
hələlərini öz təqdi-
matında əks etdirir
sistemsiz müqayisə 
aparır.
İnsan embrional 
inkişafının mər-
hələlərini tam əks 
etdirir və sistemli 
müqayisə edir.
Əlavə material
İnsanların nəsilartırma prosesində 2 növ cinsi hüceyrə (qametlər) iştirak edir: kişi cinsi 
hüceyrəsi və ya spermatozoid və qadın cinsi hüceyrəsi – yumurtahüceyrə.  Eyakulyasiya za-
manı  1,5–5,0  ml  sperma  qadının  uşaqlıq  yoluna  daxil  olur;  spermanın  tərkibində  75-100 
milyona qədər (40 milyondan az olmamaq şərtilə) spermatozoidlər vardır. Onlar “üzərək” 
uşaqlıq yolundan uşaqlıq boynuna, sonra isə uşaqlıq boşluğuna daxil olurlar və yumurta hü-
ceyrəsi ilə fallop borusunda görüşürlər. Adətən, yumurtahüceyrəyə yalnız bir spermatozoid 
daxil olur və onunla birləşir mayalanma baş verir .
Mayalanmanın baş verməsi hamiləliyin başlanması deməkdir. Hamiləliyin ilk əlamətlə-
rindən biri aybaşı tsiklinin kəsilməsidir. Mayalanmış yumurtahüceyrə ziqota çevrilir və o 
uşaqlıq borusunda bölünərək çoxhüceyrəli rüşeymə/embriona çevrilir. Bir həftəyə boru va-
sitəsilə uşaqlıq boşluğuna çatır və onun daxili qatına (endometrium) yapışaraq (implantasi-
ya) oradan qidalanmağa başlayır. Ziqotun bölünməsi nəticəsində yaranmış 8 həftəlik  çox-
hüceyrəli  rüşeym  və  ya  embrion  əlin  baş  barmağı  boyda  olur.  Lakin,  buna  baxmayaraq, 
onun bütün hissələri – beyni və sinirləri, ürəyi və qanı, mədə və bağırsaqları, əzələləri və 
dərisi formalaşıb.
Dölün inkişafını ananın orqanizmi təmin edir. Düzgün inkişaf üçün dölə mühafizə, ok-
sigen və qida/su lazımdır. Mexaniki zərbələrdən və silkələnmədən dölü uşaqlıq özü və döl 
kisəsindəki (amnion) dölyanı maye mühafizə edir. Dölə oksigen və qida ananın qanından 
cift (plasenta) vasitəsilə çatdırılır. Cift ziqotun müəyyən hüceyrələrindən yaranan uşaqlığın 
divarına bitişmiş süngərəbənzər, disk şəklində olan strukturdur və göbək ciyəsi vasitəsilə 
döllə əlaqəni təmin edir.
Hamiləlik müddəti 280 gün və ya təxminən 9 aydır. 
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə