Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə16/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

47
• Tapşırıqda yoxlanılması nəzərdə tutulan fəaliyyətə arzuolunmaz amillərin qa-
rışdırılmaması; 
• Tapşırığın növü ilə yoxlanılan bacarıq arasında uyğunluğun gözlənilməsi;
• Tapşırığın növlərinin düzgün seçilməsi və s. 
Tapşırığın növləri müxtəlif elmi-metodik ədəbiyyatlarda müxtəlif cür göstərilir:
Açıq cavablı tapşırıqlar 
Qapalı cavablı tapşırıqlar 
Cavabı  məhdudlaşdırılmış  tapşırıqlar-
da şagird tərəfindən suala verilmiş cavabın 
keyfiyyətləri,  uzunluğu  və  ya  quruluşuna 
dair  məhdudiyyətlər  qoyması  tələb  olunur. 
Yüksək idraki bacarıqların nümayiş etdiril-
məsinə  imkan  verir  (tətbiq,  analiz,  sintez, 
qiymətləndirmə, təşkil etmə, orijinal yanaş-
ma və yaradıcılıq). 
Çoxseçimli tapşırıqlar bir sual mətni və 
bu suala cavab qismində bir və ya bir neçə-
si doğru, qalanları yanlış olan distraktordan 
ibarətdir. Sual mətnində həqiqi sual cümləsi 
vasitəsilə şagirdə sual verilə bilər. Bir möv-
zu, fakt, hadisə, vəziyyət, problem, düşüncə 
və s. verərək onunla bağlı sual da soruşula 
bilər. 
Cavabı  məhdudlaşdırılmamış  tapşırıq-
larda şagirdə suala verilmiş cavabın keyfiy-
yətləri  və  uzunluğu  baxımından  sərbəstlik 
verilir.  O  fikirləşib  cavab  yazmalıdır.  Ca-
vablara  məhdudiyyət  qoyulmur.  Cavabları 
“tamamilə  doğru”,  “tamamilə  yanlış”  kimi 
təsnif  etmək  çətindir.  Çətinlik  səviyyəsini 
təyin etmək çətindir. Təsadüfi uğur ehtimalı 
aşağıdır.
Doğru-yanlış  tapşırıqlarda  verilən  mü-
lahizənin “doğru” və ya “yanlış” olduğu tə-
yin edilməlidir. 
Qısa  cavablı  tapşırıqlar  hər  hansı  bir 
mövzu  ilə  bağlı  faktoloji  bilikləri  qiymət-
ləndirmək üçün istifadə edilir. 
Uyğunlaşdırma  tapşırıqlar  çoxseçimli 
və doğru-yanlış tipli tapşırıqların sintezidir. 
Cavablandırma prosesi iki dəst halında olan 
soruşulanlar və cavablar arasında doğruluq 
əlaqəsinin qurulmasına əsaslanır.
Gündəlik planlaşdırma nümunəsi
Mövzu: Qlobal ekoloji problemlər
Alt standart: 4.2.2. Regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və 
təqdimatlar hazırlayır.
Məqsəd: Müasir dövrün qlobal ekoloji problemlərini regional problemlərlə əlaqə-
ləndirir, referat və təqdimatlar hazırlayır.
İş forması: kollektivlə və qruplarla iş
İş üsulu: beyin həmləsi, karusel, şaxələndirmə 
Resurslar: iş vərəqləri, dərslik, şəkillər, elektron təqdimat
 
https://www.youtube.com/watch?v=jhiejbJZH2Y
 
https://www.youtube.com/watch?v=ekso09TdXjI
  LAYİHƏ


48
İnteqrasiya: C. 3.2.5. Cəmiyyətin sosial-iqtisadi inkişafında ekoloji tarazlığın qo-
runmasını proqnozlaşdırır.
Dərsin gedişi
Motivasiya: Müəllim elektron lövhədə aşağıdakıları nümayiş etdirir:
1. Sumqayıt, Gəncə, Şirvan və Mingəçevir şəhərlərinin ətrafında ekoloji mühit 
çirklənmişdir.
2. Ukraynada fəaliyyət göstərən Çernobıl AES-də baş verən qəza nəticəsində 
Ukrayna, ətraf Belarusiya və Rusiyanın 11 əyalətində 17 mln. insan ziyan görmüş-
dür. Təxminən 500 km radiusda olan ərazilər tamamilə təsərrüfat dövriyyəsindən 
çıxdı. Aprelin 27-də əhalisi 47,5 min nəfər olan Pripyat şəhəri, sonrakı günlərdə 10 
km-lik zonada olan bütün əhali təxliyə olunmuşdu. 1986-cı ilin may ayı ərzində 30 
km-lik zona üzrə 188 məntəqədə yaşayan 116 min nəfər köçürülmüşdü. Qəza nəti-
cəsində 200 min km
2
 ərazi radioaktiv çirklənməyə məruz qalmışdı.
3. Abşeronda yerləşən axarsız göllərin sənaye və məişət tullantıları ilə çirklən-
məsidir. Həmçinin neft və neft məhsulları ilə də geniş ərazilər çirklənir.
4. Mərkəzi Asiyada yerləşən Aral gölü də insanın səmərəsiz təsərrüfat fəaliyyə-
ti nəticəsində ekoloji fəlakət zonasına çevrilmişdir. Nəticədə dənizin özü ilə birlik-
də ekosistemi tamamilə məhv olmuşdur. Aralın hövzəsində suvarma əkinçiliyinin 
intensiv  və  səmərəsiz  inkişafı  nəticəsində Amudərya  və  Sırdərya  çaylarının  suyu 
azalmışdır.
Beyin  həmləsi  üsulundan  istifadə  etməklə  müəllim  şagirdlərə  aşağıdakı  kimi 
müraciət edir:
– Bu problemlərin hansını regional ekoloji problem adlandırmaq olar? Niyə? 
– Nə üçün digərlərini bu qrupa aid etmədiniz?
– Regional ekoloji problemlər qlobal ekoloji problemlərə çevrilir. Bu fikri necə 
izah edə bilərsiniz?
Şagirdlərin qeyd etdikləri fikirlər lövhədə və yaxud flipçartda qeyd olunur. 
Tədqiqat sualı: Müasir dövrdə hansı qlobal problemlər var? Onlar öz həllini necə 
tapa bilər? 
Şagirdlərin cavabları qeyd olunur. Qlobal ekoloji problemlər lövhədə yazılır və 
yaxud elektron olaraq nümayiş etdirilir.
Tədqiqatın aparılması: Tədqiqat karusel üsulundan istifadə olunmaqla aparılır. 
Şagirdlər qruplara bölünür və onlara iş vərəqləri verilir. 
Karusel üsulunun keçirilməsi ilə bağlı müəllim üçün yaddaş: Dərsdən əvvəl iri 
ağ kağızlarda mövzuya aid suallar yazılır. Müəllim qruplara müxtəlif sual yazılmış 
bir kağız verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi is-
tiqamətində müəllimin köməyi ilə qruplara ötürülür. “Karusel” kimi kağızlar bütün 
digər qruplardan keçərək axırda öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı löv-
həsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir. 
  LAYİHƏ


49
Qrupların tapşırıqları: 
I qrup – Ekoloji böhran vəziyyətinin yaranması planetimizdə biomüxtəlifliyin 
mövcud olmasına və insanların sağılamlığına ciddi təsir göstərir. Bunun qarşısını 
hansı yollarla almaq olar?
II  qrup  –  Əhalinin  və  təsərrüfatın  çox  cəmləndiyi  şəhərlərdə  və  onların  ətraf 
sahələrində gərgin ekoloji vəziyyət yaranmışdır. Buna hansı təsərrüfat sahələri təsir 
göstərmişdir?  
III qrup – Qlobal səviyyədə ekoloji problemlərə meşələrin qırılması, torpaqla-
rın  çirklənməsi,  səhralaşma,  ozon  qatının  dağılması  aiddir.  Onların  yaranmasına 
hansı təsərrüfat sahələri təsir göstərir?
IV qrup – Sənaye sahələri ilə yanaşı, kənd təsərrüfatında torpaqlardan səmərə-
siz istifadə edilməsi, meşələrin qırılması, otlaqların çox istifadə edilməsi ekoloji şə-
raitin gərginləşməsinə səbəb olur. Onların mənfi təsirini necə azaltmaq olar?
Məlumat  mübadiləsi  və  müzakirəsi:  Qrupların  işi  müzakirə  olunur.  Bu  mər-
hələdə əyani vəsaitlərə, şəkillərə, elektron təqdimatlara istinad olunur. 
Nəticələrin  çıxarılması  və  ümumiləşdirmə:  Müəllim  şagirdlərlə  birlikdə  təd-
qiqat sualına və fərziyyələrə qayıdır. Dərsin bu mərhələsində şaxələndirmə üsulun-
dan  istifadə  olunur.  Bu  mərhələdə  aşağıdakı  videomateriallar  da  nümayiş  etdirilə 
bilər.
https://www.youtube.com/watch?v=jhiejbJZH2Y
https://www.youtube.com/watch?v=ekso09TdXjI
Ev tapşırığı: Məişət tullantılarının emalının ətraf mühitin qorunması üçün əhəmiy-
yəti mövzusunda referat hazırlayın. 
Qiymətləndirmə meyarı:
əlaqələndirmə

səviyyə
II 
səviyyə
III 
səviyyə
IV 
səviyyə
Müasir dövrün 
qlobal ekoloji 
problemlərini 
regional problemlər-
lə əlaqələndirməkdə 
çətinlik çəkir.
Müasir dövrün 
qlobal ekoloji 
problemlərini 
regional problemlər-
qismən əlaqələn-
dirir.
Müasir dövrün 
qlobal ekoloji 
prob lemlərini regio-
nal problemlərlə 
əsasən əlaqələndi-
rir.
Müasir dövrün 
qlobal ekoloji 
problemlərini 
regional problemlər-
lə düzgün əlaqələn-
dirir.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə