Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə12/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

35
oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə da nı şı lır).
5.  Müqayisə olunan obyektlər təsvir edilir: fərqli cəhətlər sağ və sol tə rəf də, ox-
şar cəhətlər kəsişmə dairəsində qeyd olunur.
6. Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir.
Mühazirə
Mühazirə  məlumatın  müəllimdən  şagirdə  ötürülmə  üsuludur.  Bu  üsuldan 
mövzu  ilə  bağlı  məzmunun  zənginləşdirilməsi,  tamamlanması  məqsədilə  is tifadə 
etmək məqsədəuyğundur. Belə qısa mühazirələr 10-15 dəqiqə ər zində aparılır.
Mühazirə ilə bağlı aşağıdakı məsələlərə nəzər yetirmək məqsə də mü va fiqdir:
– mühazirənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək;
– plan tərtib etmək və onu şagirdlərə paylamaq (və ya lövhədə yazmaq);
– əyani və texniki vasitələrdən istifadə etmək.
Müəllim mühazirə prosesini verbal (suallar vermək) və vizual yolla (şa gird lə rin 
sifətlərinin ifadəsini və jestlərini müşahidə etmək) tənzimləməlidir.
Ziqzaq
Bu  üsul  mətnin  məzmununun  qısa  müddət  ərzində  şagirdlər  tərəfindən 
mənimsənilməsinə imkan yaradır.
Şagirdlər dörd nəfərlik qruplara bölünür (əsas qrup). Qruplar daxilində şagird-
lər yenidən nömrələnir. Hər qrupdakı eyni rəqəmli şagirdlərdən yeni qrup (eks pert 
qrupu) yaradılır.
Öyrəniləcək mətn qrupların sayı qədər hissələrə bölünür və ekspert qrup larına 
verilir.
Ekspert  qrupları  onlara  verilən  hissəni  oxumalı,  məzmununu  qav ra malı  və  öz 
əvvəlki qrupuna qayıdaraq öyrəndiyi hissəni onlara da nış ma lı dır.
Müəllim  informasiyanın  dəqiq  ötürüldüyünə  əmin  olmaq  üçün  suallar  verə 
bilər. 
Karusel
Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır. Müəllim 
qruplara  müxtəlif  sual  yazılmış  bir  kağız  verir.  Qrup  üzvləri  sualı  oxuyur  və  bir 
cavab  yazır.  Kağızlar  saat  əqrəbi  istiqamətində  müəllimin  kö məyi  ilə  qruplara 
  LAYİHƏ


36
ötürülür. “Karusel” kimi kağızlar bütün digər qrup lar dan keçərək axırda öz qrupuna 
qayıdır.  Müəllim  bu  kağızları  yazı  löv hə sinə  yapışdırır  və  bütün  sinif  cavabları 
müzakirə edir. 
İNSERT
Bu  üsul  dərslikdəki  mətnin  aktiv  fəaliyyətlə,  yəni  şagirdin  öz  mü nasibətini 
bildirərək  oxunmasıdır.  Şagird  mövzudakı  fikirlərə  müna si bə tini  qəbul  edilmiş 
işarələrlə  (“”  –  bu  məlumat  mənə  tanış  idi,  “–”  –  bu  mə lu mat  mə nim  əvvəllər 
bildiyimi inkar edir, “+” – bu məlumat mənim üçün yenidir, “?” – bu məsələyə dair 
əlavə  məlumat  almaq  istərdim)  bildirir.  Dərs likdəki  mətn  oxunduqdan  sonra 
ümumiləşdirmələr aparılır və qeyd olunur.
Müasir interaktiv dərslərdə aşağıda verilən tələblər 
əsas götürülür: 
● Diqqət ilk növbədə şagirdin şəxsiyyətinin formalaşmasına yönəlir. 
●  Müəllim  ilk  növbədə  təlim  idrak  fəaliyyətinin  əlaqələndiricisi,  şagirdlərin 
məsləhətçisi və köməkçisi kimi çıxış edir. 
●  Müəllim  və  şagird  arasında  əməkdaşlıq,  məktəblilərin  kompetensiyalarının 
artırılmasına yönəlməsini tələb edir. 
Təlim məsələlərinin həlli prosesində bilik və bacarıqların tətbiqi dərsin bütün 
mərhələlərində (yeni materialın mənimsənilməsi, onun möhkəmləndirilməsi və bi-
lik və bacarıq səviyyəsinin yoxlanılması) əsas yer tutur. Nəticədə dərsin müxtəlif 
mərhələ və funksiyalarının birləşməsi, təlim prosesinin fəallaşmasına yönəlmiş sin-
tezi baş verir. 
Təlim prosesində şagirdlər arasında ünsiyyət qurulur, cüt, qrup və kollektiv şə-
kildə təlim fəaliyyəti həyata keçirilir. 
Müasir nəzəriyyə müxtəlif fənlərdən dərs deyən müəllimlər tərəfindən keçirilən 
fənlərarası dərsləri istisna etmir. 
Təhsilin məzmunu ilə yanaşı, şagirdlərin tərbiyə və inkişafında təlim metodları 
və təşkilati formalar da mühüm rol oynayır. 
Müəllimin funksiyalarının bir hissəsinin şagirdlərə verilməsi səciyyəvidir: bilik 
və bacarıqların yoxlanılması və qiymətləndirilməsi (qarşılıqlı və özünüqiymətlən-
dirmə), işin planlaşdırılması, tədqiqat və özünüqiymətləndirmə elementləri.
 
  LAYİHƏ


37
REFERATLARIN HAZIRLANMASI
11-ci  sinif  Biologiya  fənninin  öyrənilməsi  zamanı  şagirdlərdə  formalaşdırılan 
əsas  bacarıqlardan  biri  öyrənilmiş  materialın  sistemləşdirilərək  düzgün  və  aydın 
şərh edilməsi, təqdimat hazırlama, eyni zamanda referatların hazırlanması mühüm 
bacarıqlardır. 11-ci sinfin buraxılış sinfi olduğunu və şagirdlərin gələcəkdə ali təh-
sil müəssisələrində təhsillərini davam etdirəcəklərini nəzərə alaraq təqdimat və re-
feratların hazırlanması bacarıqlarının formalaşdırılmasına daha çox diqqət yetiril-
məlidir.  Bu  bacarıqların  aşağıdakı  standartlar  vasitəsilə  reallaşdırılması  nəzərdə 
tutulmuşdur:
4.1.1.  Təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, 
məruzə və referatlar hazırlayır.
4.2.2.  Regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdimat- 
lar hazırlayır.
Bəs referat nədir və onun hazırlanmasına verilən tələblər hansılardır?
Referat intellektual yaradıcılıq prosesi olub müxtəlif mənbələr və orijinal müəl-
lif  nəticələri  əsasında  tərtib  edilmiş,  elmi-təcrübi  ədəbiyyatın  dərin  öyrənilməsi 
prosesini əhatə edən müstəqil işdir. Referat işinin yazılışı şagirdlərdə bir sıra səriştə 
və bacarıqların formalaşmasına imkan yaradır:
 
Düzgün plan qurmaq;
 
Dövri nəşrlərlə müstəqil işləmək;
 
Konkret materialın müstəqil seçimi, sistemləşdirilməsi və təhlilini aparmaq;
 
Təyin edilmiş mövzu üzrə uyğun gələn nəticə və təklifləri formalaşdırmaq;
 
Fikirləri anlaşılan və sadə yazılış formasında ifadə etmək;
 
Hazırlanmış materialı sistemli təqdim etmək.
Referatların tərtibatı zamanı aşağıdakı struktur ardıcıllığı gözlənilməlidir:
1. Titul vərəqi;
2. Mündəricat (plan);
3. Giriş;
4. Fəsillər;
5. Paraqraflar, yarımbaşlıqlar və bəndlər;
6. Nəticələr;
7. Əlavələr;
8. Ədəbiyyat siyahısı (biblioqrafiya).
Referat işinin yerinə yetirilməsi mərhələləri aşağıdakılardır:
1. Referat işinin mövzusunun dəqiqləşdirilməsi;
2. Mövzu üzrə planın tərtib olunması;
3. Ədəbiyyatların və digər mənbələrin toplanması;
4. Materialların təhlili və komplektləşdirilməsi;
5. Referatın işlənməsi;
6. Referatın təqdimatı.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə