Dərslik komplekti haqqında


Biologiya fənninin tədrisində müasir təlim metodlarının tətbiqi



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə10/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

29
Biologiya fənninin tədrisində müasir təlim metodlarının tətbiqi
Müasir dövrdə bütün digər tədris fənləri kimi, Biologiya fənninin tədrisinə də 
baxış dəyişmişdir. Lakin bu heç də o demək deyildir ki, əsrlər boyu yetişmiş alim-
lərimizdən, pedaqoqlarımızdan, təcrübəli müəllimlərimizdən imtina edilir.  Ümumi 
təhsilin  məzmununda  baş  verən  dəyişikliklər  cəmiyyətin  inkişafına  uyğun  olaraq 
keyfiyyət və səmərəliliyin yüksəldilməsi ilə bağlıdır. Təhsilə cəlb edilmiş uşaqlara 
yaş  və  fizioloji  xüsusiyyətləri,  əqli  inkişafları  nəzərə  alınmaqla  “nələri  və  hansı 
həcmdə  öyrətmək”  sualı  mütəxəssisləri  həmişə  düşündürmüş,  bununla  əlaqədar 
çoxsaylı eksperimentlər aparılmışdır. Dünyada inkişaf sürətləndikcə bu sual daha 
qabarıq şəkildə gündəmə gətirilmiş, problemin həlli baxımından müxtəlif mövqelə-
ri əks etdirən yanaşmalar meydana çıxmışdır.
Biologiya fənn proqramının məzmununu əhatə edən standartlar nəticəyönümlü 
və  şagirdyönümlü  olduğundan  onların  reallaşdırılmasında  fəal/interaktiv  təlim 
üsullarından istifadə edilməsi məqsədəuyğun hesab edilir. Tədris prosesində inte-
raktiv təlim üsullarından istifadə şagirdlərin təhsilə, elmə marağını artırmaqla yana-
şı,  onlarda  əməkdaşlıq,  yaradıcılıq,  tədqiqatçılıq qabiliyyətlərinin formalaşmasına 
imkan yaradır. Bununla yanaşı, müasir təlim üsullarından düzgün istifadə dərsdən-
yayınma, təlimə marağın azalması və s. kimi halların qarşısının alınmasına gətirib 
çıxarır. Bu işdə isə həmişəki kimi əsas yük yenə də müəllimin üzərinə düşür. Müəl-
lim daim öz üzərində işləməli, şagirddə maraq, həvəs, özünəinam hissi yaratmalı və 
onun hörmətini qazanmağı bacarmalıdır. 
Lakin  unutmaq  olmaz  ki,  bütün  pedaqoji  yanaşmalar  bütün  fənlər  üçün  eyni 
dərəcədə keçərli deyildir. Hər bir fənnin spesifik xüsusiyyətləri vardır. Bu xüsusiy-
yət Biologiya fənnində özünü daha qabarıq göstərir. Tarix müəlliminin pedaqoji ya-
naşması biologiya müəlliminin yanaşması ilə eyniyyət təşkil edə bilməz. Tarixdə 
sözlər və müzakirələr əsasdır. Müəllim dərsin gedişində düzgün sualqoyma bacarı-
ğına malik olmalı, şagirddən istədiyini almaq üçün ona aydın olan fikirləri səslən-
dirməli, tapşırıqlar təfəkkürün növlərinə xidmət etməlidir. Biologiya fənninin tədri-
si  zamanı  isə  bütün  bunlarla  yanaşı,  praktik  bacarıqların  formalaşdırılması  əsas 
götürülür. Biologiya fənninin tədrisində uzun illərdir aşağıdakı təlim metodlarından 
istifadə olunmuşdur: 
  LAYİHƏ


30
Metodlar
 şifahi
söhbət
təcrübə
eksperiment
müşahidəetmə
obyektlərin tanınması  və müəyyən edilməsi
təbii obyektlər
təsviri vəsait
izah
nəql
Məntiqi  Problemin qoyulması.  Əlamətlərin 
üzə
çıxarılması. Müqayisə.
Nəticə. Ümumi-
 
ləşdirmə.
Plan əsasın
-
da söhbət və  frontal sorğu
Texniki Lövhədə,  sxemlərdə,  cədvəllərdə  verilən sual
-
lar üzərində 

Məntiqi  Problemin qoyulması.  Əlamətlərin 
üzə
çıxarılması. Müqayisə.
Nəticə. Ümumi-
 
ləşdirmə.
Planlı Əyani 
vəsaitlərin  şagirdlər  tərəfin
-
dən parta  üzərində  plan üzrə  müşahidəsi 
və s.
Texniki
Şəkillərin və
 
sxemlərin
 
lövhədə
 
aşılamaqla
 
preparat
-
ların, canlı
 
obyektlərin
 
və s.
 n
ü-
mayişi.
Məntiqi
 
Problemin qoyulması.  Əlamətlərin 
üzə
çıxarılması. Müqayisə.
Nəticə. Ümumi-
 
ləşdirmə.
Planlı
Fərdi, qrup,
 
frontal iş
və ya
 
müəllimin
 
iştirakı ilə
 
işin müxtəlif
 
hissələrə
 
bölünməsi.
Obyektlərin
 
müəyyən olun
-
ması və təcrü
-
bənin qoyul
-
ması məqsədilə
 
təlimatlandırıcı
 
cədvəllərdən
 
istifadə olun
-
ması. Müxtəlif
 
laboratoriya
 
avadanlığında
 
istifadə etməklə
 
təcrübələrin ye
-
rinə yetirilməsi.
 
Şəkillər
, herba
-
ri, kolleksiyanın
 
hazırlanması.
məruzə
əyani
praktik 
  LAYİHƏ


31
Sxemdən  də  göründüyü  kimi,  əyanilik,  elmilik  təmin  olunmaqla  şagird  üçün 
həyatda lazım olan bacarıqların formalaşdırılmasına hər zaman xüsusi diqqət yeti-
rilmişdir. Biologiya praktik bir fənn olduğundan şagirdlərdə əksər bilik və bacarıq-
ların formalaşdırılması kinestetik öyrənmə tələb edir. Məhz bu səbəbdən də şagird-
lərin  bilik,  bacarıq  və  vərdişlərinin  inkişaf  etdirilməsində  yalnız  fəal  təlim  üsul-
larından deyil, eyni zamanda praktik metodlardan (praktik işlər, laboratoriya işləri, 
ekskursiyalar) istifadəyə geniş yer verilməlidir. Praktik metodlardan istifadə nəticə-
sində şagirdlərin əldə etdiyi bilik və bacarıqlar uzun müddət unudulmur, onlar öy-
rəndiklərini həyatda tətbiq etməyə və tədqiqatçılığa yönəlirlər. Biologiya dərslərin-
də müşahidələr canlı guşədə, həyətyanı sahədə, heyvanxanada, tədris-təcrübə sahə-
sində, ekskursiyada, muzeydə aparıla bilər. 
Fəal  təlim  əməkdaşlıq  şəraitində  həyata  keçirilən  təlimi  nəzərdə  tutur.  Bu 
əməkdaşlıq şagirdlərin idrak fəaliyyətinə əsaslanır. Şagirdlərin parta arxasında otu-
raraq kitab oxuması, iş vərəqlərini doldurması, müəllimi dinləməsi ilə yanaşı, eyni 
zamanda muzeydə, ekoloji guşədə, laboratoriyada, həyətyanı sahədə, kitabxanada, 
kompüterdə qrup və ya fərdi şəkildə fəaliyyət göstərməsi onun əsas əlamətlərindən 
hesab edilir. Fəal təlim müasir şəraitdə pedaqoji prosesin qurulmasına yeni yanaş-
madır. Belə yanaşma tərzində təlim şagirdlərin təkcə yaddaşının yeni elmi biliklərlə 
(informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfəkkürün inkişaf etdirilmə-
sinə, ən mühüm bacarıq və vərdişlərin əldə olunmasına yönəldilir. Bu zaman şa-
girdlər açıq sual vermək, problemləri araşdırmaq, tədqiqat aparmaq və müzakirə et-
mək imkanı qazanırlar. Onlar təlim materiallarının mənimsənilməsi prosesində fakt 
və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə 
çıxarmağı,  ümumiləşdirmələr  aparmağı  öyrənirlər.  Beləliklə,  uşaqlar  həm  tədris, 
həm də sosial xarakterli problemlərin müstəqil həllinə cəlb olunur, müxtəlif infor-
masiya mənbələrindən istifadə edir, sistematik olaraq müstəqil şəkildə bilik ehtiya-
tını artırırlar. 
Təlim prosesi uşaqda fəallıq, məntiqi düşünmək, ətrafdakı obyekt və hadisələrə 
tənqidi yanaşmaq, müstəqil düşünmək, müstəqil bilik almaq və fərdi inkişaf etmək 
bacarıqlarını tərbiyə etməlidir. Yəni şagirdin məntiqi, tənqidi və yaradıcı təfəkkürü 
inkişaf  etdirilməlidir.  Bu  tələbləri  nəzərə  alaraq  elə  təlim  metodlarından  istifadə 
olunmalıdır ki, onlar özlərində aktiv, yaradıcı düşünmə qabiliyyətini və yeni bilik-
lərə sərbəst yiyələnməyi aşılama yollarını birləşdirmiş olsun. Bu cəhətdən interak-
tiv təlim metodlarından istifadə səmərəlidir. 
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə