Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə6/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49

17
dirəm? Bu, şagirdə nə üçün lazımdır? Şagird bu biliklərini hansı sahədə tətbiq edə 
biləcək? və s. 
Bütün bunlarla yanaşı, şagirdin psixoloji durumundan tutmuş yaş xüsusiyyətinə 
qədər bütün məsələlər nəzərə alınmalıdır. Sinfin zəif və güclü şagirdləri nəzərə alı-
naraq onların potensial imkanlarını ortaya qoymaqdan ötrü məqsədyönlü tapşırıqlar 
seçilməlidir. Bəzən güclü şagird çox asan suala rahatlıqla cavab verir. Yaxud da çox 
zəif şagirdi olduqca mürəkkəb tapşırıqlarla üz-üzə qoymuş oluruq. İlk baxışdan bu, 
normal hal hesab olunsa da, pedaqoji və psixoloji baxımdan düzgün deyildir. Bu 
zaman şagirdin dərsə marağı azalır, fəallaşma sıfıra enir. Zəif şagird çox çətin tap-
şırığı  yerinə  yetirə  bilmədiyi  üçün  uğursuzluq  hissi  onu  təqib  edir.  Ona  görə  də 
müəllim şagirdlərə düzgün yanaşmalı, böyük ustalıqla onları düzgün istiqamətlən-
dirməlidir. 
Şagirdlərdə bilik və bacarıqları formalaşdırmaq üçün müxtəlif vasitələrdən isti-
fadə etmək lazım gəlir. Bu vasitələrdən biri də forma və üsulların düzgün seçilmə-
sidir. Dərsin gedişində düzgün tətbiq olunan üsul, eləcə də forma keyfiyyətin yük-
səldilməsi  üçündür.  Bu  baxımdan,  müəllimin  strategiyasında  əsas  hədəf  məqsədə 
çatmaqla yanaşı, şagirdin maraqlarını üstün tutmaq olmalıdır. Şagird onun məqsəd-
lərinin önündə durmalıdır.  
Məlum  olduğu  kimi,  müasir  biologiya  dərslikləri  zəngin  illüstrasiya,  şəkil  və 
sxemlərlə  əhatə  olunub.  Eyni  zamanda  qoyulmuş  sual  və  tapşırıqlar  dərsin  fəal- 
interaktiv  şəraitdə  keçməsi  üçün  nəzərdə  tutulub.  Dərslik  komplektinə  daxil  olan 
Metodik vəsaitdəki dərs nümunələri və tövsiyələrlə kifayətlənmədən müəllimlərin 
özlərinin də təlim prosesinə yaradıcı yanaşması vacibdir. Lakin yaxşı olar ki, edilən 
əlavələr fənn mütəxəssisləri və müəllimlərlə müzakirə olunsun. Müsbət təcrübə ya-
yılsın, yanlışlıqlar vaxtında aradan qaldırılsın. 
Şagirdlərlə  cinsi  yetişkənliklə  əlaqədar  maariflənmənin  aparılması  zəruridir. 
Unudulmamalıdır ki, yeniyetmələrin cinsi tərbiyəsi, reproduktiv sağlamlığın qorun-
ması ilə bağlı məsələlərin onlara çatdırılması Biologiya müəllimlərinin üzərinə dü-
şür. Bu isə müəllimdən əsl peşəkarlıq tələb edir. Bu zaman düzgün tədris və təlim 
mühitinin  yaradılması,  şagirdlərin  ehtiyaclarının,  maraqlarının,  problemlərinin 
müəyyən edilməsi və nəzərə alınması olduqca vacibdir. Çox zaman şagirdlərə təkcə 
internet vasitəsilə deyil, digər həmyaşıdları vasitəsilə də həqiqətə uyğun olmayan 
və ya kobud məzmunlu informasiya çatdırmaqla onlarda psixoemosional pozğun-
luqlar yaranır. Odur ki həmyaşıdlarının heç də həmişə mötəbər informasiya mənbə-
yi olmadıqlarını şagirdlərə çatdırmaq lazımdır. Onlarda valideynlərə və müəllimlərə 
qarşı bu mövzuda güvən hissi yaratmaq zəruridir. Bu məqsədlə biologiya dərs lərində şa-
girdlərin  gigiyena  və  düzgün  qidalanma,  zərərli  vərdişlər,  reproduktiv  sağlamlıq, 
yoluxucu  xəstəliklər,  sağlam  ailə  və  s.  kimi  mövzularda  maarifləndirilməsi  isti-
qamətində işlərin aparılması zəruridir. 
Bu işdə valideynlərlə əməkdaşlığın gücləndirilməsi də məqsədəuyğundur. 
  LAYİHƏ


18
İllik planlaşdırmanın aparılmasına dair tövsiyələr
Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq üçün hər 
bir müəllimin özünəməxsus fəaliyyət istiqamətidir. Bildiyiniz kimi, hazırkı kuriku-
lumlar müəllimlərə illik planlaşdırma aparmaqda tam sərbəstlik verir. Əvvəldə də 
qeyd etdiyimiz kimi, məhz hər bir məktəbin yerləşdiyi regiondan, onun infrastruk-
turundan, maddi-texniki bazasından və s. asılı olaraq Biologiya fənn proqramında 
(kurikulumunda)  nəzərdə  tutulmuş  məzmun  standartları  müxtəlif  cür  reallaşdırıla 
bilər.  Planlaşdırma  apararkən  yuxarıda  qeyd  olunanlarla  yanaşı,  şagirdlərin  fərdi 
xüsusiyyətlərinin,  öyrənmə  tərzlərinin  də  nəzərə  alınması  olduqca  vacib  şərtdir. 
Eyni bir regionda, eyni bir məktəbdə, lakin ayrı-ayrı “a” və “b” siniflərində Bio-
logiya fənnindən dərs deyən müəllimlərin illik planlaşdırmaları müxtəlif ola bilər. 
Lakin  bu  planlaşdırmanı  kor-koranə  aparmaq  qeyri-mümkündür.  Bunun  üçün 
müəyyən bacarıqlar tələb olunur. Bunlar aşağıdakılardır:  
• 
Məzmun standartlarına əsasən dərslikdəki tədris vahidi və mövzular üzrə 
dəqiqləşmələrin  aparılması  üçün  Biologiya  fənn  proqramında  (kurikulumunda) 
nəzərdə tutulan məzmun standartlarının dərslikdə hansı mövzularda reallaşdırıldığı 
və bu mövzuların hansı tədris vahidlərində birləşdirildiyi müəyyən edilməlidir. Bu 
eyni zamanda dərsliklə tanışlıq xarakteri daşıyır,  illik planlaşdırmanın düzgün tər-
tib olunması üçün, demək olar ki, ilk addımdır.
• 
Tədris  vahidlərinin  və  mövzuların  ardıcıllığının  müəyyənləşdirilməsi  mü-
hüm  bacarıqlardan  biridir.  Mövzuların  ardıcıllığı  dedikdə,  sadədən  mürəkkəbə, 
məntiqi  və  xronoloji  ardıcıllıq  nəzərdə  tutulur.  Bu  ardıcıllığı  müəyyənləşdirərkən 
bir neçə prinsip  nəzərə alınmalıdır ki, bunun da birincisi, məzmun ardıcıllığı baxı-
mından sadədən mürəkkəbə, asandan çətinə doğru getməkdir. Bunun üçün əvvəlcə 
dərslikdə verilən ardıcıllığa diqqət yetirməlidir, bu ardıcıllıq sizi müəyyən səbəb-
lərdən qane etmirsə (tədris ilində baş verəcək mühüm hadisələr, fənlərarası inteqra-
siya  və  s.  baxımından),  özünüz  mövzuların  ardıcıllığını  müəyyən  edə  bilərsiniz. 
Lakin bu fənn üzrə metodbirləşmə sədri ilə razılaşdırılmalıdır. 
• 
İnteqrasiya  imkanlarının  müəyyən  edilməsi
  planlaşdırma  aparmaq  üçün 
müəllimə  lazım  olan  bacarıqlardan  biridir.  Biologiyanın  bir  çox  fənlərlə  (Fizika, 
Kimya,  Həyat  bilgisi,  Coğrafiya  və  s.)  inteqrasiyası  mümkündür.  MV-də  sizlərə 
təqdim olunmuş “11-ci sinif Biologiya fənni üzrə məzmun standartlarının inteqrasi-
ya imkanları” başlığında fənnin məzmun standartlarının digər fənlərlə inteqrasiya 
imkanlarından  danışılır.  Vəsaitdə  verilmiş  illik  planlaşdırma  cədvəlində  hər  bir 
mövzu üzrə inteqrasiya verilməsinə baxmayaraq, sinfinizdəki şagirdlərin səviyyəsi-
ni, maraqlarını, resurslarınızı nəzərə alaraq özünüz inteqrasiya imkanları müəyyən-
ləşdirə bilərsiniz. Bunun üçün: 
1.  Reallaşdıracağınız  standartı  həyata  keçirmək  üçün  hansı  fənnin  köməyinə 
ehtiyac olduğunu özünüz üçün müəyyənləşdirin.
2. Seçdiyiniz fənnin məzmun standartlarını nəzərdən keçirin. Bu, sinif səviyyə-
sində nəzərdə tutulur.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə