Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə3/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49

7
A   
Motivasiya. Mövzu ilə bağlı problemli situasiya yaradılır və əksər hal larda 
suallarla yekunlaşdırılır.
B
  
Araşdırma  məqsədilə  verilmiş  tapşırıqlar.  Maraq  yaradılan  ha di sə lə rin 
araş dırılmasına yönəlmiş tədqiqat xarakterli tapşırıqlardan ibarətdir. Bu işarə 
altında  verilmiş  laboratoriya  işləri,  təcrübələr,  müxtəlif  tipli  tapşırıqlar  həm 
fərdi, həm də qrup şəklində icra oluna bilər. 
C
  
Yeni  biliklər.  Mövzunun  əsas  məzmununu  əhatə  edir.  Burada  mövzu  ilə 
bağlı izahlar, anlayışlar, təriflər və s. verilir.  
D
  
Maraqlı məlumatlar. Mövzu ilə bağlı statistik məlumatlar, maraqlı faktlar 
və hadisələr haqqında məlumatlar verilir.
E
 Yeni terminlər. Mövzuda istifadə olunan yeni termin və anlayışların izahı verilir. 
F
  
Sual  və  tapşırıqlar.  Standartda  nəzərdə  tutulan  əsas  bilik  və  baca rıq la rın 
hansı səviyyədə formalaşdırılmasını müəyyənləşdirməyə xid mət edir. Təq-
dim  olunmuş  tapşırıqlar  məntiqi,  tənqidi  və  yaradıcı  tə fək kürün  in ki şa fına 
yö nəlmişdir. Bu tapşırıqlardan tədqiqatın apa rılması, ya radıcı tət bi q etmə mər-
hələlərində və ev tapşırıqlarının veril məsində isti fadə etmək nəzərdə tu tul-
muş dur.
  LAYİHƏ


8
Yeni  dərsliklərlə  işləmək  təcrübəsinin  artırılması,  standartlarda  nəzərdə  tutul-
muş tələblərin reallaşdırılması və dərsliklərdən yaradıcılıqla istifadə olunması baxı-
mından Metodik vəsait olduqca böyük əhəmiyyətə malikdir. 
Metodik vəsaitdə hər bir standartın reallaşdırılması ilə bağlı tövsiyələr, illik və 
gündəlik  planlaşdırma  nümunələri,  inteqrasiya  cədvəli,  qiymətləndirmə  vasitələri 
və onun hazırlanmasına verilən tələblər,  müəllimin istifadə edəcəyi mənbələr öz 
əksini tapmışdır.  
Hər bir mövzunun tədrisi ilə bağlı verilmiş tövsiyələr, illik və gündəlik planlaş-
ma  nümunələri  istiqamətverici  xarakter  daşıyır.  Özünüz  buna  yaradıcı  yanaşaraq 
işinizi  təhsil  müəssisəsinin  maddi-texniki  bazasını,  infrastrukturunu,  sinfinizdəki 
şagirdlərin potensial imkanlarını, maraq və ehtiyaclarını və s. nəzərə almaqla plan-
laşdıra  bilərsiniz.  Öz  fəaliyyətinizi  planlaşdıran  zaman  standartın  tələbi  mütləq 
nəzərə alınmalıdır. 
• Biologiya fənn kurikulumu haqqında; 
• 11-ci sinif Biologiya fənni üzrə məzmun standartları;
• Fənn üzrə məzmun standartlarının reallaşdırılması cədvəli;
• 11-ci sinif Biologiya fənni üzrə məzmun standartlarının inteqrasiya imkanları;
• Biologiya fənninin tədrisinə dair tövsiyələr;
• İllik planlaşdırmanın aparılmasına dair tövsiyələr;
• 11-ci sinif üçün Biologiya fənni üzrə təxmini illik planlaşdırma;
• Biologiya fənninin tədrisində müasir təlim metodlarının tətbiqi;
• Referatların hazırlanması;
• Şagird nailiyyətlərinin qiymətləndirilməsinə dair tövsiyələr;
• Qrup təqdimatının qiymətləndirilməsi;
• Mövzuların gündəlik planlaşdırılmasına dair tövsiyələr;
• Gündəlik planlaşdırma nümunəsi;
• Mövzuların tədrisinə dair tövsiyələr;
• İstifadə edilmiş ədəbiyyat və müəllimin istifadə edə biləcəyi mənbələr.
  LAYİHƏ


9
BİOLOGİYA FƏNN KURİKULUMU HAQQINDA
Məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə et-
məklə  bilavasitə  bu  anlayışların  mənimsənilməsinə  istiqamətləndirilmiş  ənənəvi 
fənyönümlü  proqramlardan  fərqli  olaraq,  bu  gün  respublikanın  ümumtəhsil  mək-
təblərində  Biologiya fənni aşağıdakı xüsusiyyətləri özündə birləşdirən və şəxsiyyətin 
formalaşmasına, inkişafına yönələn müasir proqram əsasında tədris olunur:
• Bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilir;
•  İnsanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlər 
əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön pla-
na çəkilir;
•  Tələb olunan bacarıq və vərdişlərin formalaşdırılmasına imkan yaradan mini-
mum  biliklərin  həcmi  müəyyənləşdirilir  və  həmin  biliklər  minimum  təlim 
məqsədlərinə çatmaq üçün vasitə kimi nəzərdə tutulur
• İnteqrativ məzmunu ilə seçilir və s.
Biologiya  fənn  kurikulumunda  şagirdlərin  məntiqi  təfəkkürünün,  fənlə  bağlı 
həyati bacarıqlarının inkişaf etdirilməsi, inteqrativlik, sadədən mürəkkəbə doğru in-
kişaf, məzmun və fəaliyyətin qarşılıqlı əlaqəsinin təşkili, fənnin tədrisində yeni tex-
nologiyaların tətbiqinin təmin edilməsi məsələləri nəzərdə tutulur. 
Müasir  Biologiya  fənn  proqramına  əsasən,  ümumtəhsil  məktəblərində  fənnin 
tədrisi prosesinin təşkilinin aşağıdakı prinsiplər əsasında həyata keçirilməsi nəzərdə 
tutulur:
• Pedaqoji prosesin tamlığı;
• Təlimdə bərabər imkanların yaradılması; 
• Şagirdyönümlülük;
• İnkişafyönümlülük;
• Fəaliyyətin stimullaşdırılması;
• Varislik;
• Yaşa uyğunluq;
• Əyanilik;
• Tədqiqatyönümlülük;
• Müşahidəyönümlülük;
• Yaradıcı tətbiqetmə;
• Dəstəkləyici mühitin yaradılması. 
Bu prinsiplərə əsasən şagirdin bir şəxsiyyət kimi formalaşması nəzərdə tutulur. 
Biologiyanın tədrisi vasitəsilə şagirdlərdə estetik zövq, ekoloji tərbiyə formalaşır. 
  LAYİHƏ


10
Şagird öz sağlamlığının, ətraf mühitin, vətəndaşı olduğu dövlətin qorunması ruhun-
da tərbiyə alır, təhsil prosesində dünyanın bütöv bir vahid kimi qavranılmasına və 
dərk edilməsinə hazırlanır. Şagirdlər təbii mühitin qorunmasının zəruriliyini dərk et-
məklə vətənpərvərlik, bəşərililik və humanizm ruhunda tərbiyə almaqla qlobal eko-
loji problemləri dərk edir, insanın qorunmasının Yer kürəsinin bütövlükdə qorunma-
sı ilə bağlı olması qənaətinə gəlirlər. Təbiətin gözəlliklərindən zövq almaqla yanaşı 
vətənə, torpağa, onun təbii sərvətlərinə qarşı daha doğma münasibət bəsləyirlər.
Biologiya  fənn  kurikulumu  fənnin  tədrisi  zamanı  şagirdin  praktik  vərdişlərə 
yiyələnməsini, müşahidə və tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi sayə-
sində məntiqi nəticələr çıxarmasını, müxtəlif resurslardan bacarıqla istifadə etmək-
lə  şagirdin  fəaliyyətinin  stimullaşdırılmasını,  nailiyyətlərinin  dəstəklənməsini  nə-
zər də tutur.
Bildiyimiz kimi, biologiya dərslərində əyanilik xüsusi əhəmiyyət kəsb edir. Bu 
baxımdan şagirdlərin eşidərək və yaxud da yalnız müşahidə edərək deyil, kinestetik 
öyrənməsinə üstünlük verilməlidir. Məzmun standartlarında nəzərdə tutulan baca-
rıqların reallaşdırılması zamanı müxtəlif əyani vasitələrdən, təbii bitkilər və herba-
rilərdən,  canlı  guşədə  olan  heyvanlar,  müxtəlif  mulyajlar  və  tablolar,  mikroskop, 
lupa və s. istifadə etməyin zəruriliyi də Biologiya fənn kurikulumunda vurğulanır. 
Fənnin tədrisi şagirdin  tədqiqatçılıq  bacarıqlarını  inkişaf  etdirməklə  ümumiləş-
dirmək, eksperimentlər aparmaq, müasir elm sahələrinin nailiyyətlərini, sağlam 
ailənin  qurulmasında  sağlam  həyat  tərzinin  rolunu,  qlobal  və  regional  ekoloji 
problemləri  araşdırmaq,  təbii  mühitdə  canlılar  aləmi  üzərində  müşahidə  apar-
maqla bitkilərin yetişdirilməsi, heyvanların bəslənməsi, insan sağlamlığının qo-
runması və s. bu kimi bacarıqların inkişaf etdirilməsini vəzifə olaraq önə çəkir.
Müasir  kurikuluma  əsasən,  ümumi  orta  təhsil  səviyyəsində  şagirdin  canlılar 
aləmini öyrənməklə daha dolğun bilik və bacarıqlara yiyələnməsi nəzərdə tutulur-
dusa, tam orta təhsil səviyyəsində bu bilik və bacarıqlar dərinləşdirilməklə (canlıla-
rın bütün təsnifat səviyyələri əhatə olunmaqla daxili və xarici quruluşu, qidalanma-
sı,  tənəffüsü,  orqanizmlərdə  suyun  və  digər  maddələrin  daşınma  xüsusiyyətləri, 
canlıların çoxalması və inkişafı, hüceyrənin elektron mikroskopu səviyyəsində quru-
luşu, onun kimyəvi tərkibi, canlıların təkamülü və təkamülün dəlilləri, qlobal ekoloji 
problemlər, ekoloji tarazlığın qorunması, yoluxucu xəstəliklər, seleksiya və onun qa-
nunları, biotexnologiya, bionika, regional ekoloji problemlər, sağlam ailənin qurul-
masında sağlam həyat tərzinin rolu), daha elmi və məntiqi əsasda şagirdlərə çatdırıl-
ması nəzərdə tutulur. 
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə