Dərslik komplekti haqqında


-ci SİNİF BİOLOGİYA FƏNNİ ÜZRƏ MƏZMUN STANDARTLARI



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə4/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49

11
11-ci SİNİF BİOLOGİYA FƏNNİ ÜZRƏ MƏZMUN STANDARTLARI
11-ci sinfin sonunda şagird:
•  
canlıları öyrənən elm sahələrinin (seleksiya, mikrobiologiya, biotexnologiya, 
bionika) xüsusiyyət və nailiyyətlərini müasir avadanlıqlardan istifadə etməklə 
şərh edir;
•  
Yer üzərində həyatın əmələ gəlməsini şərh edir, canlıların kimyəvi tərkibinə, 
baş verən dəyişikliklərə dair müşahidələrinin nəticələrini təqdim edir;
•  
bioloji proseslərin, baş verən dəyişikliklərin fərqli mexanizmlərinin xüsusiy-
yətlərini müqayisəli şərh edir, riyazi üsullarla əsaslandırır;
•  
insanın fərdi və tarixi inkişafının, psixi proseslər və orada baş verən dəyişik-
liklərin müqayisəli şərhinə dair təqdimatlar edir;
•  
insan  orqanizmində  baş  verən  xəstəliklərin  hüceyrə  səviyyəsində  olduğunu 
əsaslandırır, sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyər-
ləndirir;
•  
təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, regio-
nal və qlobal ekoloji problemləri əlaqələndirir. 
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1.  Canlıların  quruluşu  və  müxtəlifliyi  haqqında  biliklərə  malik  olduğunu 
nümayiş etdirir. 
1.1.1.  Canlıları  öyrənən  elm  sahələrinin  (seleksiya,  mikrobiologiya,  biotexno-
logiya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.2.  Canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə dair müşahi-
dələr aparır, nəticələri barədə təqdimatlar edir.
1.1.3.  Müasir avadanlıqlardan istifadə etməklə canlıları öyrənən elm sahələri-
nin nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
1.1.4.  Yer  üzərində  həyatın  əmələ  gəlməsinə  dair  fikirləri  müqayisəli  şəkildə 
şərh edir.
  LAYİHƏ


12
2. Bioloji proseslər
Şagird:
2.1.  Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş et-
dirir. 
2.1.1.  Bioloji proseslərin mexanizminin müqayisəli şərhinə dair referat və  təq-
dimatlar hazırlayır.
2.1.2.  Maddələr mübadiləsində baş verən dəyişikliklərin fərqli mexanizmlərini 
müqayisəli şəkildə şərh edir, məruzə və təqdimatlar hazırlayır.
2.1.3.  Bioloji prosesdə baş verən patoloji dəyişikliklərin fərqli mexanizmlərinin 
xüsusiyyətlərini riyazi üsullarla əsaslandırır və təqdimatlar hazırlayır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair müqayisələr aparır, təqdimatlar edir.
3.1.2.  Psixi proseslər və orada baş verən dəyişiklikləri müqayisəli şərh edir və 
referatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1.  İnsan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğu-
nu əsaslandırır, məruzə və təqdimatlar hazırlayır.
3.2.2.  Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir, 
məruzə və təqdimatlar hazırlayır.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1.  Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və 
bacarıqlar nümayiş etdirir.
4.1.1.  Təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, 
məruzə və referatlar hazırlayır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1.  Ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə və təqdi-
matlar hazırlayır.
4.2.2.  Regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdimat-
lar hazırlayır.
  LAYİHƏ


13
Fənn üzrə məzmun standartlarının reallaşdırılması cədvəli 
Tədris vahidləri və mövzular
Məzmun 
standartları
I. Həyatın yaranması
1. Yer planetinin yaranması. Həyat anlayışı
1.1.4.
2. Həyatın yaranması haqqında fərziyyələr
1.1.4.
3. Həyatın yaranması haqqında təsəvvürlərin inkişafı
1.1.4.
4. Həyatın əmələ gəlməsi haqqında müasir təsəvvürlər
1.1.4.
5. Bioloji monomer və polimerlərin yaranması
1.1.4.
6. Çoxhüceyrəliliyə doğru yol
1.1.4.
7. Təbii seçmənin formaları
1.1.4., 4.1.1.
8. Orqanizmlərdə uyğunlaşmalar
4.1.1.
II. Mikrobiologiya
9. Mikroorqanizmlər
1.1.1., 1.1.3.
10. Mikrobiologiya, onun şöbələri
1.1.1., 1.1.3.
11. Mikroorqanizmlər və ətraf mühit. Torpağın mikroflorası
1.1.1., 4.2.2.
12. Suyun mikroflorası
1.1.3., 4.2.2.
13. Atmosfer havasının mikroflorası
1.1.3., 4.2.2.
14. Qida məhsullarının mikroflorası
1.1.3.
15. İnfeksion proseslərin gedişində mikroorqanizmlərin rolu
1.1.2., 3.2.1.
16. İnfeksion proseslərin baş verməsində sahib orqanizmin rolu
2.1.2., 2.1.3., 3.2.1.
17. Mühit şəraitinin infeksion xəstəliklərin gedişinə təsiri
2.1.2., 2.1.3., 3.2.1.
III. Seleksiya
18. Seleksiyanın vəzifələri
1.1.1., 1.1.3.
19. Süni seçmə
1.1.3.
20. Mədəni bitkilərin mənşə mərkəzləri
1.1.1., 1.1.3.
21. Seleksiyanın metodları
1.1.1., 1.1.3., 2.1.3.
22. Dominantlığın idarə edilməsi. Seleksiyanın digər nailiyyətləri 1.1.3.
IV. Biotexnologiya və bionika
23. Biologiyanın inkişafı
1.1.1., 1.1.3.
24. Biologiya  və texnika
1.1.3.
25. Mikroorqanizmlərin seleksiyası. Biotexnologiya 
1.1.1, 1.1.3.
26. Bitkiçilik və heyvandarlıqda istifadə olunan müasir metodlar 1.1.1., 1.1.3.
27. Canlılarda klonlaşdırma
1.1.1., 1.1.3.
28. Biotexnologiya həyatımızda
1.1.1., 1.1.3.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə