Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə5/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49

14
29. Bionika
1.1.1., 1.1.3.
Layihə
V. Biosfer
30. Biosferin sərhədləri və orada baş verən dəyişikliklərin qlobal 
xarakteri
4.2.1., 4.2.2.
31. Biosferdə canlı maddə
4.2.1.
32. Biosferdə enerji çevrilmələri
4.2.1., 4.2.2.
33. Quru və okean sahəsinin biokütləsi
4.2.1.
34. İnsan və biosfer
4.2.1., 4.2.2.
35. Qlobal ekoloji problemlər
4.2.2.
Layihə
Layihə
VI. Xordalıların ali nümayəndəsi – insan. Onun inkişafı və mühit
36. Xordalıların embrional inkişafı
2.1.1.
37. İnsanın embrional inkişafı
3.1.1.
38. İnsan psixikasının inkişaf xüsusiyyətləri
3.1.1., 3.1.2.
39. Təşviş pozuntuları
3.1.2.
40. Depressiyalar
3.1.2.
41. Psixozlar
2.1.3., 3.1.2.
42. Ailədə sağlam münasibətlər 
3.2.2.
43. Sağlam həyat tərzi – sağlam ailə
3.2.2.
VII. Hüceyrənin nəzarətli və nəzarətsiz bölünməsi
44. Bitki və heyvan hüceyrələrində sitoplazmanın bölünməsi
2.1.1.
45. Həzm prosesinin gedişində müxtəliflik
2.1.1., 2.1.2.
46. Hüceyrənin nəzarətsiz bölünməsi. Şişlər
3.2.1.
47. Xərçəng
2.1.2., 3.2.1.
48. Mitoz və meyoz bölünmələrin oxşar və fərqli cəhətləri
2.1.1.
Layihə
  LAYİHƏ


15
11-ci SİNİF BİOLOGİYA FƏNNİ ÜZRƏ
MƏZMUN STANDARTLARININ İNTEQRASİYA İMKANLARI
İnteqrativlik  müasir  təlimin  əsas  prinsipi  kimi  öz  aktuallığını  qoruyub  saxla-
maqdadır. Biologiya fənninin tədrisində də fəndaxili və fənlərarası əlaqənin yara-
dılması  vacibdir  və  təlimin  interaktivliyini  təmin  etmək  üçün  başlıca  amildir.  Bu 
baxımdan Biologiya fənn kurikulumunda canlı orqanizmlərin quruluşu, bioloji pro-
seslər, canlıların bir-biri və ətraf aləmlə əlaqəsi haqqında bilik və bacarıqların, fizi-
ka, kimya, coğrafiya və s. elmlərlə əlaqəli şərhi diqqət mərkəzində saxlanılmışdır. 
Fənnin tədrisinə bu cür yanaşma təlim prosesində müxtəlif fənlər arasında bilik və 
konsepsiya səviyyəsində dəyərli əlaqələr yaratmaqda köməklik göstərir. 
Müasir dövrdə inteqrasiyaya bir fakt haqqında biliyə həmin fakt haqqında başqa 
fənlərdə verilən məlumatın əlavə olunması kimi deyil, tamamilə başqa cür yanaşılır. 
Belə ki, müəllim hər hansı bir bilik və bacarığı formalaşdırarkən digər fənlərdən də 
istifadə edir və beləliklə də, şagird bu fənlərin hamısının eyni məqsədə xidmət etdi-
yini, dünyanı dərk etmək üçün vacibliyini anlayır. Digər fənlərdə olduğu kimi, Bio-
logiya fənninin tədrisində də inteqrasiya iki istiqamətdə həyata keçirilir:
• Fəndaxili (üfüqi, şaquli) inteqrasiya
• Fənlərarası inteqrasiya
Fəndaxili inteqrasiya – məzmun xətləri, siniflər üzrə gözlənilən təlim nəticələ-
ri  və  məzmun  standartları  arasında  reallaşdırılır.  Ümumi  orta  təhsil  səviyyəsində 
formalaşdırılan bacarıqlarla tam orta təhsil səviyyəsində formalaşdırılan bacarıqlar 
məzmun etibarilə bir-biri ilə sıx əlaqəlidir, biri digərini tamamlayır və inkişaf etdi-
rir. Belə ki, ümumi orta təhsil səviyyəsində 6–8-ci siniflərdə Biologiya fənni üzrə 
canlılar, onların quruluşu, həyati xüsusiyyətləri, bir-biri ilə və ətraf mühitlə qarşı-
lıqlı əlaqəsi, o cümlədən insanın biososial mahiyyəti haqqında zəruri bilik və baca-
rıqlar məntiqi ardıcıllıqla və inkişaf etdirilməklə təqdim edilir. 9-cu sinifdə ümumi 
orta təhsil səviyyəsi başa çatır və bioloji bilik və bacarıqlar fənnin əhatə etdiyi bio-
loji  qanunauyğunluqların  tədrisi  ilə  yekunlaşdırılır.  Canlıları  öyrənən  digər  elm 
sahələri – sitologiya, histologiya, biokimya elmləri, canlıların kimyəvi tərkibi, irsi 
xəstəliklər, reproduktiv sağlamlıq, insanın ali sinir fəaliyyətinin mexanizmləri, re-
gional ekoloji problemlər bu sinifdə bir qədər sadə, lakin əlaqələndirilmiş formada 
verilir.  Ümumi  orta  təhsil  səviyyəsində  canlılar  barədə  sistemli  biliklər  tam  orta 
təhsil səviyyəsinin 10–11-ci siniflərində genişləndirilir və dərinləşdirilir.
Fənlərarası  inteqrasiya  –  inteqrasiyanın  ikinci  tipi  Biologiya  fənninin  digər 
fənlərlə  əlaqə  imkanlarını  nəzərdə  tutur.  Zəruri  məzmunun  mənimsənilməsində 
rolu və əhəmiyyəti olan Coğrafiya, Riyaziyyat, Həyat bilgisi, Kimya, Fizika, İnfor-
matika, Texnologiya və s. fənlər üzrə anlayışların müəyyənləşməsinə şərait yaradır. 
Orqanizmlərdə baş verən proseslər də məhz fizika və kimyanın qanunlarına əsasla-
nır, coğrafi mühitlə daim qarşılıqlı əlaqədə olur. Bioloji hadisələrin aydınlaşdırıl-
masında bir sıra riyazi biliklərin də əhəmiyyəti olduqca böyükdür. 
  LAYİHƏ


16
BİOLOGİYA FƏNNİNİN TƏDRİSİNƏ DAİR TÖVSİYƏLƏR
Artıq bir neçə ildir ki, Biologiya fənninin tədrisi ümumtəhsil məktəblərində 
yeni təhsil proqramı – Biologiya fənn kurikulumu əsasında həyata keçirilir. Mə-
lum olduğu kimi, müəllimlərin bu fənnin tədrisində uğurları ilə yanaşı, müxtəlif 
problemləri də vardır. Bu məqsədlə biologiya müəllimlərinin diqqətinin aşağıda-
kı məsələlərə yönəldilməsi məqsədəuyğun hesab edilir:
•  
Biologiyanın  tədrisində  ötən  dərs  ili  ərzində  müəllim  və  şagirdlərin  əldə 
etdiyi uğurların və üzləşdikləri çətinliklərin təhlili, çatışmazlıqların aradan 
qaldırılması məqsədilə görüləcək işlərin müəyyənləşdirilməsi;
• 
Yaradıcı və innovativ müəllimlərin təcrübəsinin öyrənilməsi;
•  
Perspektiv və gündəlik planlaşdırmanın hazırlanmasına verilən tələblərin nə-
zərə alınması;
•  
Dərs  və  dərsdənkənar  məşğələlərdə  müxtəlif  üsullardan  istifadə  etməklə 
şagird nailiyyətlərinin yüksəldilməsi;
•  
Şagirdlərin dərsliklərlə yanaşı, əlavə resurslardan istifadə etməsinə şəraitin 
yaradılması;
•  
Təlim prosesində şagirdlərin istəklərinin, meyil və maraqlarının nəzərə alın-
ma sı, tədqiqatçılıq bacarıqlarının inkişafının təmin edilməsi;
•  
Təlimin  səmərəliliyinin  təmin  olunması  baxımından  praktik  dərslərə  üs-
tünlük verilməsi, əyaniliyin təmin olunması;
• 
“Şagirdlərin cinsi tərbiyəsi” mövzusunda söhbətlərin aparılması;
• 
Qiymətləndirmə vasitələrinin tələblərə uyğun hazırlanması və s.
Biologiya fənninin tədrisi zamanı müəllim şagirdlərin təkcə yeni bilik əldə et-
məsini deyil, əldə olunan biliyin bacarığa çevrilməsi istiqamətində də iş aparmalı-
dır. Həyati bacarıqların formalaşmasına xidmət edən bu yanaşma artıq kurikulum-
ların tətbiqi ilə əlaqədar Azərbaycan məktəblərində həyata keçirilir. Ənənəvi təlim 
üsullarının tətbiqi zamanı yeni mövzu haqqında danışılaraq müəyyən izahlar veri-
lirdi. Bu prosesdən sonra şagirdlərə yeni mövzunu evdə öyrənmək tapşırılırdı. Növ-
bəti  dərs  isə  mövzunu  şagirdlərdən  soruşmaqla  başlayırdı.  Artıq  dərs  anlayışına 
baxışlar dəyişib. Müasir yanaşma şagirdlərin bilik və bacarıqlara dərs prosesində 
yiyələnməsini  tələb  edir.  Bu  işdə  müəllimdən  yaradıcılıq  tələb  olunur.  Məsələn, 
müəllim dərman bitkiləri haqqında bir mövzunu tədris edərkən hansı bacarıqların 
formalaşdırılmasının  tələb  olunduğunu  bilməlidir.  Bundan  sonra  özü  qarşısında 
müəyyən suallar qoymalıdır: Necə edim ki, şagirdlərdə bu bacarıqları formalaşdı-
rım? Təbii ki, müasir tələblər şagirddən əzbərçiliyi yox, dərman bitkilərini morfo-
loji quruluşuna görə bir-birindən və digər bitkilərdən fərqləndirməyi, onların müa-
licəvi əhəmiyyətini, hansı hissələrindən istifadə oluna biləcəyini müəyyən etməyi 
və bu baxımdan qruplaşdırmağı tələb edir. Məhz bu səbəbdən də müəllim daim öz 
üzərində işləməli və özünə suallar verməlidir: Nəyi öyrədirəm? Nə məqsədlə öyrə-
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə