Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə13/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

38
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN 
QİYMƏTLƏNDİRİLMƏSİNƏ DAİR TÖVSİYƏLƏR
Qiymətləndirmə  təhsilin  keyfiyyətinin  yüksəldilməsinə  yönələn  və  onu  idarə 
edən vacib amildir. Şagird nailiyyətlərinin inkişafına xidmət edən qiy mət lən dirmə 
müəllimdən yaradıcılıq tələb edən prosesdir.
Ümumtəhsil məktəblərində tətbiq olunan fənn kurikulumları ilə əlaqədar olaraq 
müəllimlərdə  müasir  qiymətləndirmənin  necə  aparılması,  hansı  üsul  və vasitələrə 
üstünlük  verilməsi  sualları  yaranır.  Fənnin  spesifik  xüsusiy yət lərindən,  fəaliyyət 
istiqamətlərindən  asılı  olaraq  biologiya  müəllimlərini  “Bio logiya  fənninin  tədrisi 
zamanı ən çox hansı üsullara üstünlük verilmə lidir? Laboratoriya işləri, təqdimatlar 
hansı  meyarlarla  qiymətlən diril məlidir?  Summativ  qiymətləndirmə  vasitəsi  kimi 
laboratoriya  işlərindən  isti fadə  et mək  olarmı?  Özünüqiymətləndirmə,  cütlərin  və  
qrup  işlərinin  qiy mət lən di ril məsi  hansı  meyarlar  əsasında  aparılmalıdır?”  və  s. 
suallar ma raq landırır.
Təlim prosesinin ayrılmaz hissəsi olan məktəbdaxili qiymətləndirmə diaqnostik 
(ilkin  səviyyənin  qiymətləndirilməsi),  formativ  (fəaliyyətin  qiy mət ləndirilməsi), 
summativ  (kiçik,  böyük  və  yekun)  qiymətləndirmədən  iba rətdir.  Qiymətləndirmə 
növləri  şagirdləri  hər  bir  fənnin  məzmun  stan dart la rında  göstərilən  əsas  bilik  və 
bacarıqların əldə edilməsinə yönəlmiş fəaliy yət istiqamətləri ilə təmin edir. 
Diaqnostik qiymətləndirmə hər bir fənn müəlliminin təlim məqsədləri və təlim 
strategiyalarında  çevik  dəyişikliklər  aparmasına  imkan  yaradır.  Belə  ki,  hər  bir 
müəllim keyfiyyətli dərsə yiyələnmək üçün başlanğıcda özünə “Şa girdlərin bilik və 
bacarıqlarının səviyyəsi necədir? İl ərzində və yaxud da aşağı sinifdə tədris edilmiş 
materialı  necə  mənimsəyiblər?  Əldə  olunmuş  bilikləri  tətbiq  edə  bilirlərmi? 
Sinifdəki  şagirdlərlə  işə  haradan  baş lanıl ma lıdır?  Şagirdlərin  müəyyən  bilik  və 
bacarıqlara yiyələnmələri üçün hansı mə sələlərə xüsusi diqqət yetirilməlidir?” kimi 
suallar verməlidir. Məhz bu suallara cavab tapmaq üçün müəllim şagirdin, müvafiq 
hallarda  qrup  və  ya  sinfin  hazırkı  vəziyyətinə  qiymət  verməlidir.  Bu  baxımdan 
diaqnostik  qiy mət ləndirmə  təlimin  hər  hansı  bir  mərhələsində  –  təhsil  səviy-
yəsinin, dərs ilinin, tədris vahidlərinin əvvəlində sinifdəki şagirdlərin bilik və ba-
carıq la rını  müəyyən  edir.  Eyni  zamanda  şagird  təhsil  aldığı  məktəb  və  sinfi 
dəyişdikdə  və  digər  zəruri  hallarda  onun  bilik  və  ba ca rıq la rı  haqqında  məlumat 
toplamaq,  şagirdə  fərdi  yanaşmanı  təmin  etmək,  öy rənilmiş  materialın  təkrarına 
vaxt itirməmək məqsədilə aparılır. 
Bu  qiymətləndirmənin  nəticələri  rəsmi  sənədlərdə  qeyd  olunmur,  müəl limin 
şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə valideynlər, sinif rəhbəri və 
digər fənn müəllimləri məlumatlandırılır.
  LAYİHƏ


39
11-ci sinif üzrə diaqnostik qiymətləndirməyə dair nümunə 
Tədris ilinin ilk mövzusuna başlamazdan öncə şagirdlərin aşağı sinifl ərdən Bio-
logiya fənni üzrə məzmun standartlarından bir neçəsində nəzərdə tutulmuş bilik və 
bacarıqlara hansı səviyyədə yiyələndiklərini müəyyən et mək olar. Məsələn: 
B  (8)  1.1.1.  İnsanı  öyrənən  elm  sahələrini  (anatomiya,  fiziologiya,  gigi yena, 
psixologiya) şərh edir və kiçik təqdimatlar hazırlayır.
B (9) 1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir.
B (10) 3.1.1. İnsanın tarixi inkişaf mərhələlərini müqayisəli şərh edir, məruzə 
və referat hazırlayır.
Tapşırıq:   
1. Aşağıdakı elm sahələri nəyi öyrənir?
İnsan anatomiyası _________________________________________
İnsan fiziologiyası _________________________________________
Gigiyena ________________________________________________
Psixologiya ______________________________________________
2. Düzgün çıxışı müəyyən edin.
 
Qədim 
primat
oranqutan
parapitek
şimpanze 
driopitek
hibbon
qorilla
3.
 Uyğunluğu müəyyən edin.
sellüloza
qlikogen 
saxaroza 
nişasta
fruktoza            
laktoza
Bu kimi suallar hazırlamaqla müəllim müəyyən edir ki, sinifdəki şa girdlərlə işə 
haradan  başlasın,  fərdi  yanaşmanı  necə  təmin  etsin,  şagird lərin  aşağı  siniflərdəki 
çatışmazlıqlarını  bu  sinif  üzrə  məzmun  stan dart larını  real laşdırarkən  necə  aradan 
qaldırsın. 
Məktəbdaxili qiymətləndirmənin digər növü olan formativ qiymət lən dir mə qə-
bul edilmiş standartların reallaşmasına istiqamətlənən irəliləyişlərin monitorinqi si-
nifdə  hər  bir  şagirdin  inkişafının  hərəkətverici  amilinə,  təlimin  həlledici  kom-
ponentinə çevrilir. Müəllim belə monitorinq vasitəsilə tədris prosesini tən zimləyir, 
bütün şagirdlərin irəliləyişlərini təmin edir, eyni za manda uğur qazana bilməyən şa-
monosaxarid
disaxarid
polisaxarid
  LAYİHƏ


40
girdlərin ehtiyaclarını öyrənərək onlara əlavə köməklik göstərir. Bu qiymətləndir-
mə fənni tədris edən müəllim tə rəfindən məzmun standartlarından irəli gələn təlim 
məqsədləri  əsasında  ha zırlanmış  meyarlar  üzrə  dərs  ili  ərzində  müntəzəm  olaraq 
aparılır. Me yarlar 4 səviyyədə (zəruri hallarda 3–5 səviyyədə də ola bilər) müəy-
yən ləş di rilə  bilər.  For ma tiv  qiymətləndirmənin  nə ticələri  sinif  jurnalında  qeyd 
olun mur. Bu nə ti cələr şagirdin məktəbli ki tabçasında (meyarlar şəklində) və müəl-
limin qeyd ki tabçasında öz əksini tapır.
Bir  məzmun  standartı  dərslikdəki  bir  neçə  mövzuda  reallaşdığına  görə  hə min 
standartlara  əsasən  müəyyən  olunmuş  qiymətləndirmə  me yar ları  növ bəti  müvafiq 
dərs lərdə də is ti fadə edilir.  
Alt standart: 
3.2.1. İnsan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyə-
sində olduğunu əsaslandırır, məruzə və təqdimatlar hazırlayır.
Təlim nəticəsi:
 
İnsan orqanizmində parazitlik edən mikroorqanizmlərin hüceyrə 
və toxumalara təsirini əsaslandırır, təqdimatlar hazırlayır.
Qiymətləndirmə meyarı: təqdimathazırlama
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdi-
matda əsas nailiy-
yətlər əks olunma-
yıb.
Dəqiq mənbələrə 
istinad olunsa da, 
təqdimatın hazırlanma-
sında məntiqi ardıcıllıq 
gözlənilməyib.
Təqdimat sistemli
dəqiq elmi mən-
bələrə istinadən 
hazırlanıb.
Formativ qiymətləndirmənin aparılması üçün aşağıdakı üsul və vasitə lər dən is-
tifadə edə bilərsiniz:
Üsullar
Vasitələr
Müşahidə 
Müşahidə vərəqləri
Şifahi sual-cavab
Şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi
Tapşırıqvermə
Çalışmalar
Valideynlərlə və digər fənn müəl-
limləri ilə əməkdaşlıq
Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki 
fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Layihə
Şagirdlərin  təqdimatı  və  müəllim  tərəfindən  müəy-
yən olunmuş meyar cədvəli
Rubrika
Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası
Şifahi və yazılı təqdimat
Meyar cədvəli
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə