Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə11/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

32
Müzakirə
Biologiya fənninin tədrisində müzakirə mövzu ətrafında fikir, məlumat, faktla-
rın  təhlili  və  təkliflərin  mübadiləsidir.  Onun  əsas  vəzifəsi  problemi  təhlil  edərək 
həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır. Müzakirə 
dinləmək,  təqdim  etmək,  sual  vermək  mədəniyyətini  formalaşdırır,  şagirdlərin 
məntiqi  və  tənqidi  təfəkkürünü,  şifahi  nitqini  inkişaf  etdirir.  Müzakirə  apararkən 
əvvəlcədən  şagirdlərə  müzakirə  qaydaları  xatırladılır.  Mövzu  aydın  şəkildə  ifadə 
olunur. Müzakirə prosesini inkişaf etdirən suallar vermək və şagirdlərin cavablarını 
nəzərdən keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı “bəli” və 
ya “xeyr” olan qapalı suallar vermək məqsədəuyğun hesab edilmir. 
Qərarlar ağacı
Biologiya fənninin tədrisində bu üsul qərarların qəbul edilməsi zamanı alterna-
tiv yolları araşdırmaq və təhlil etmək məqsədi daşıyır. 
Müzakirə olunacaq problem müəllim tərəfindən izah edilir və onun həlli yolla-
rının bir neçə variantı şagirdlərlə birlikdə müəyyənləşdirilır. Məsələn, qlobal ekolo-
ji problemlər müzakirəyə qoyulur. 4 və 6 nəfərdən ibarət qruplarda şagirdlər prob-
lemin həlli yollarının üstünlüklərini və çatışmazlıqlarını təhlil edir, onları “+” və ya 
“–” işarəsinin qarşısında müvafiq qaydada qeyd edirlər. Son nəticə cədvəlin qərar 
hissəsində yazılır və üstü örtülür. 
Bütün qrupların təqdimatından sonra müəllim əldə olunmuş nəticələri ümumi-
ləşdirmək üçün müzakirə aparır.
Təqdimatlar
Təqdimat Biologiya fənni üçün çox əlverişli metoddur. Məzmun standartlarının 
da əksəriyyəti təqdimatların hazırlanmasını tələb edir. 
1.1.1. Canlıları öyrənən elm sahələrinin (seleksiya, mikrobiologiya, biotexno-
logiya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə dair müşahi-
dələr aparır, nəticələri barədə təqdimatlar edir.
1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıları öyrənən elm sahələri-
nin nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
2.1.1. Bioloji proseslərin mexanizminin müqayisəli şərhinə dair referat və  təq-
dimatlar hazırlayır.
  LAYİHƏ


33
2.1.2. Maddələr mübadiləsində baş verən dəyişikliklərin fərqli mexanizmlərini 
müqayisəli şəkildə şərh edir, məruzə və təqdimatlar hazırlayır.
2.1.3. Bioloji prosesdə baş verən patoloji dəyişikliklərin fərqli mexanizmlərinin 
xüsusiyyətlərini riyazi üsullarla əsaslandırır və təqdimatlar hazırlayır.
3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair müqayisələr aparır, təqdimatlar edir.
3.2.1. İnsan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğu-
nu əsaslandırır, məruzə və təqdimatlar hazırlayır.
3.2.2. Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir, 
məruzə və təqdimatlar hazırlayır.
4.2.1. Ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə və təqdi-
matlar hazırlayır.
4.2.2. Regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdimat-
lar hazırlayır.
Təqdimatlar müxtəlif formalarda (elektron təqdimat, qəzet, buklet, kollaj, veb-
sayt və s.) və müxtəlif xarakterli ola bilər. Təqdimatla bağlı tapşırıq həm fərdi, həm 
də  qrup  şəklində  verilə  bilər.  Məqsəd  şagirdləri  fəaliyyətə,  yaradıcılığa,  təd-
qiqatçılığa sövq etməkdir. Şagirdlərin təqdimatları müxtəlif olduğundan onlara ma-
raq  çox  yüksəkdir.  Bu  üsul  həm  də  şagird  özünüqiymətləndirməsində  də  sə-
mərəlidir. Nəzərə almaq lazımdır ki, bu iş daha çox əmək tələb etdiyindən ona ve-
rilən vaxt da adekvat olmalıdır.
Bilirəm/İstəyirəm_bilim/Öyrəndim'>BİBÖ – Bilirəm/İstəyirəm bilim/Öyrəndim
BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır:
1. Problem müəllim tərəfindən elan edilir.
2.  Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmə ləri qeyd 
edir: Bilirəm/İstəyirəm bilim/Öyrəndim.
3.  Şagirdlər problemlə bağlı bildiklərini söyləyirlər və cavablar birinci sü tunda 
qeyd olunur.
4. Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna yazılır.
5.  Dərsin  sonunda  bir  daha  həmin  cədvələ  diqqət  yetirilir  və  mövzu  ilə  bağlı 
öyrəndikləri üçüncü sütunda qeyd edilir.
Bilirəm
İstəyirəm bilim
Öyrəndim
  LAYİHƏ


34
Klaster (şaxələndirmə)
Müəllim  tərəfindən  lövhədə  və  ya  iş  vərəqlərində  dairə  çəkilir  və  onun 
mərkəzində  yazılmış  anlayışla  bağlı  şagirdlərə  söz  və  ya  ifadələr  söyləmək 
tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla əlaqəli 
sözlərlə  xətlər  vasitəsilə  birləşdirilir.  Vaxt  bitənə  qədər  mümkün  qə dər  çox  fikir 
yazmaq və onları əlaqələndirmək tövsiyə olunur. Vaxt bitəndən sonra alı nan klaster 
müzakirə edilir və ümumiləşdirmə aparılır. 
Məsələn,  müəllim  “Bakteriyaların  törətdiyi  xəstəliklər”  mövzusunun  təd risi 
zamanı dərsin ümumiləşdirmə mərhələsində bu üsuldan istifadə edə bilər.
Anlayışın çıxarılması
Bu üsul oyun-tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq yaradır. 
Müəllim lövhədən dairəvi kart asır, onun arxasında şagirdlərdən tə ləb olunan anlayı-
şı yazır. Kartın yazı olmayan tərəfini şagirdlərə göstərir və giz lədilmiş an layışların 
xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sa dalayır, yaxud yazır. Şagirdlər həmin 
xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar.
Əgər  şagirdlər  anlayışı  tapmaqda  çətinlik  çəksələr,  müəllim  əlavə  olaraq  yeni 
xüsusiyyətlər sadalayır.
Şagirdlər öz fərziyyələrini dedikdən sonra müəllim bu tapmacanın tapılıb-tapıl-
mamasını hamıya çatdırır və kartlarda yazılan sözləri açıqlayır. 
Venn diaqramı
Əşya  və  ya  hadisələri  müqayisə  etmək,  onların  oxşar  və  fərqli  cəhətlərini  
müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur.
Venn diaqramından istifadə aşağıdakı mərhələlər üzrə aparılır:
1. Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir.
2. Kəsişən dairələr çəkilir (ortada yazmaq üçün yer saxlanılır).
3. I və III dairədə müqayisə olunacaq obyektlər qeyd  olunur.
4.  Şagirdlər  təlimatlandırılır  (təlimatda  nəyin  müqayisə  olunacağı  və  dairə lərdə 
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə