Dərslik komplekti haqqında


Summativ qiymətləndirmədə



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə15/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

44
Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif 
üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasi tə ləri hazırlanır.
 Şagird nailiyyətlərinin məktəbdaxili qiymətləndirilməsinə dair vasitə lə rin ha-
zırlanması zamanı aşağıdakı amillərin nəzərə alınması məqsədəuyğun hesab edilir:
–  yarımil və ya il ərzində reallaşdırılmış məzmun standartlarında nəzərdə tutul-
muş bütün bacarıqların yoxlanılmasına imkan yaradılması;
– qiymətləndirmə səviyyələrinin nəzərə alınması;
– açıq sualların konkret cavabının olması;
–  bir neçə düzgün cavabın seçilməsi tələb olunduğu halda, bu cavabların qrup-
laşdırılması;
–  hazırlanmış tapşırıqların nəzərdə tutulan vaxt çərçivəsində icrasının mümkün-
lüyü;
– nəticələrin sxem və şəkillərlə təqdim olunmasına imkan yaradılması; 
– tapşırığın şərtinin dəqiqliyi;
– nəticələrin konkret şəkildə göstərilməsi;
–  məlumatların (məsələn, tarix, sinif, şagirdlərin adı və s.) qeyd olun ma sına im-
kan yaradılması və s.  
  LAYİHƏ


45
QRUP TƏQDİMATININ QİYMƏTLƏNDİRİLMƏSİ
Təqdimatın hər bir növünün öz qayda və ənənələri var. Məsələn, şifahi təqdi-
matın qiymətləndirilməsi zamanı səsin imkanlarından, jestlərdən bacarıqla istifadə 
olunması,  foto  və  videomaterialların  nümayiş  etdirilməsi  və  s.  bu  kimi  amillər 
nəzərə alınır. Təqdimatın qiymətləndirilməsi üçün meyarların hazırlanması zamanı 
aşağıdakı göstəricilər nəzərə alınmalıdır: 
Biliklər: faktlar, problemlər, anlayışlar, ideyalar
Əqli  vərdişlər:  təhlil,  qiymət,  göstəricilərin  sintezi,  yəni  məntiqlə  düşünmək 
qabiliyyəti; 
Kommunikativ vərdişlər: informasiyanı aydın şəkildə təqdim etmək bacarığı. 
Qrupların təqdimatının dörd səviyyə üzrə qiymətləndirilməsi 
Aşağıdakı  cədvəldə  şifahi  təqdimatın  qiymətləndirilməsinin  dörd  səviyyədən 
ibarət meyarları təklif olunur. Müəllimin istəyindən asılı olaraq bunlar dəyişdirilə 
və ya əlavələr edilə bilər.
 
Meyarlar 
I səviyyə 
II səviyyə 
III səviyyə 
IV səviyyə 
Əsas anlayışlar, 
problemlər, 
mövzular, 
ideyalar 
Seçilmir, 
və ya təsvir 
qarışıq verilir. 
Seçilir, tərifi 
verilir və təsvir 
edilir. 
Yaxşı seçilir, 
tərifi və təsviri 
verilir. 
Mükəmməl 
surətdə seçilir, 
dəqiq tərifi və 
təsviri verilir. 
Faktlar, 
informasiya 
Yoxdur və ya 
qeyri-dəqiqdir. 
Səhvlər var. 
Kiçik 
yanlışlıqlar var. 
Yanlışlıqlar 
yoxdur. 
Problemə aid 
göstəricilərin 
toplanması 
Problem üzrə 
göstərilən 
tapşırıq çox 
qarışıqdır. 
Problem üzrə az 
göstərici tapır. 
Məntiqlə seçir 
və bir hissəsini 
təşkil edir. 
Məntiqlə seçir 
hər şeyi 
təşkil edir. 
Nəticə çıxarmaq 
bacarığı 
Nəticələr 
yoxdur və ya 
dəqiq deyil. 
Yarımçıq 
nəticələrdir.
Göstəricilərə 
əsaslanan 
məlumatlı 
nəticələrdir.
Göstəricilərə 
əsaslanır. 
  LAYİHƏ


46
MÖVZULARIN GÜNDƏLİK PLANLAŞDIRILMASINA 
DAİR TÖVSİYƏ
Gündəlik dərs planını hazırlayarkən ilk olaraq öz işinizi mövzunun, standartın, 
məqsədin, iş forması və üsulunun, inteqrasiya imkanlarının, resursların müəyyən-
ləşdirilməsi ilə başlayın. Yuxarıda sadalananların hər birinin düzgün müəyyən edil-
məsində  alt  standartlar  mühüm  rol  oynayır.  Eyni  zamanda  müasir  dərsin  hər  bir 
mərhələsi alt standartın reallaşmasına yönəlməlidir.  Standartları reallaşdırarkən tə-
limin diferensiallaşdırılması nəzərə alınmalıdır. Diferensial təlimin alt komponenti 
hesab olunan inklüziv təlimin əsasını hər bir şagirdə fərdi yanaşma ideyası təşkil 
edir. Bu yanaşma təlim prosesində şagirdlərin inkişaf səviyyələrinə, ehtiyaclarına, 
maraqlarına və s. görə müəyyən edilə bilər. 
Tövsiyədə,  əsasən,  təlim  məqsədlərinin  və  təlim  tapşırıqlarının  hazırlanması 
üzərində  dayanmaq  istərdik.  Məzmun  standartlarının  düzgün  reallaşmasını  təmin 
etmək  üçün  birinci  şərt  təlim  məqsədlərinin  düzgün  formalaşdırılması,  müəyyən 
edilməsidir. Təlim məqsədlərinin yazılması müəllimdən diqqət və məsuliyyət tələb 
edir. Bunun üçün perspektivi görmək olduqca vacibdir. Təlim məqsədlərinin düz-
gün yazmaq üçün aşağıdakıları bilmək vacib hesab olunur: 
• Təlim məqsədinin məzmun standartının tələblərinə uyğunluğu; 
• Məqsəd çıxararkən məzmun standartlarının qismən və ya bütövlükdə reallaş-
dırılacağının müəyyən edilməsi
• Məzmun standartlarında nəzərdə tutulan bilik və bacarıqların mövzu baxımın-
dan xüsusiləşdirilməsi; 
• Məzmun standartının bilik hissəsinin biliyin hansı kateqoriyalarını əhatə et-
məsi (deklarativ, prosedural, kontekstual); 
• Məzmun standartında bacarığın növünün müəyyən edilməsi (idraki, emosio-
nal, psixomotor); 
• Məqsədin ölçüləbilən olması; 
•  Təlim  məqsədlərinə  uyğun  tapşırıqların,  şagird  nailiyyətinin  qiymətləndiril-
məsinin üsul və vasitələrinin seçilməsi
• Təlim məqsədləri yazılarkən mərhələlilik və əlaqəliliyin nəzərə alınması.
Məqsədlər yazılarkən sadədən mürəkkəbə doğru inkişafı özündə əks etdirməli-
dir. Təlim məqsədlərinin bu cür formalaşdırılması təlim prosesini planlaşdırmaq və 
əldə olunan bacarıqları ölçmək imkanı verir. 
Yuxarıda da qeyd olunduğu kimi, təlim məqsədlərinə uyğun tapşırıqların tərtib 
olunması  müəllimlər  üçün  çətinlik  yaradan  məsələlərdəndir.  Tapşırıqlar  hazırla-
narkən  konkret  istiqamətlərə  diqqət  edilməlidir.  Bu  istiqamətlərə  aşağıdakılar  aid 
edilə bilər: 
• Tapşırığın nəzərdə tutulan fəaliyyəti ölçməsi; 
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə