Dərslik komplekti haqqında


I bölmə. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə17/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

I bölmə. Həyatın yaranması
Bölmə üzrə reallaşdırılmış məzmun standartları
1.1.4.  Yer  üzərində  həyatın  əmələ  gəlməsinə  dair  fikirləri  müqayisəli  şəkildə 
şərh edir.
4.1.1.  Təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandı-
rır, məruzə və referatlar hazırlayır.
  LAYİHƏ


51
 
1. Yer planetinin yaranması. Həyat anlayışı
 I. HƏYATIN YARANMASI
Alt standart:
1.1.4.  Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri müqayisəli şəkildə şərh 
edir.
Məqsəd:

 Yer planetində həyatın yaranması haqqında fikirləri şərh edir.

 Şagirdlər əvvəl qazanılmış biliklərə əsaslanaraq sualı müzakirə edirlər:
Canlını cansızdan fərqləndirən nədir?
Tədqiqat sualı: 
Yer planetində həyatın yaranması haqqında hansı təsəvvürlər mövcud olmuşdur?
Verilmiş mövzu ilkin təsəvvürlərlə bağlıdır. Şagirdlər bu barədə aşağı siniflərdən 
(Coğrafiya  10-cu  sinif)  müəyyən  məlumatlara  malikdirlər.  Mövzunun  tədrisi  zamanı 
aşağıdakı linkdən istifadə oluna bilər.
https://www.youtube.com/watch?v=wyS1HU5agwc&feature=youtu.be
Həyatın yaranması haqqında müxtəlif fərziyyə və təsəvvürlər şagirdlər tərəfindən 
müzakirə olunmalıdır. Müzakirə müəllimin məqsədəuyğun hesab etdiyi üsul larla aparıla 
bilər.
Mövzunun məzmunu aşağıdakı alqoritm üzrə öyrənilir:

 Canlını cansızdan fərqləndirən əlamətlər;

 Yerin yaranması ilə bağlı fərziyyələr;

  F.Engelsin və M.V.Volkenşteynin verdikləri təriflərin müzakirəsi və müqayisəsi.
Verilmiş  məzmunla  tanışlıqdan  sonra  dərsin  məqsədinə  uyğun  olaraq  F  blokunda 
verilmiş tapşırıqlar fərdi və yaxud da cütlərdə icra oluna bilər. F blokundakı 3-cü tapşı-
rıq araşdırma və təqdimatın hazırlanmasını tələb etdiyindən evə verilə bilər. Əgər sinif-
də kompüterdən istifadə imkanı və yaxud paylama materialları varsa, tapşırığın sinifdə 
də icra olunması mümkündür.
Qiymətləndirmə meyarı: 
• 
şərhetmə

səviyyə
II 
səviyyə
III 
səviyyə
Yer  üzərində  həyatın  əmələ 
gəlməsinə dair fikirləri şərh 
edərkən səhvlərə yol verir.
Yer  üzərində  həyatın  əmələ 
gəlməsinə dair fikirləri müəl-
limin köməyi ilə şərh edir.
Yer  üzərində  həyatın  əmələ 
gəlməsinə  dair  fikirləri  sər-
bəst şərh edir.
  LAYİHƏ


52
Alt standart: 
1.1.4.  Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri müqayisəli şəkildə şərh 
edir.
Məqsəd: 

 Həyatın əmələ gəlməsi haqqında çoxsaylı təsəvvürləri şərh edir.
Mövzu  ilə  tanış  olmazdan  öncə  şagirdləri  aşağıdakı  suallar  ətrafında  müzaki rə yə 
cəlb edə bilərsiniz:

 Sizcə, həyat öz-özünə yarana bilərdi? Niyə?

 Həyatın yaranması barədə hansı fərziyyələr mövcuddur?
Şagirdlər bu sualları eşitdiklərinə və Fizika, Coğrafiya fənlərindən əldə etdikləri bi-
liklərə əsasən müzakirə edə bilərlər.
Tədqiqat sualı: 
Həyatın yaranması haqqında hansı təsəvvürlər mövcuddur?
Dərslikdəki Fəaliyyət müzakirə olunaraq şagirdlərin fikirlərini əsaslandırmalarına 
şərait yaradılır.
Tədqiqat mərhələsində şagirdlər dərslikdəki mətni oxumalıdırlar. Bunun üçün mət-
nin hissə-hissə oxunmasından istifadə oluna bilər. Burada məqsəd oxunacaq mətndəki 
faktları, hadisələri, onların fərqini dəqiq çatdırmaqdan ibarətdir.
Həyatın yaranması haqqında çoxsaylı təsəvvürlərlə bağlı videoçarx (rolik) nümayiş 
etdirilə bilər. F blokundakı 2-ci tapşırıq evdə, 3-cü tapşırıq isə kollektivdə icra oluna 
bilər.
Qiymətləndirmə meyarı: 

 şərhetmə

səviyyə 
II 
səviyyə
III 
səviyyə
Həyatın əmələ gəl mə sində 
çoxsaylı təsəvvürləri şərh 
etməkdə çə tinlik çəkir.
Həyatın əmələ gəlməsində 
çoxsaylı təsəvvürləri 
müəllimin köməyi ilə şərh 
edir.
Həyatın əmələ gəlməsində 
çoxsaylı təsəvvürləri sərbəst 
şərh edir.
 
2. Həyatın yaranması haqqında fərziyyələr
  LAYİHƏ


53
Alt standart: 
1.1.4.  Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri müqayisəli şəkildə şərh 
edir.
Məqsəd: 

 Həyatın yaranması ilə bağlı müxtəlif nəzəriyyələri şərh edir.
Motivasiya mərhələsində planetlər, bu planetlərdə həyatın olmaması səbəbləri mü-
zakirə oluna bilər. Növbəti addımda Yer planetində həyatın əmələ gəlməsi səbəblərinin 
də müzakirəsi aparıla bilər.
Tədqiqat sualı: 
Yer planetində həyatın yaranması ilə bağlı hansı nəzəriyyələr vardır?
Tədqiqata başlamazdan öncə aşağıdakı sxemi şagirdlərə təqdim edə bilərsiniz:
Həyatın əbədiliyi 
nəzəriyyəsi
Biogenez
Panspermiya
Abiogenez
Həyatın yaranması
haqqında fərziyyələr
Tədqiqat mərhələsində yuxarıda adı çəkilən nəzəriyyələr oxunaraq müzakirə olun-
malıdır. Bunun üçün mətnin bütöv oxunması strategiyasından istifadə etmək olar. Mət-
nin oxunmasından sonra şagirdlər 1-ci və 2-ci tapşırıqları kollektivlə icra edə bilərlər. 
3-cü tapşırığın icrası üçün paylama materialından istifadə oluna bilər.
Qiymətləndirmə meyarı: 
• 
şərhetmə

səviyyə
II 
səviyyə
III 
səviyyə
Həyatın yaranması ilə bağlı 
müxtəlif fərziyyələri 
çətinliklə şərh edir.
Həyatın yaranması ilə bağlı 
müxtəlif fərziyyələri 
müəllimin köməyi ilə şərh 
edir.
Həyatın yaranması ilə bağlı 
müxtəlif fərziyyələri sərbəst 
şərh edir.
  
3. Həyatın yaranması haqqında 
təsəvvürlərin inkişafı
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə