57
Süd (1ml) və süd məhsullarının (1q) mikrobioloji müayinəsi zamanı mikro-
orqanizmlərin miqdarı təyin edilir.
Spesifik mikrofloraya malik olan turş süd məhsullarının müayinəsi ümumi
mikroorqanizmlərin sayına
görə deyil, kolititrin
*
təyini ilə aparılır.
Ət və ət məhsullarının sanitar-mikrobioloji müayinəsi zamanı aşağıdakı
göstəricilər təyin edilir:
• məhsulun 1q-da olan bakteriyaların ümumi sayı;
• məhsulun 1q-da bağırsaq çöplərinin miqdarı;
• məhsulun 2 q-da salmonellaların miqdarı.
1. Müxtəlif mənbələrə istinad edərək aşağıdakı mövzularda məruzə hazırlayın:
• Stafilokokk
mənşəli zəhərlənmələr
• Mikotoksikozlar
2. Ət və süd məhsullarının, konservləşdirilmiş meyvə və tərəvəzin qabları üzə-
rində istifadə tarixi yazılır. Bunun səbəbini araşdırın və təqdimat hazırlayın.
3. Bruselyoz xəstəliyi qatıqla qidalanmaya nisbətən pendirlə qidalanma zamanı
daha çox yoluxur. Sizcə, bunun səbəbi nədir? İzah edin.
Konservlərin sanitar-mikrobioloji müayinəsi zamanı onların yararlığı aşağıdakı
göstəricilərlə təyin edilir:
• Mezofil* aerob mikroorqanizmlər (olmamalıdır)
• Mezofil anaerob mikroorqanizmlər (olmamalıdır)
• Epidemioloji göstərişlər olarsa, stafilokoklar, botulizm törədicisi və toksini,
termofil* aerob və anaeroblar, maya və kif göbələkləri təyin edilir.
• Konservlərdə patogen mikroblar (olmamalıdır)
T
LAYİHƏ
58
Mikroorqanizmlərin sahib orqanizmə birləşmə sxemlərini nəzərdən keçirərək
bu prosesin gedişini izah edin:
15. İnfeksion proseslərin gedişində
mikroorqanizmlərin rolu
Sahib orqanizm kimi çıxış edən bitki, heyvan və insan orqanizmləri mikro-
orqanizmlərin yaşaması üçün əlverişli mühit rolunu oynayır. Onlar arasında qarşı-
lıqlı münasibətlər mutualizm
*
və parazitizmlə özünü göstərir.
Canlıların qarşılıqlı təsirlərindən hər iki canlı üçün faydalı olan mutualizm-
dən fərqli olaraq parazitizm zamanı mikroorqanizm sahib orqanizmdə yaşayaraq
ondan qida mənbəyi kimi istifadə edir və ona ziyan vurur.
►
Sahib orqanizmdə parazitlik edən mikroorqanizmlər onun hüceyrə və to-
xumalarına necə təsir edir?
F
Parazit həyat tərzinə keçmə uzun sürən təkamül prosesi nəticəsində mikroorqa-
nizmlərdə bir çox dəyişikliklərə səbəb olmuşdur. Mikroorqanizmlərin sahib orqa-
nizmdə yaşamağa uyğunlaşmasında təbii seçmə mühüm rol oynamışdır.
Əvvəlcə ətraf mühitdə yaşama qabiliyyətini tam itirməyən parazitlər, sonra ət-
raf mühitdə yaşama qabiliyyətini itirmiş və yalnız sahib orqanizmdə yaşayan para-
zitlər əmələ gəlmişdir. Daha sonra isə onların ancaq müəyyən toxuma və orqanla-
rında yaşamağa uyğunlaşmış növləri yaranmışdır. Məsələn, malyariya törədiciləri,
əsasən, qaraciyər və qan hüceyrələrini, dizenteriya törədiciləri isə yoğun bağırsağın
selikli qişasını zədələyir.
M
Mikroorqanizm
Xarici membranın zülalları və
lipopolisaxaridləri (lipidlər)
Sahib
hüceyrənin
səthində olan xüsusi
strukturlar (reseptorlar)
Sahib
hüceyrə
Sahib hüceyrə
Səthi
zülallar
LAYİHƏ