63
Qrip və angina kimi infeksion xəstəliklərin baş verməsinin ilin fəsillərindən
asılılıq qrafikini tərtib edin.
infeksion
xəstəliklər
yaz
yay payız
qış
ilin
fəsilləri
Seçiminizi əsaslandırın.
El arasında belə bir inanc mövcuddur: “Xəstəliklərin hamısı soyuqdəymədən
əmələ gəlir”.
►
Nəyə əsasən xalq belə bir qənaətə gəlmişdir?
►
Soyuq və digər mühit amilləri infeksion proseslərin gedişinə nə kimi təsir
göstərir?
Bilirsiniz ki, infeksion xəstəliklərə yoluxma bütün insanlarda eyni cür baş ver-
mir. Bu xüsusiyyət ekoloji amillərdən, orqanizmin həssaslıq dərəcəsindən, mikro-
orqanizmlərin xarakterindən və s. asılı olaraq dəyişir ki, bu da müxtəlif xəstəliklər-
də heç də eyni deyil. Xarici mühitin bioloji, fiziki və kimyəvi amilləri həm patogen
mikroorqanizmlərə, həm də sahib orqanizmə təsir göstərir.
Uzun müddət isti şəraitdə qalmaq istivurmaya səbəb olur. Bu da orqanizmin
immun sisteminin zəifləməsinə və mikroorqanizmlərin təsirinə qarşı müqavimətin
azalmasına, biokimyəvi proseslərin zəifləməsinə şərait yaradır.
Soyuğun təsirindən də orqanizmin xəstəliktörədən mikroorqanizmlərə qarşı da-
vamlılığı zəifləyir. Xüsusən tənəffüs yolları xəstəlikləri artır. Bu, tənəffüs yollarının
selikli qişasında müdafiə amillərinin zəifləməsi nəticəsində baş verir.
Yuxarı tənəffüs yollarının normal mikroflorasına daxil olan bəzi bakteriyalar,
əsasən, soyuqlama zamanı xəstəlik törətdiyindən “soyuqlamanın törədiciləri” də
adlandırılır.
17. Mühit şəraitinin infeksion xəstəliklərin
gedişinə təsiri
F
M
LAYİHƏ
64
L.Paster təbii şəraitdə qarayara törədicilərinə qarşı həssas olmayan to-
yuqların ayaqlarını soyuq suda saxlamış və onları xəstələndirməyə nail
olmuşdur. Bununla o, soyuğun bədən müqavimətinə mənfi təsirini sübut
etmişdir.
B
İLİRSİNİZMİ?
Dalğa uzunluğundan, təsir müddətindən, intensivliyindən asılı olaraq Günəş
şüaları da orqanizmə müxtəlif cür təsir edir. Uzun müddət Günəş şüasının təsiri
altında qalmaq günvurmaya səbəb olur. Nəticədə orqanizmin im mun sistemi zəif-
ləyir, mikroorqanizmlərə qarşı müqavimət azalır. Digər tərəfdən isə düzgün
Günəş vannalarının qəbulu insan orqanizminə müsbət təsir göstərir, infeksiyalara
davamlılığı yüksəldir.
İonlaşdırıcı şüalar immun sistemini sarsıdır. Bu, qırmızı sümük iliyinin qan-
yaradıcı funksiyasında dəyişikliklərin baş verməsi nəticəsində olur.
Rentgen şüalarının yüksək dozaları selikli
qişaların keçiriciliyini pozur, faqositlərin aktiv-
liyini, qanın müdafiə xüsusiyyətlərini zəiflədir.
Orqanizmin xəstəliklərə qarşı həssaslığı artır.
Yoluxucu xəstəliklərin baş verməsində cə-
miyyətin sanitar mədəniyyəti, mə işət şəraiti, iq-
tisadi vəziyyəti və dini adətləri də mühüm əhə-
miyyət kəsb edir. Hindistanın bəzi əyalətlərində
inəyə sitayiş etdiklərinə görə mal ətindən qida kimi istifadə edilmir. Nəticədə qida
rasionu kasadlaşır ki, bu da orqanizmə mənfi təsir edir.
İqtisadi inkişaf cəhətdən geridə qalan ölkələrdə “ictimai xəstəliklər” adlandırı-
lan vərəm, cüzam, sifilis, bağırsaq infeksiyaları daha tez-tez baş qaldırır. Sağıcılar,
çobanlar, baytarlar zoonoz infeksiyalara daha çox yoluxurlar.
Müasir dövrdə elmin, texnikanın, sənaye-
nin sürətli inkişafı torpağın, suyun, havanın
çirklənməsinə səbəb olur. Bu hal gündəlik isti-
fadə edilən qida məhsullarına da sirayət etmək-
lə insan sağlamlığına mənfi təsir göstərir. Eko-
loji şəraitin pisləşməsi orqanizmin müdafiə
qabiliyyətinə zərər verərək infeksion xəstəlik-
lərə müqavimətini kəskin zəiflədir. Həkim məsləhəti
olmadan dərman preparatla-
rından kortəbii istifadə də orqanizmə mənfi təsir göstərir. Xüsusilə antibiotiklər,
LAYİHƏ