Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə34/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

127
 Sadə daldalanma yerləri tikilir;
 Hökumətin qərarlarına əsasən əvvəlcədən sığınacaqlar və radiasiya dalda­
lanacaqları tikilir.
Mülkiyyət formasından asılı olmayaraq, bütün mövcud mülki müdafiə qurğuları 
müəyyən edilmiş qaydalar üzrə təsərrüfat, məişət və mədəni məqsədlər üçün 
istifadə edilir. Onların yenidən quraşdırılmasına icazə verilmir.
Xilasetmə və yaralılara ilk yardımın təşkili
 Zədələnmə ocaqlarında və fəlakət rayonlarında kəşfiyyat aparılır;
 Zədələnmə ocağı məhdudlaşdırılır;
 Axtarış və xilasetmə tədbirləri görülür;
 Zərərçəkənlərə yardım göstərilir;
 Təhlükəli rayonlardan əhali köçürülür;
  Karantin­observasiya  tədbirləri,  xilasetmə  işləri  aparılan  rayonlarda  ictimai 
asayiş təmin edilir.
Mühafizə üsul və vasitələrindən istifadə etmək, yaralılara ilk yardım göstərmək, 
xilasetmə və digər təxirəsalınmaz işlərdə fəal iştirak etmək bacarığı əhaliyə 
müəssisələrdə, idarə və təşkilatlarda, habelə yaşayış yerlərində öyrədilir. Bu zaman 
əhalinin lazımi məsləhət və tövsiyələr alması üçün hər cür şərait yaradılır.
Yerlərdə ehtimal olunan fövqəladə hallar zamanı fəaliyyət və davranış qaydaları 
qabaqcadan kütləvi informasiya vasitələri ilə əhalinin nəzərinə çatdırılır.
Sülh dövründəki fövqəladə hallarda əhalinin mühafizəsini 
təşkil etməyin xüsusiyyətləri
Sülh dövründə əhalinin mühafizəsinin əsasını aşağıdakılar təşkil edir:
– fövqəladə halların qarşısını alan tədbirlərin görülməsi; 
– əhalinin vaxtında xəbərdar edilməsi və təhlükəli zonadan çıxarılması; 
– əldə olan mühafizə vasitələrindən istifadə olunması; 
–  fövqəladə  hallar  yaranan  rayonlarda  xilasetmə  və  digər  təxirəsalınmaz 
işlər aparmaq üçün qüvvə və vasitələrin hazırlanması.
  LAYİHƏ


128
Bu məqsədlə:
– Azərbaycan Respublikasının ərazisindəki müvafiq obyektlərdə işin təhlü­
kəsizliyini təmin etmək üçün vahid tələblər müəyyən edilir;
–  Təhlükə  potensiallı  obyektlərdə  qüsurlu  qovşaqları  aşkar  etmək  məq­
sədilə istehsalatın təhlükəsizliyi araşdırılır;
–  Qüsurların  aradan  qaldırılması  üzrə  əməli  tədbirlər  planı  hazırlanır  və 
həyata keçirilir.
Fövqəladə  hallarda  mühafizə  tədbirləri  sülh  dövrü  üçün  müəyyən  edilmiş 
xüsusi meyarlar nəzərə alınmaqla yerinə yetirilir.
Ehtimal edilən zəhərlənmə zonalarında yaşayan əhaliyə daimi istifadə üçün 
fərdi­mühafizə  vasitələri  hökumətin  qərarına  əsasən  pulsuz  verilə  bilər.  Bu 
məqsədlə  müharibə  dövrü  üçün  nəzərdə  tutulmuş  vasitələrin  bir  qismindən 
istifadə etmək olar.
Müharibə dövründə əhalinin 
mühafizəsini təşkil etməyin xüsusiyyətləri
Müharibə  dövründə  əhalinin  mühafizəsinin  əsasını  mühafizə  qurğularının, 
tibbi  avadanlıq  ehtiyatlarının  yaradılması,  təhlükəli  rayonlardan  əhalinin  köçü­
rül məsi  üzrə  tədbirlərin  əvvəlcədən  hazırlanması  və  yerinə  yetirilməsi  təşkil 
edir.
“Məqsədyönlü və kifayətdir” prinsipi əsasında əhalinin mühafizəsi üzrə təd­
birlərin bir qismi əvvəlcədən, qalanı isə hərbi əməliyyatlar başlanarkən yerinə 
yetirilir. 
 
1.  Fövqəladə hallar zamanı əhalinin mühafizəsini necə təsəvvür 
edirsiniz? 
2.  Radiasiya və kimyəvi zəhərlənmədən mühafizə necə təşkil edilir?
3.  Əhalinin köçürülməsində vacib olan amilləri şərh edin.
4.  Xilasetmə və yaralılara ilk yardım zamanı sadə vətəndaşların rolunu 
şərh edin.
5.  Sülh və müharibə dövründəki fövqəladə hallarda əhalinin mühafi­
zəsinin təşkili xüsusiyyətlərini fərqləndirin.
XƏBƏRDARLIQ'>Sual və tapşırıqlar
  LAYİHƏ


129
24.  FÖVQƏLADƏ HADİSƏLƏR ZAMANI XƏBƏRDARLIQ 
SİQNALLARI VƏ ƏHALİNİN KÖÇÜRÜLMƏSİ QAYDALARI
Gözlənilən, yaxud baş vermiş təbii fəlakət və hadisələrin miqyası, yayılma 
surəti  nəzərə  alınmaqla  xəbər  verməyin  qaydası  müəyyən  edilir.  Bütün  hal­
larda təhlükə barədə xəbərdarlığın əsas üsulu yerli radio, televiziya və inter­
net vasitəsilə məlumat verilməsidir.
Əhalinin xəbərdar edilməsi zərərçəkmənin nəticəsinə necə təsir edər?
Təbii fəlakət və qəzalar barədə xəbərdarlıq
Adamların diqqətini tez cəlb etmək, həmçinin onların radio və televizorları 
dərhal işə salmasına nail olmaq üçün fövqəladə hallarda sirenalardan, müəs­
sisələrin, nəqliyyat vasitələrinin fit səslərindən istifadə olunmaqla səs siqnalları 
verilir.  Belə  siqnal 
“Diqqət!  Diqqət!”  siqnalıdır.  Bu  siqnalı  eşidərkən  dərhal 
interneti,  radionu  və  ya  televizoru  qoşaraq  yerli  hökumət  orqanlarının,  mülki 
müdafiə qərargahının verdiyi məlumatları diqqətlə dinləmək lazımdır. Təhlükə 
haqqında  xəbərlərlə  birlikdə  (təhlükənin  növü,  yeri,  miqyası  və  s.)  əhalinin 
düzgün davranışına dair qısa, konkret məsləhət və göstərişlər də veriləcəkdir. 
Bu siqnalı eşitdikdə:
1.  Dərhal radioqəbuledicini, televizoru və radio 
səsgüclündiricini şəbəkəyə qoşmaq;
2.  Yaranmış vəziyyət haqqında təcili məlumatı və hərəkət 
qaydalarını diqqətlə dinləmək;
3.  Qəza və ya təbii fəlakətin nəticələri tam ləğv edilənədək 
bu vasitələri işlək vəziyyətdə saxlamaq lazımdır.
XƏBƏRDARLIQ
Həyəcan siqnalının (sirenanın) səsi “Hamının diqqətinə!” deməkdir
  LAYİHƏ


130
Məsələn: 
“Diqqət! Diqqət! Danışır mülki müdafiə qərargahı!
Vətəndaşlar!  Boya  kombinatında  baş  vermiş  qəza  nəticəsində  ətrafa 
güclü  təsirli  zəhərli  maddələr  axmışdır.  Zəhərli  hava  buludu  Bakıxanov 
qəsəbəsi tərəfə yayılmaqdadır. Qəsəbənin ərazisində kimyəvi zəhər lənmə 
zonası  yaranmışdır.  Sülh  və  Gənclik  küçələrində  yaşayan  əhali  evlərdən 
çölə çıxmasın, mənzilləri kipləşdirərək orada daldalansın. 
S.Mehmandarov  və  M.Fətəliyev  küçələrinin  əhalisi  dərhal  evləri, 
müəssisə və idarələrin binalarını tərk edib “Olimpiya stadionu” ərazisinə 
çıxsın.  Bundan  sonra  sizdən  mülki  müdafiə  qərargahının  göstərişlərinə 
uyğun davranmanız tələb olunur”.
Bəzi təbii fəlakətlər barədə qabaqcadan xəbər vermək mümkündür. Yazda, 
yaxud payızda baş verəcək daşqınların müddətini və miqyasını bir qədər əvvəl 
müəyyən etmək olur. Sel təhlükəsi hallarında ancaq 10–20 dəqiqə, bəzən isə 
1–2 saat əvvəlcədən xəbərdarlıq etmək mümkündür.
Məsələn:
“Diqqət! Diqqət! Danışır rayonun mülki müdafiə qərargahı!
Vətəndaşlar!  Alazan  çayında  suyun  səviyyəsinin  yüksəlməsi  nəticə­
sində Bulaqlı, Çaylaq küçələrini və Bağlar qəsəbəsini su basacağı gözlə­
nilir. Həmin ərazilərdə yaşayan əhali sənədlərini, lazımi vacib əşyalarını 
götür sün, qazı, elektrik cihazlarını, sobaları söndürsün və toplanış məntə­
qəsində  (1  №­li  orta  məktəbin  binasında)  qeydiyyatdan  keçib  təh lükəsiz 
yerə  köçürülmək  üçün  “Yuxarı  kənd”  adlı  məhəlləyə  gəlsin.  Bu  barədə 
qonşu larınıza da xəbər verin. Veriləcək xəbərləri diqqətlə dinləyin, göstə­
rişlərə dəqiq riayət edin”.
Belə xəbərlər verilərkən hər kəs təmkinli olmalı, mütəşəkkil və intizamlı dav­
ranmalıdır. Yerli hökumət orqanlarının, mülki müdafiə qərargahlarının göstəriş­
ləri  ilə  fəlakətlərlə  mübarizədə  və  onun  nəticələrinin  aradan  qaldırıl masında 
hamı fəal iştirak etməlidir.
Düşmən hücumu barədə xəbərdarlıq
Düşmən hücumu barədə yerli icra orqanları tərəfindən əhaliyə xəbərdarlıq 
edilir. Təbii fəlakət və qəzalarda olduğu kimi internet, radio və televiziya, eləcə 
də müxtəlif mətbuat orqanları vasitəsilə əhali məlumatlandırılır. 
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə