Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə35/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

131
TƏXLİYƏ
Qəza, təbii fəlakət, fövqəladə hadisələr zamanı və ya müharibə dövründə həyata keçirilir.
Binanı tərk etməzdən əvvəl:
­işıqlandırıcı və qızdırıcı cihazları söndürün;
­bütün pəncərə və nəfəslikləri, qaz və su xətlərini bağlayın;
­mühafizə sistemini qoşun (əgər varsa);
­mənzilin bütün qapılarını bağlayın.
Təxliyə marşrutu _____________________
___________________________________
___________________________________
Sxemi
Təxliyə toplantı məntəqəsinin yeri: _______
___________________________________
___________________________________ 
TTM­ə gəlmə vaxtı:____________________
Düşmən hücumu təhlükəsi yaranan dövrdə vəziyyət çox mürəkkəb ola bilər. 
Hücum  təhlükəsi  yaranan  andan  düşmənin  real  hücum  edəcəyi  anadək  nə 
qədər vaxt keçəcəyini indiki şəraitdə əvvəlcədən müəyyən etmək çətindir. Bü ­
tün hallarda ən qısa müddət nəzərdə tutulmalı və bu vaxtdan səmərəli istifadə 
edilməlidir.  Hər  kəs  özünü,  ailəsini  və  mənzilini  mühafizəyə  hazırlamalı,  iş 
yerində  müəssisənin,  yaşayış  yerində  isə  yaşayış  məntəqəsinin  mühafizəyə 
hazırlanması  üçün  görülən  işlərdə  fəal  iştirak  etməlidir.  Hər  bir  vətəndaş 
intizamlı, mütəşəkkil olmalı, bacarıqla fəaliyyət göstərməlidir. 
Köçürülmə (təxliyə) barədə xəbərdarlıq
Köçürülmənin  başlanması  haqqında  sərəncam  alınan  kimi  mülki  müdafiə 
rəisləri  bütün  müəssisə,  idarə,  təşkilat  və  mənzil  istismar  sahələrinin  rəhbər­
lərinə xəbər verir, obyektlər üzrə əhalinin toplanış­köçürülmə məntəqələrinə nə 
vaxt göndərilməsini dəqiqləşdirirlər.
Köçürüləcək bütün vətəndaşlar köçürülmə haqqında xəbər alan kimi toplanış­ 
köçürülmə məntəqəsinə nə vaxt gəlməli olduqlarını və necə köçürüləcəklərini 
(nəqliyyatla və ya piyada) dəqiq öyrənməlidirlər.
Toplanış məntəqəsinə getməzdən əvvəl mənzildə bütün elektrik cihazlarını 
şəbəkədən ayırır, qazı, suyu, habelə pəncərələri, pəncərə nəfəsliklərini bağla­
yır,  pəncərələrin  pərdələrini  çıxarır,  tez  alışan  əşyaları  kölgəyə  yığırlar.  Əgər 
  LAYİHƏ


132
evdə xəstə adam varsa, bu barədə xilasedicilərə xəbər vermək lazımdır. Daha 
sonra  özləri  ilə  aparacaqları  şeyləri  götürüb  qapıları  bağlamalı  və  açarların 
birini  xilasedicilərin  nümayəndəsinə  təhvil  verib  göstərilən  vaxt  toplanış 
məntəqəsinə gəlməlidirlər.
Əhalinin köçürülməsi
Köçürülmə  (təxliyə,  evakuasiya)  –  adamların  həyatı  və  fəaliyyəti  üçün 
təh lükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliy­
yatla və ya piyada) təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə 
tədbirlər kompleksidir.
Evakuasiya – latınca “evacuatio” sözündən götürülüb, “evacuare” – “bo­
şaltmaq”, “çıxartmaq” deməkdir.
Köçürülmə tədbirləri sülh dövründə baş vermiş fövqəladə hallarda (təbii fəla­
kətlər,  qəzalar  zamanı)  və  müharibə  dövründə  (kütləvi  qırğın  vasitələri  tətbiq 
edilərkən) əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir.
Köçürülmənin  mahiyyəti  əhalinin  iri  şəhərlərdən,  vacib  obyektlərdən  və 
təhlükəli sahələrdən əvvəlcədən çıxarılıb şəhərdənkənar zonadakı az təhlükəli 
rayonlarda  yerləşdirilməsindən  ibarətdir.  Köçürülmə  sayəsində  iri  şəhərlərin 
əhalisinin sayı dəfələrlə azaldılır, şəhərlərdə qalan adamların mühafizə qurğu­
larında  daldalandırılması  işi  yüngülləşir,  müasir  qırğın  vasitələrinin  təsirindən 
baş verə biləcək tələfatı maksimal dərəcədə azaltmaq imkanı yaranır
Lokal köçürülmə
 – şəhər mikrorayonları və ya kiçik yaşa­
yış məntəqələrində həyata keçirilir. Bu köçürülmələrdə əha­
linin sayı 1000 nəfərə qədər ola bilər. Onlar ən yaxın yaşa­
yış məntəqələrində və ya şəhərin zərər çəkməmiş 
rayon larında yerləşdirilirlər.
Yerli köçürülmə
 – boyuk şəhərlərin ətraf rayonları və 
şəhərdə həyata keçirilir. Belə halda köçürülməli əhalinin 
sayı bir neçə mindən 100 000­ə qədər ola bilər. Köçürülən­
lər isə daha uzaq şəhər və ya zonalara yerləşdirilirlər.
Miqyasından asılı 
olaraq təhlükəli zo­
nadan köçürülmə 
iki yerə ayrılır:
Təhlükəsiz  zona  –  düşmən  basqını  gözlənilən  şəhərlərin  və  əlahiddə 
obyektlərin  ətrafında  ehtimal  olunan  dağıntı  zonalarından  və  digər  təhlükəli 
rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün 
yararlı olan ərazidir.
  LAYİHƏ


133
Bakının Bayıl qəsəbəsində, həmçinin Şamaxı rayonunda baş vermiş sürüşmə, Sabi­
rabad  və  Salyanda  yaranmış  daşqınlar,  eləcə  də  digər  fövqəladə  hallarla  əlaqədar 
olaraq köçürülmə tədbirləri həyata keçirilmişdir.
Köçürülmə zamanı əhalinin davranışı
Diqqət!
Köçürülmə  zamanı  mütəşəkkil,  intizamlı  və  təmkinli  olmaq,  nəqliyyata 
minərkən basabas salmamaq, əvvəlcə uşaqları, əlilləri, qocaları irəli burax­
maq və onlara kömək etmək lazımdır.
Köçürülənlər özləri ilə götürməlidirlər:

 
 bütün sənədləri və pulları; 

 
 ən vacib paltar, ayaqqabı, yataq ləvazimatları;

 
 fərdi dərman qutusu, sarğı paketi və lazımi dərmanlar;

 
 iki­üç günlük ərzaq və su ehtiyatı;

 
 cib bıçağı, kibrit, cib fənəri;

 
 sabun, dəsmal, diş fırçası.
Sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda  Azərbaycan  Respubli­
kasında əhalinin köçürülməsi haqqında əsasnamə Nazirlər Kabinetinin 1993­cü 
il 6 avqust tarixli 438 saylı qərarı ilə təsdiq edilmişdir.
Müharibə dövründə
 – Müdafiə nazirinin, yaxud müvafiq 
ərazi icra hakimiy yəti başçısının təklifi üzrə Azərbaycan 
Respublikasının Prezidenti və ya Baş naziri.
Sülh dövründə
 – ərazisində fövqəladə hallar yaranmış 
şəhərin (rayonun) icra hakimiyyəti başçısının təklifi üzrə 
Azərbaycan Respublikasının Prezidenti və ya Baş naziri.
Şəhər, rayon və 
ayrı­ayrı yaşayış 
məntəqələrindən 
əhalinin köçürül­
məsi barədə qərar­
ları aşağıda göstə­
rilən vəzifəli 
şəxslər qəbul 
edirlər:
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə