3
129
• III fəsil •
İşıq hadisələri
•
İşıq şüaları qabarıq güzgünün səthinə baş
optik oxa nəzərən paralel düşdükdə qayıdan şü-
alar səpilir. Qayıdan şüaların uzantıları güz-
günün arxasında yerləşən müəyyən nöqtədə
kəsişir. Həmin nöqtə
qabarıq güzgünün baş fo-
kusu adlanır
(
e
). Qabarıq güzgünün baş fokusu
mövhumidir, çünki bu nöqtədə güzgüdən qayı-
dan şüaların özləri yox, onların uzantıları
kəsişir.
–
Baş optik oxa perpendikulyar olmaqla baş
fokus nöqtәsindәn keçәn müstәviyә güzgünün
fokal müstәvisi deyilir. Bütün optik oxların
fokal müstəvi ilə kəsişdiyi nöqtə həmin oxa
görə güzgünün fokusudur.
–
Baş fokusdan güzgünün tәpә nöqtәsinә
qәdәrki mәsafә (FT mәsafәsi) güzgünün fokus
mәsafәsi adlanır vә F ilә işarә olunur.
Bu mә-
safә sferik güzgünün әyrilik radiusunun
yarısına bәrabәrdir:
2
.
Sferik güzgülәrin praktikada istifadәsi.
Praktikada ən çox çökük sferik güzgülər tətbiq
olunur. Bu güzgülər paralel şüalar almaq və ya
şüaları toplamaq məqsədi ilə istifadə edilir. Çö-
kük güzgüdə paralel şüalar almaq üçün lampa
onun fokusunda yerləşdirilir. Lampanın telin-
dən çıxan işıq
reflektor (“
reflektor” sözü “qay-
tarıcı” mənasında işlənir) adlandırılan çökük
güzgüdən onun baş optik oxuna paralel olaraq
qayıdır. Güzgünün bu xassəsindən avtomobil
faralarında, cib fənərində, mayak və projek-
torda istifadə olunur
(
f
).
Bəzən paralel düşən şüaları fokuslamaq
(toplamaq) lazım gəlir. Bildiyiniz kimi, güz-
güyə paralel düşən şüalar onun fokusunda top-
lanır. Çökük güzgünün bu xassəsindən
teles-
kop-reflektorda istifadə olunur.
Teleskop – uzaqda olan göy cisimlərini
(ulduzları, planetləri, asteroidləri və s.) müşa-
hidə etmək üçün tətbiq edilən cihazdır. Şəkildə
reflektorunun diametri 2 m olan Şamaxı Astro-
fizika Rəsədxanasındakı teleskop və ondakı
şüaların
yolu təsvir edilmişdir (
g
).
Baş
optik
ox
(c)
(d)
(e)
O
F
T
T
(f)
LAYİHƏ
130
1. Çökük güzgüdə hansı nöqtə onun fokusu adlanır?
2. Qabarıq güzgüdə hansı nöqtə onun fokusu adlanır?
3. Çökük güzgüdən harada istifadə edilir? Misallar göstərin.
4. Sferik güzgünün neçə fokus nöqtəsi var?
5. İnternet resursundan istifadə etməklə Şamaxı Astrofizika Rəsədxanasındakı teleskop-
reflektor haqqında qısa məlumat hazırlayın.
(
g)
Yaradıcı tәtbiqetmә
Sferik güzgüdə işığın qayıtma
hadisəsini izləyək.
Təchizat: optik disk.
İşin gedişi:
1. Çökük güzgünü diskin mərkəzində
yerləşdirin və işıq
mənbəyindən onun
üzərinə bir-neçə paralel şüa yönəldin.
Bu zaman işıq mənbəyini disk bo-
yunca hərəkət etdirərək elə tənzim-
ləyin ki, orta şüa qayıtdıqdan sonra
düşdüyü istiqamətin əksinə yönəlsin
(180°). Kənar paralel şüaların
kəsişmə
nöqtəsinə diqqət edin (
h
).
2. Təcrübəni qabarıq güzgü ilə təkrarlayın: güzgünü diskin mərkəzində yerləşdirib
üzərinə bir-neçə paralel şüa yönəldin. Güzgünün baş optik oxu boyunca və ona
paralel düşən şüaların qayıtdıqdan sonra getdikləri yollara diqqət edin
(
k
).
Nəticəni müzakirə edin:
Çökük və qabarıq güzgülərə baş optik ox üzrə düşən şüa hansı istiqamətdə qayıdır?
Bu güzgülərin səthinə paralel düşən şüaların sonrakı yollarında hansı qanunauyğun-
luq müşahidə olundu?
Araşdırma
2
•
Verilən açar sözlərdən istifadə etməklə iş vərəqində qısa
izah yazın.
Açar sözlər:
Sferik güzgü
çökük güzgü
qabarıq güzgü
baş optik ox
güzgünün baş fokusu
fokal müstəvi
əyrilik mərkəzi
fokus məsafəsi
reflektor
teleskop
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
(h)
(k)
LAYİHƏ
3
131
• III fəsil •
İşıq hadisələri
•
S
FERİK GÜZGÜDƏ XƏYALIN QURULMASI
Sferik güzgünün qaytardığı ixtiyari şüanın yolunu bilməklə istənilən cismin xə-
yalını qurmaq mümkündür. Bu məqsədlə cismin kənar nöqtələrinin xəyalı qurulur.
Kənar nöqtələrdən çıxan şüalar elə seçilir ki, onların güzgüdən qayıtdıqları yolları
qurmaq asan olsun. Bu baxımdan cismin B kənar nöqtəsinin xəyalını qurmaq üçün
aşağıdakı şüaların seçilməsi əlverişlidir
(
a
): 1.
Güzgünün optik mәrkәzindәn keçәn
1
şüası. Optik mərkəzdən keçən bu şüa güzgünün səthinə hansı yolla düşürsə, həmin
yolla da qayıdır (1
şüası). 2
. Güzgünün fokusundan keçәn 2
şüası. Bu şüa güzgüdən
baş optik oxa paralel qayıdır (2
). 3.
Güzgünün qütb nöqtәsinә düşәn 3
şüası hәmin
nöqtәdәn simmetrik qayıdır (3
şüası
). 4.
Güzgünün baş optik oxuna paralel olan 4
şüası. Bu şüa qayıtdıqdan sonra güzgünün fokusundan keçir (4
şüası).
Beləliklə, bütün qayıdan bu şüalar cismin B nöqtəsinin xəyalı olan B
nöqtəsindən
keçir. Ona görə də xəyalqurma sxeminin sadəliyi üçün yuxarıda qeyd edilən
şüalardan ixtiyari ikisindən istifadə etmək kifayətdir.
Qeyd edək ki, cismin baş optik ox üzərində olan kənar A nöqtəsinin xəyalı da (A
nöqtəsi) baş optik oxun üzərində alınır
(bax:
a
).
Çökük güzgüdә xәyalın qurulması. Cisim məsafəsi ilə güzgünün fokus məsa-
fəsi arasında münasibətin d
F olduğu bütün hallarda çökük güzgü cismin həqiqi
xəyalını verir, çünki xəyal qayıdan şüaların kəsişməsindən alınır. Cisim məsafəsi
onun fokus məsafəsindən kiçik olduğu (d
F) halda isə çökük güzgüdə cismin möv-
humi xəyalı alınır, çünki cismin xəyalı qayıdan şüaların özlərinin deyil, uzantılarının
güzgünün arxasında kəsişməsindən yaranır.
Çökük güzgüdə
cismin dörd halda həqiqi, bir halda mövhumi xəyalı alınır və bir
halda isə xəyal alınmır:
1.
Cisim sonsuzluqda olduqda: d
. Sonsuzluqdan düşən şüalar paralel qəbul
olunur və qayıdan şüalar güzgünün fokusunda toplanır: f = F.
3.8
Cismin müstəvi və sferik güzgülərdə alınan xəyalları arasında fərq varmı?
Cismin çökük və qabarıq güzgülərdə alınan xəyalları mövhumidir, yoxsa
həqiqi? Bunu necə müəyyən etmək olar?
Cismin sferik güzgüdə xəyalı necə qurulur?
(a)
LAYİHƏ