126
Güzgülü periskop düzəldək.
Müstəvi güzgünün tətbiq olunduğu qur-
ğulardan biri periskopdur. O, bir çox yer-
lərdə, məsələn, səngərdən hərbi əməliy-
yatları müşahidə etmək üçün istifadə
olunur
(
a
). İndi bu qurğunu düzəldək.
Təchizat: 32
50
sm ölçüdə möhkəm
karton vərəq, 6
10 sm ölçüdə iki müstəvi
güzgü, damalı dəftər vərəqi, qayçı,
karandaş, xətkeş, skoç.
İşin gedişi:
1. Xətkeşlə kartonun üzərində aralarındakı məsafə 8 sm olmaqla dörd paralel qırıq xətlər
çəkin. Sonra kartonda şəkildə təsvir olunduğu kimi iki ədəd kvadrat şəkilli deşik açın
(
b
).
2. Damalı vərəqdən düzbucaqlı bərabəryanlı üçbucaq kəsin (üçbucağın kateti 6 sm olsun).
Üçbucağı kartonun səthinə qoyun və dörd yerdə diaqonal üzrə xətt çəkin. Sonra kartonu
bu xətlər üzrə kəsin. Karto-
nu qırıq xətlər üzrə qatlayın
və alınan “şaxtanı” skoçla
yapışdırın.
3. Uyğun kəsiklərə güzgüləri
yerləşdirin. Periskop hazırdır.
Onu hər hansı bir maneənin
(məsələn, bağdakı hasar,
pəncərə və s.) arxasında yer-
ləşdirin. Periskopun obyek-
tivini (yuxarı hissəsi) maneə-
dən yuxarıya çıxarıb okulyar-
dan (gözün yaxınlaşdırıldığı
aşağı hissədəki dəlik) bax-
maqla müşahidə aparın və
onun işləyib işləmədiyini yox-
layın
(
c
).
Hazırladığınız periskopu sinfə
gətirin.
•
Layihә
•
(a)
(b)
(c)
LAYİHƏ
3
127
• III fəsil •
İşıq hadisələri
•
1. Düşmә bucağı nә qәdәr
olmalıdır ki, qayıdan
şüa ilә düşәn şüa arasın-
dakı bucaq 50° olsun?
2. Müstәvi güzgüyә N
nöqtәsindәn baxan göz
hansı nöqtәlәri görәr?
3. Cismin müstәvi güzgüdә
alınan xәyalı haqqında
doğru mülahizәlәri
seçin.
1 – həqiqidir; 2 – mövhumi-
dir; 3 – cismin özü boydadır;
4 – düzünədir; 5 – tərsinədir;
6 – xəyal və
cisim güzgüyə
nəzərən simmetrikdir.
4. AB cismi әvvәlcә 1, sonra isә 2 müstәvi güzgüdәn
әks olunur. Cisim 2 güzgüsündәn әks olunduqdan
sonra necә görünәr? Görüntünün sxemini çәkin.
5. Aşağıdakı şәkillәrin hansında O nöqtәsindәn müs-
tәvi güzgüyә baxan göz AB cismini tam görәr?
Cavabınızı sxematik әsaslandırın.
6. Şüanın düşdüyü istiqamәtdә geri qayıtması üçün
müstәvi güzgünü
O
nöqtәsi әtrafında hansı istiqa-
mәtdә vә neçә dәrәcә döndәrmәk lazımdır?
A) 2 istiqamətində 30°
B) 2 istiqamətində 60°
C) 2 istiqamətində 45°
D) 1 istiqamətində 30°
E) 1 istiqamətində 60°
Çalışma
3.3
LAYİHƏ
128
S
FERİK GÜZGÜ
Güzgülər, səthi müstəvi olmaqla yanaşı, sferikşəkilli də olur.
Sferik seqment
formasında olan vә işığı güzgü kimi әks etdirәn cismin sәthi – sferik güzgü adlanır.
Sferik güzgü iki növ olur:
çökük vә qabarıq.
Çökük sferik güzgü – işıq şüalarını sferik seqmentin
daxili sәthindәn qaytaran güzgüdür (
a
).
Qabarıq sferik güzgü – işıq şüalarını sferik seq-
mentin xarici sәthindәn sәpәlәyәn güzgüdür (
b
).
Sferik güzgü aşağıdakı elementlərlə xarakterizə
olunur:
–
Seqmentin kәsildiyi sferanın mәrkәzi sferik güz-
günün optik mәrkәzi adlanır. Şəkildə optik mərkəz
O
nöqtəsi ilə göstərilmişdir
(
c
).
–
Seqmentin tәpә nöqtәsi (T nöqtәsi) sferik güzgü-
nün qütbü adlanır.
– O
ptik mәrkәz ilә tәpә nöqtәsi arasındakı mәsafә
sferik güzgünün әyrilik radiusudur vә R hәrfi ilә işarә
edilir.
–
Optik mәrkәzdәn keçәn ixtiyari düz xәtt sferik
güzgünün optik oxu adlanır. Optik oxlardan birini
baş
optik ox adlandırmaq qəbul olunmuşdur:
Sferik güzgünün optik mәrkәzindәn vә qütbündәn keçәn düz xәtt baş optik ox
adlanır.
OT xətti baş optik oxun bir hissəsidir
(bax:
c
).
–
Çökük güzgüdә baş optik oxa paralel düşәn şüalar qayıtdıqdan sonra kә-
sişdiklәri nöqtәyә güzgünün baş fokusu deyilir və F hərfi ilə işarə edilir (
d
). Çökük
güzgünün baş fokusu həqiqidir, çünki həmin nöqtədə güzgüdən qayıdan şüaların
özləri kəsişir.
3.7
Axşamlar istifadə olunan işıq
mənbələrində, o cümlədən
avtomobil faraları, cib fənəri,
projektor və mayakda işıq
şüalarını gücləndirən və müəyyən
səmtə istiqamətləndirən nədir?
Axşam qarşımıza çıxan avtomobilin
faralarının 70–100 m məsafəyə şüa-
landırdığı işığa baxmaq olmur, onun
parlaqlığı gözümüzü qamaşdırır. La-
kin, faradakı lampanı kənara çıxarıb
işə saldıqda onun ətrafa yaydığı şüa-
lar 2-3 metrdən uzağa nüfuz etmir.
(a)
O
T
O
(b)
T
LAYİHƏ