132
2.
Cisim güzgünün әyrilik mәrkәzindәn uzaqda olduqda: d
R. Xəyal güzgünün
əyrilik mərkəzi ilə fokusu arasında (R
f F), həqiqi, tərsinə çevrilmiş və kiçildilmiş
alınır
(bax:
a
).
3.
Cisim güzgünün әyrilik mәrkәzindә ol-
duqda: d=R. Xəyal güzgünün əyrilik mər-
kəzində (f=R), həqiqi, tərsinə çevrilmiş və
özü boyda alınır.
4.
Cisim güzgünün әyrilik mәrkәzi ilә fo-
kusu arasında olduqda: R
d
F. Xəyal güz-
günün əyrilik mərkəzindən uzaqda (f
R),
həqiqi, tərsinə çevrilmiş və böyüdülmüş
alınır
(
b
). Burada B nöqtəsindən çıxan iki
şüadan istifadə edilmişdir: birincisi, baş optik
oxa paralel düşən şüa və ikincisi, güzgünün
qütb nöqtəsinə düşən şüa.
5.
Cisim güzgünün fokusunda olduqda: d = F.
Xəyal alınmır, çünki paralel qayıdan şüalar
kəsişmir: f
.
6.
Cisim güzgünün fokusu ilә qütb nöqtәsi
arasında olduqda: d
F. Xəyal güzgünün
arxasında – mövhumi, düzünə və böyüdülmüş alınır.
Qabarıq güzgüdә xәyalın qurulması. Qabarıq güzgü mövhumi fokusa və əy-
rilik mərkəzinə malik olduğundan cisim məsafəsindən asılı olmayaraq bütün hal-
larda xəyal güzgünün arxasında (mövhumi), güzgünün təpə nöqtəsi ilə fokusu ara-
sında, düzünə və kiçildilmiş alınır
(
c
). Burada da AB cisminin xəyalının qurulma-
sında iki şüadan istifadə edilmişdir.
Yaradıcı tәtbiqetmә
Cismin sferik güzgüdə xəyalını qurun
Şəkildə dörd cisim və sferik güzgülərin sxemləri təsvir edilmişdir. Sxemləri iş vərəqinə
çəkin və bu cisimlərin xəyallarını qurun.
Nəticəni müzakirə edin:
Hansı
cismin həqiqi, hansının isə mövhumi xəyalı alındı? Nə üçün?
Cismin qabarıq güzgüdə xəyalı harada alındı?
Araşdırma
(c)
(b)
O
F
O
F
1
2
F
3
F
4
LAYİHƏ
3
133
• III fəsil •
İşıq hadisələri
•
1. Çökük güzgünün verdiyi həqiqi xəyal ilə mövhumi xəyalını fərqləndirin.
2. Nə üçün qabarıq güzgüdə cisim məsafəsindən asılı olmayaraq bütün hallarda mövhumi
xəyal alınır?
3. Sferik güzgüdə xəyal qurmaq üçün hansı şüalardan istifadə etmək əlverişlidir? Nə üçün?
İ
ŞIĞIN SINMASI. İŞIĞIN SINMA QANUNU
•
Verilənləri iş vərəqinə köçürün və onları çökük güzgü üçün
tamamlayın:
“d
olduqda .....”, “d
R olduqda ....”, “d = R olduqda ....”,
“R
d
F olduqda....”, “d = F olduqda.....”, “d
F olduqda....”
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
3.9
Cisim nə üçün iki şəffaf mühitin sər-
hədində sınmış kimi görünür?
Stəkandakı suya karandaşı
maili batırdıqda o bizə hava
ilə suyun sərhədində sın-
mış kimi görünür.
İşıq iki şəffaf mühitin sərhədinə düşdükdə nə baş
verir?
Təchizat: müstəvi plastmas ağ lövhə, içərisində su
olan akvarium, xətkeş,
lazer fənəri, süd (50 q.), ka-
randaş.
İşin gedişi:
1. Südü akvariuma tökməklə suyu bir qədər
tutqunlaşdırın.
2. Lövhənin orta hissəsində tərəflərindən birinə
perpendikulyar olmaqla qırıq xətt çəkin. Sonra onu
suya elə batırın ki, bu xətt
su səthinə perpendikul-
yar olsun
(
a
).
3. Lazer şüasını lövhə boyunca suyun üzərinə, perpendikulyarın səthə toxunan nöqtə-
sinə yönəldin. Şüanın su daxilindəki yoluna diqqət edin.
4. Şüanın düşmə bucağını dəyişməklə onun sudakı yolu ilə perpendikulyar arasındakı
bucağın (sınma bucağının) necə dəyişdiyini izləyin.
Nəticəni müzakirə edin:
Demək olarmı ki, hava-su sərhədinə düşən şüa, sınan şüa və şüanın düşmə nöqtə-
sindən səthə qaldırılan perpendikulyar bir müstəvi üzərindədir?
Düşən şüa ilə suda sınan şüanın düşmə nöqtəsindən səthə qaldırılan perpendikulyarla
əmələ gətirdikləri α və γ bucaqları arasında hansı münasibəti müşahidə etdiniz?
Beləliklə, işığın iki şəffaf mühitin sərhədində sınma hadisəsi üçün hansı ümumi nəticəyə
gəlmək olar?
Araşdırma
1
(a)
LAYİHƏ
134
İşıq şüası iki şәffaf mühitin sәrhәdindәn keçdikdә nә üçün istiqamәtini dәyişir?
İşıq şüası sıxlıqları müxtəlif olan iki şəffaf mühiti (məsələn, hava-su, hava-şüşə,
şüşə-su
və s.) ayıran səthə düşdükdə, onun bir hissəsi səthdən qayıdır, digər hissəsi isə bu iki
mühitin sərhədindən keçərək yayılma istiqamətini dəyişir.
İşıq şüasının bir mühitdәn digәr mühitә keçәrkәn bu mühitlәrin sәrhәdindә öz isti-
qamәtini dәyişmәsi işığın sınması adlanır (
b
).
Burada, AO – düşən şüa, OB – sınan şüa, CD – düşmə nöq-
təsindən (O nöqtəsi) iki mühiti ayıran səthə çəkilən perpen-
dikulyar,
α – düşmə bucağı,
γ (qamma) – sınma bucağıdır.
Suyun sıxlığı havanın sıxlığından böyük olduğundan işıq şüası
havadan suya keçərkən öz istiqamətini dəyişir və CD perpen-
dikulyarına yaxınlaşır
(bax:
b
). Əgər su daha böyük sıxlığa ma-
lik mühit ilə, məsələn, şüşə ilə əvəz olunarsa, sınan şüa per-
pendikulyara daha çox yaxınlaşar.
İşıq şüası sıxlığı kiçik olan şәffaf mühitdәn sıxlığı böyük
olan şәffaf mühitә keçdikdә sınma bucağı düşmә bucağından
kiçik olur.
Sıxlıqları müxtәlif olan iki şәffaf mühiti ayıran sәrhәdә
perpendikulyar düşәn işıq şüası ikinci mühitә sınmadan keçir.
Aparılan araşdırmadan işığın sınma hadisəsi üçün iki nəticə
müəyyən etdiniz:
birincisi, hava-su sәthinә düşәn şüa, sınan şüa vә düşmә nöqtәsindәn
bu iki mühitin sәrhәdinә qaldırılan perpendikulyar müstәvi lövhә üzәrindә yerlәşir;
ikincisi, düşmә bucağını böyütdükdә sınma bucağı böyüyür, düşmә bucağını kiçilt-
dikdә isә sınma bucağı da kiçilir. Әgәr transportirlә düşmә vә sınma bucaqlarını
ölçsәk, mәlum olar ki, bu bucaqların sinuslarının nisbәti sabit qalır:
.
Burada sabit kəmiyyət olan
n – nisbi sındırma әmsalıdır. Beləliklə, işığın sınma
qanunu iki müddəa ilə ifadə olunur:
Düşәn şüa, sınan şüa vә şüanın düşmә nöqtәsindәn iki mühitin sәrhәdinә
qaldırılan perpendikulyar bir müstәvi üzәrindә yerlәşir.
Düşmә bucağı sinusunun sınma bucağı sinusuna olan nisbәti verilәn iki
mühit üçün sabit kәmiyyәtdir.
Qeyd edәk ki, sındırma әmsalının qiymәti şüanın düşmә, yaxud sınma bucağından
asılı deyil, o, verilәn iki mühitin xassәsindәn asılıdır:
,
burada, və
uyğun olaraq birinci və ikinci mühitin sındırma əmsalıdır.
Mühitin vakuuma nәzәrәn sındırma әmsalı hәmin mühitin mütlәq sındırma әm-
salı adlanır. Mütlәq sındırma әmsalı işığın verilәn mühitdәki sürәtinin vakuumdakı
sürәtindәn neçә dәfә kiçik olduğunu göstәrir:
.
(b)
LAYİHƏ