138
Paralel üzlü şüşә lövhәdә işıq şüasının yolu.
• Paralel müstәvi sәthlәrlә hüdudlanan lövhә paralel üzlü müstәvi lövhә adlanır. Be-
lə şüşə lövhəyə müəyyən bucaq altında düşən işıq şüası hava-şüşə və şüşə-hava sərhəd-
lərində həm qayıdır, həm də sınır
(
b
). Bu
zaman şüa havadan şüşəyə keçdikdə sınma
bucağı düşmə bucağı -dən kiçik, şüşə-
dən havaya çıxdıqda isə sınma bucağı
düşmə bucağı -dən böyük olur. Buna sə-
bəb mühitlərin sındırma əmsallarının (işığın
bu mühitlərdəki yayılma sürətlərinin) müx-
təlif olmasıdır: əgər işıq sındırma əmsalı
kiçik olan mühitdən sındırma əmsalı böyük
olan mühitə keçirsə, sınma bucağı düşmə
bucağından kiçik olur. Əksinə, işıq sındırma
əmsalı böyük olan mühitdən sındırma əm-
salı kiçik olan mühitə keçirsə, sınma bucağı
düşmə bucağından böyük olur. Paralel üzlü
şüşə lövhə ilə apardığınız araşdırmadan onun digər xassələrini də müəyyən etdiniz:
–
işıq şüası paralel üzlü müstәvi şәffaf lövhәyә hansı bucaq altında düşürsә, hәmin
bucaq altında da bu lövhәdәn çıxır;
–
şüşәdәn çıxan şüa düşәn şüaya paralel yönәlir, onun yeri müәyyәn qәdәr sürüşür,
lakin yayılma istiqamәtini dәyişmir.
Üçüzlü şüşә lövhәdә işıq şüasının yolu. Üçüzlü şüşə prizmada işığın yayılma
istiqamətini dəyişir. Əgər biz hər hansı cismə belə prizmadan baxsaq, cisim yerini
dəyişmiş kimi görünər. Cisimdən gələn 1 və 2 şüaları A və B nöqtələrində prizmaya
düşərək sınır, prizmanın içərisində AC və BD istiqamətlərində yollarına davam edir.
İşıq şüası prizmanın ikinci üzünə çataraq ikinci dəfə sınır. Nəticədə, müşahidəçi işıq
mənbəyini şüaların 1
və 2 uzantılarının
kəsişdiyi nöqtədə görür, başqa sözlə:
cisim
üçüzlü şüşә prizmanın sındırıcı üzlәri ara-
sında qalan tәpә bucağına doğru yerini
dәyişmiş kimi görünür. Cisimdәn priz-
manın üzәrinә düşәn şüalar istiqamәtlәrini
prizmanın oturacağına doğru dәyişir (
c
).
Yaradıcı tәtbiqetmә
İşıq şüasının şüşə prizmada yolu.
Şüşə prizmanın səthinə düşən işıq şüasının sonrakı yolunu çəkin
(
d
).
Nəticəni müzakirə edin:
Prizmadan çıxan şüa hansı istiqamətdə yayılır, nə üçün?
Şüanın şüşə prizmada sınma qanununu yazın.
Araşdırma
2
(c)
(b)
LAYİHƏ
3
139
• III fəsil •
İşıq hadisələri
•
1. Verilən mühitlərdə sınan şüanın sonrakı yolunu çəkin (təxmini).
2. Hansı halda sınma bucağı düşmə bucağından böyük ola bilər?
3. İşıq paralel üzlü müstəvi şüşə lövhədən sınmaya məruz qalmadan keçə bilərmi?
Şüşənin sındırma əmsalının
təyini.
Təchizat: xətkeş, üçbucaqlı
xətkeş, trapesiya formalı şüşə
lövhə, karton parçası, ağ kağız,
başlıqlı sancaq (4 əd.), karandaş.
İşin gedişi:
1. Şüşə lövhəni altına karton
qoyulmuş kağız
vərəqin üzə-
rində yerləşdirin.
2. Sancaqlardan birini lövhənin
divarına toxundurmaqla A
nöqtəsində kağıza sancın.
Gözünüzü masa səviy-
yəsində
elə yerləşdirin ki,
lövhənin bir tərəfindən
baxdıqda onun digər
tərəfindəki sancağın gövdəsi
görünsün
(
a
).
3.
Gözünüzün yerini
dəyişmədən lövhəni azacıq
elə döndərin ki, sancağın
şüşədən kənarda
görünən
başlığı ilə şüşədən görünən
gövdəsi bir-birinə nəzərən
yerini dəyişmiş olsun.
4. Sonra qalan sancaqları
B,
C və
D nöqtələrinə elə sancın ki,
D sancağına baxdıqda o,
arxasındakı digər üç sancağı “gizlətsin”– onların hamısı bir düz xətt boyunca düzülmüş
kimi görünsün
(
b
).
•
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
Paralel üzlü şüşə lövhənin başlıca xassələri bunlardır : ...
Üçüzlü şüşə prizmanın üzərinə işıq şüası düşdükdə ...
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
Praktik iş
3.1
(a)
(b)
LAYİHƏ
140
5. Sancaqları çıxarıb yerlərini karandaşla işarələyin. Sonra şüşə
lövhənin konturunu xətləyib
onu da kənarlaşdırın.
6.
A və
B, sonra isə
C və
D nöqtələrindən keçməklə trapesiyanın səthi ilə kəsişənə qədər
uyğun xətlər çəkin. Kəsişmə nöqtələrini qeyd edin və bu nöqtələrdən keçməklə elə qırıq
xətlər
çəkin ki,
AM və
AP məsafələri bərabər olan iki düzbucaqlı üçbucaq alınsın:
AMN
və
APQ (bax:
b
).
7. Uyğun ölçmələr aparın və işığın sınma qanunundan istifadə etməklə şüşənin sındırma
əmsalını hesablayın:
;
;
.
Buradan alınır:
·
,
burada
AM =
AP olduğundan
·
Deməli, təcrübədə şüşənin sındırma əmsalını təyin etmək üçün MN və PQ məsafələrini
ölçmək kifayətdir
(bax:
b
).
8. Təcrübənin sxemini iş vərəqinə çəkin və şüşənin sındırma əmsalı üçün aldığınız qiyməti
onun cədvəl qiyməti ilə müqayisə edin.
LAYİHƏ