1
27
• I fəsil •
Müxtəlif mühitlərdə elektrik cərəyanı
•
1. Müstəqil qaz boşalması nəyə deyilir?
2. Zərbə ionlaşması necə baş verir?
3. Atmosfer təzyiqində hansı qaz boşalmaları baş verir?
4. Alovsuz boşalma qövs boşalmasından nə ilə fərqlənir?
5. Qığılcım boşalması necə baş verir?
1. Tufanlı havada yağış sizi çöllükdә yaxaladı. Bir qәdәr aralıda hündür palıd ağacı
var. Yağışdan qorunmaq üçün onun altında daldalanmaq olarmı? Nә üçün?
2. Qazda elektrik yükdaşıyıcıları ...
A) elektronlar, müsbət və mənfi ionlardır
B) yalnız müsbət ionlardır
C) yalnız elektronlardır
D) yalnız mənfi ionlardır
E) yalnız müsbət və mənfi ionlardır
3. Elektrod – ...
A) elektrik cərəyanı keçirən mayedir
B) elektrik yükdaşıyıcısıdır
C)
keçirici naqildir
D) elektrik cərəyanını keçirən qazdır
E) işıqlanma qurğusudur
4. Neft lampasının alovu elektrik sahәsindә yerlәşdirildikdә o, dәrhal haçalanır.
Nә üçün?
5. Elektrik qaynağında hansı qaz boşalması tәtbiq edilir?
A) Alovsuz boşalma
B) Qığılcım boşalması
C) Tac boşalması
D) Qövs boşalması
E) Qeyri-müstəqil boşalma
•
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın:
1. Müstəqil qaz boşalması–...
2. Zərbə ionlaşması – ...
3. Müstəqil boşalmanın dörd
növü var, bunlar: ...
4. Plazma – ...
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
Çalışma
1.3
LAYİHƏ
28
V
AKUUMDA ELEKTRİK CƏRƏYANI
Termoelektron emissiya. Metallarda xaotik hərəkətdə olan sərbəst elektronların
bəziləri onu tərk edir – maye molekulları kimi buxarlanır.
Elektronların metalın sәthindәn buxarlanması elektron emissiyası (emissiya latın
sözü olub, “tәrketmә, şüalanma” mәnasını verir) adlanır. Buxarlanan elektronlar
metal ətrafında toplanaraq
elektron buludu əmələ gətirir.
Emissiyanın sadə
və mühüm növlərindən biri termoelektron emissiyasıdır.
1.6
Mayenin buxarlanması nə deməkdir?
Maraqlıdır, metalı közərənə qədər
qızdırdıqda ondan sərbəst elektronların
buxarlanması baş verə bilərmi?
Əgər belə hadisə mümkündürsə, elektron
buxarından necə istifadə etmək olar?
Fərziyyələrinizi söyləyin.
Buxar turbinindən praktikada geniş
istifadə olunduğunu və onun iş prinsi-
pinin qaynama temperaturuna qədər
qızdırılan su buxarının enerjisinin tət-
biqinə əsaslandığını bilirsiniz.
Vakuum dielektrikdir, yoxsa keçirici?
Təchizat: sabit cərəyan mənbəyi, elektrometr, şüşə çubuq, ikielektrodlu nümayiş vakuum
lampası, birləşdirici naqillər.
İşin gedişi:
1. Elektrometrin metal çubuğunu vakuum lam-
pasının elektrodlarından birinə, gövdəsini
isə digər elektroda birləşdirin (
b).
2. Elektrometri yükləyin və onun boşalıb-boşal-
madığını müşahidə edin.
3. Vakuum lampasının sıxaclarını cərəyan mən-
bəyinə birləşdirin və lampadakı telin qızması
ilə baş verən hadisəni müşahidə edin.
Nəticəni müzakirə edin:
Nə üçün yüklənmiş elektrometri vakuum lam-
pasına
birləşdirdikdə o, boşalmadı?
Lampanın teli qızdırıldıqda nə baş verdi? Nə
üçün?
Araşdırma
1
(b)
İkielektrodlu nümayiş vakuum lampasının
quruluşu: O, qapalı vakuum şüşә balo-
nundan (1) ibarәtdir. Lampa elektrod ad-
lanan iki naqillә: katod (2) vә anodla (3)
tәchiz edilmişdir. Katod ya spiral tel olub
birbaşa qızdırılır, yaxud әlavә qızdırıcı tellә
altdan qızdırılır. Lampa iki sıxacla (4)
cәrәyan mәnbәyinә qoşulur (
a
).
(a)
LAYİHƏ
1
29
• I fəsil •
Müxtəlif mühitlərdə elektrik cərəyanı
•
Elektronların yüksәk temperatura qәdәr qızdırılan metalı tәrk etmәsi hadisәsi
termoelektron emissiyası adlanır.
Metalı qızdırdıqda sərbəst elektronların kinetik enerjisi artır, nəticədə onların
bəziləri metalı tərk edir.
Termoelektron emissiyası hadisәsindәn praktik mәqsәdlәr üçün necә fayda-
lanmaq olar? Əgər qapalı elektrik dövrəsinə termoelektron emissiyası baş verən
qurğu qoşub metaldan buxarlanan elektronlara istiqamətlənmiş hərəkət verilərsə, o,
dövrədən biristiqamətli çərəyan keçməsini təmin edər.
Vakuum diodu. İş prinsipi termoelektron emissiyasına әsaslanan, katod vә anod-
dan ibarәt ikielektrodlu vakuum balonu ikielektrodlu elektron lampası vә ya
vakuum diodu adlanır.
Vakuum diodunun başlıca xüsusiyyəti ondan ibarətdir ki, orada elektronlar yalnız
bir istiqamətdə – katoddan anoda doğru hərəkət edə bilir. Belə ki, qızdırılan katodun
səthindən emissiya edən elektronlar onun ətrafında elektron buludu yaradır. Katod
cərəyan mənbəyinin mənfi, anod isə müsbət qütbünə birləşdirilərsə, bu elektrodlar
arasında yaranan elektrik sahəsinin təsiri ilə
elektronlar anoda doğru nizamlı hərəkət edir.
Onlar anoda çatdıqda dövrə qapanır, ondan cə-
rəyan keçir. Şəkildə ikielektrodlu vakuum lam-
pasının kəsiyi və onun sxemlərdəki şərti işarəsi
təsvir edilmişdir
(
c
). Əksinə, katod cərəyan
mənbəyinin müsbət, anod isə mənfi qütbünə
birləşdirilərsə, buluddakı elektronlar geriyə,
katodun səthinə qayıdaraq dövrəni qapamır – dövrədən cərəyan keçməsini təmin
etmir. Deməli, vakuum diodunda cərəyanın əks keçidi yoxdur. Hazırda lampalı diod
yarımkeçirici diodlarla əvəz edilmişdir.
Elektron-şüa borusu. Elektron-şüa borusu uzun illər kompüter, radiolokator,
elektron mikroskopu, televizor və başqa cihazların mühüm hissələrindən biri olmuş-
dur.
Nazik elektron selini sürәtlәndirmәklә elektrik siqnallarını işıq siqnallarına çevi-
rәn vakuum cihazı – elektron-şüa borusudur (
d
).
Elektron-şüa borusunun enli divarı ekran rolunu oynayan konusvarı vakuum balo-
nundan (
1) ibarətdir. Borunun dar ucunda sürətli
elektron selinin mənbəyi olan
elektron
(d)
(c)
LAYİHƏ