30
topu yerləşir. Elektron topu qızdırılan katoddan (
2), silindrik formalı idarəedici elekt-
roddan (
3) və anoddan (
4) ibarətdir. Qızdırılan katoddan buraxılan elektronlar katodla
anod arasında yaranan elektrik sahəsinin təsiri ilə sürətləndirilir. Katodla anod arasındakı
gərginlik 500V
20 kV inrevalında olur. Belə güclü sahədə elektron selinin kinetik ener-
jisi çox böyük olduğu üçün onlar anodun daxilindən böyük sürətlə keçərək xüsusi təbəqə
ilə örtülən ekrana düşür və orada işıqlanma yaradır. Bir-birinə nəzərən perpendikulyar
yerləşdirilən kondensatorlar sistemi (
5) elektron selini şaquli və üfüqi istiqamətlərdə
meyil etdirir. Meyiletdirici lövhələrdə verilən gərginlik müəyyən qanunla dəyişdirilərsə,
elektron seli də uyğun olaraq müxtəlif təsvirlər verir. Bu cür təsvirlər monitor, ossiloqraf
və televizor ekranlarında müşahidə olunur.
Yaradıcı tәtbiqetmә
Vakuum diodunun faydası nədir?
Təchizat: vakuum diodunun sabit cərəyan dövrəsinə qoşulma sxemi.
İşin gedişi. Verilən sxemlərə əsasən
vakuum diodu qoşulmuş sabit cərəyan dövrəsindən
cərəyanın keçib-keçmədiyini araşdırın:
a) katod 6V-luq cərəyan mənbəyinə qoşulmuş spiralla qızdırılır, lakin dövrənin ucları açıq-
dır (
e
);
b) anod
cərəyan mənbəyinin müsbət, katod mənfi qutbünə birləşdirilmişdir (
f
);
c) katod dövrənin müsbət, anod isə mənfi qütbünə birləşdirilmişdir (
g
).
Nəticəni müzakirə edin:
Katod qızdırıcısı nə üçündür?
Katodu və anodu uyğun olaraq cərəyan mənbəyinin hansı qütbünə birləşdirdikdə
elektrik dövrəsindən cərəyan keçər, hansı qütbünə birləşdirdikdə isə cərəyan keçməz? Nə
üçün? Fərziyyənizi söyləyin.
Araşdırma
2
•
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. Termoelektron emissiyası...
2. Vakuum diodu...
3. Elektron-şüa borusu...
Nә öyrәndiniz
(e)
(f)
(g)
LAYİHƏ
1
31
• I fəsil •
Müxtəlif mühitlərdə elektrik cərəyanı
•
1. Vakuumda sərbəst elektronları necə almaq olar?
2. Nə üçün lampalı diodda vakuum yaradılır?
3. Vakuum diodunun iş prinsipi nədən ibarətdir? O, hansı məqsədlər üçün istifadə edilirdi?
4. Elektron-şüa borusunda elektron seli kondensator lövhələri arasından keçdikdə onun hansı
yüklü lövhəsinə doğru meyil edir?
1. Şәkildә vakuum diodunun elektrik dövrәsinә
qoşulma sxemi tәsvir edilmişdir. Hansı halda anod
dövrәsindә cәrәyan olar: 1 batareyasının qütblәrinin
yeri dәyişdirilәrsә, yoxsa 2 batareyasında qütblәrin
yeri dәyişdirilәrsә?
2. Şüşәsi sınmış vakuum diodu kosmosda işlәyәrmi? Nә üçün?
3. Elektron-şüa borusunun ekranında müxtәlif tәsvirlәri elektron seli yaradır.
Elektron seli hansı hadisә nәticәsindә vә necә yaranır?
A) Elektroliz hadisəsi nəticəsində katodun səthində ayrılmaqla
B) Termoelektron emissiyası nəticəsində katodun
səthindən qopmaqla
C) Termoelektron emissiyası nəticəsində anodun səthindən qopmaqla
D) Katod ilə anod arasındakı elektrik sahəsinin təsiri ilə katodun səthindən
qopmaqla
E) Elektron zərbəsi ilə katodun səthindən qoparılmaqla
4. İki eyni diodun qoşulduğu dövrәlәrdәki ampermetrlәrin göstәricilәri arasında hansı
münasibәt var?
5. Hansı mühitdә bir-birindәn eyni mәsafәdә olan yüklü zәrrәciklәr arasındakı
qarşılıqlı tәsir daha böyükdür?
A) qazlarda B) mayelərdə C) metallarda D) vakuumda E) şüşədə
6. Şәkildә verilәn mәlumata әsasәn diodun
müqavimәtini tәyin edin.
Öyrәndiklәrinizi yoxlayın
Çalışma
1.4
А) I
1
< I
2
< I
3
B) I
1
> I
2
> I
3
C) I
1
>0; I
2
= I
3
D) I
1
> I
2
; I
3
=0
E) I
1
< I
2
; I
3
=0
LAYİHƏ
32
Y
ARIMKEÇİRİCİLƏR.
YARIMKEÇİRİCİLƏRİN MƏXSUSİ ELEKTRİK KEÇİRİCİLİYİ
Yarımkeçiricilәrin daxili quruluşu metal vә dielektriklәrdәn nә ilә fәrqlәnir?
Yarımkeçirici maddələrə aiddir: kimyəvi elementlərin dövri sistemində orta
qrupların (IV, V və VI qruplar) 12 elementi
(
a
); II və IV qrup elementlərinin, habelə
III və V qrup elementlərinin birləşmələri; demək olar ki, bütün qeyri-üzvi maddələr.
Orta qrup elementləri kimi yarımkeçiricilərin valent elektronlarının nüvə ilə
əlaqəsi, metalların valent elektronlarının əlaqəsindən möhkəmdir, lakin dielektrik-
lərin valent elektronlarının nüvə ilə əlaqəsindən zəifdir. Yarımkeçirici maddələrin
1.7
Kimyəvi elementlərin dövri sis-
temində hansı qrup kimyəvi
elementlər yarımkeçirici mad-
dələrə aid edilə bilər?
Bu maddələrdə elektrik cərə-
yanının əsas yükdaşıyıcıları
hansı zərrəciklər ola bilər? Nə
üçün?
Bilirsiniz ki, maddələr
elektrik keçiriciliyinə görə
üç qrupa bölünür: metallar, dielektriklər və
yarımkeçiricilər. Yarımkeçirici maddələr kimyə-
vi elementlərin dövri
sistemində metallar ilə
dielektriklər arasında, əsasən orta qruplarda
yerləşən kimyəvi elementlərdir. Bu element-
lərin atom quruluşunun başlıca xüsusiyyəti
onların 3 – 6
valent elektronuna malik
olmasıdır.
Yarımkeçirici maddələrə aid edilə bilən kimyəvi elementlərin təyini
Təchizat: “Kimyəvi elementlərin dövri sistemi” cədvəli.
İşin gedişi:
1. “Kimyəvi elementlərin dövri sistemi” cədvəlindən yarımkeçirici maddələrə aid edilə bilən
kimyəvi elementləri təyin edin və onların şərti işarələrini iş vərəqində sıralayın.
2. “Kimya” fənnindən aldığınız biliklərə əsaslanmaqla, təyin etdiyiniz bu elementlərin qarşısında
hər biri üçün mühüm bildiyiniz kimyəvi xüsusiyyətlərini qeyd edin.
Nəticəni müzakirə edin:
Hansı kimyəvi elementlərin yarımkeçirici maddələrə aid oluna bildiyini ehtimal etdiniz?
Nə üçün?
Təyin etdiyiniz bu kimyəvi elementlərin xassələri hansı kimyəvi rabitə əsasında
formalaşmışdır?
Araşdırma
1
(b)
(a)
LAYİHƏ