1
47
• I fəsil •
Müxtəlif mühitlərdə elektrik cərəyanı
•
1. Şәkildә vakuum diodlu elektrik lampaları qoşulan iki
dövrәnin sxemi tәsvir edilmişdir. Hansı lampadan
elektrik cәrәynı keçәr?
A) yalnız 2 B) yalnız 4 C) 3 və 4 D) 1 və 4 E) yalnız 3
2. Şәkildә
-ün suda mәhlulu olan dörd elektrolitik
vannadan ibarәt elektrik dövrәsinin sxemi tәsvir edil-
mişdir. Hansı vannada vә hansı elektrod üzәrindә misin
ayrılması baş verәr?
A) yalnız 2 vannasındakı katod
üzərində
B) 2 və 3 vannalarındakı katod üzərində
C) bütün vannalardakı katod üzərində
D) 1, 3 və 4 vannalarındakı katod üzərində
E) 1 və 4 vannalarındakı katod üzərində
3. Qazlarda qeyri-müstәqil vә müstәqil boşalmalarda sәrbәst yükdaşıyıcılar hansı yolla
yaranır?
1 – termoelektron emissiya;
2 – zәrbә ionlaşması;
3 – xarici ionlaşdırıcının
tәsiri;
4 – hava kondensatorunun
köynәklәri arasına gәtiri-
lәn şam alovundan çıxan
ionlar
A) qeyri-müstəqil boşalma – 3 və 4; müstəqil boşalma – 2
B) qeyri-müstəqil boşalma – 2 və 4; müstəqil boşalma – 1 və 2
C) qeyri-müstəqil boşalma – 1, 3 və 4; müstəqil boşalma – 2
D) qeyri-müstəqil boşalma – 4; müstəqil boşalma – 2
E) qeyri-müstəqil boşalma – 1 və 4; müstəqil boşalma – 1 və 2
4. Hansı halda sabit gәrginlik dövrәsindә cәrәyan şiddәti artar?
1 – Dövrəyə qoşulmuş rezistoru qızdırsaq.
2 – Dövrəyə qoşulmuş elektrolitik vannadakı elektroliti
qızdırsaq.
3 – Dövrəyə qoşulmuş yarımkeçiricini qızdırsaq.
A) yalnız 1
B) 1 və 3
C) 1, 2 və 3
D) yalnız 2
E) 2 və 3
5. Elektrik cәrәyanı yaranır:
1 – metallarda
2 – elektrolitlərdə
3 – vakuum
cihazlarında
4 – qazlarda
A) ionların nizamlı hərəkəti nəticəsində – 2 və 4;
elektronların nizamlı hərəkəti nəticəsində – 1, 3 və 4
B) ionların nizamlı hərəkəti nəticəsində – 2 və 3;
elektronların nizamlı hərəkəti nəticəsində – 1 və 4
C) ionların nizamlı hərəkəti nəticəsində – 4;
elektronların nizamlı hərəkəti nəticəsində – 1, 2, 3 və 4
D) ionların nizamlı hərəkəti nəticəsində – 1, 2, 3 və 4;
elektronların nizamlı hərəkəti nəticəsində – 4
E) ionların nizamlı hərəkəti nəticəsində – 1, 3 və 4;
elektronların nizamlı hərəkəti nəticəsində – 2 və 3
Ü m u m i l ә ş d i r i c i t a p ş ı r ı q l a r
1
2
4
3
3
4
1
2
LAYİHƏ
48
M
AQNİT HADİSƏLƏRİ. SABİT MAQNİTLƏR
Qədim yunanlar dəmir cisimləri özünə cəzb edən xüsusi bir mineralın mövcud
olduğunu bilirdilər.
Maqnit kimi tanıdığımız həmin minerallar e.ə.600-cü illərdə
Türkiyənin şimalında yerləşən Maqneziya şəhəri yaxınlığındakı dəmir mədənlərin-
dən çıxarılırdı (“
maqnit” sözü yunanca “
Maqneziyadan olan daş” deməkdir).
Sonralar insanlar maqnit hadisələrini
maqnetizm, maqnit mineralları isə
tәbii maq-
nitlәr adlandırdılar. Onlar məişət ehtiyaclarını ödəmək üçün müxtəlif formalı süni,
sabit maqnitlәr hazırlamağı öyrəndilər.
Maqnit xassәsini uzun müddәt özündә saxlayan maddәlәr sabit maqnitlәr vә ya
sadәcә maqnitlәr adlanır.
Fizika laboratoriyasında ən çox düz, nalşəkilli və halqaşəkilli sabit maqnitlərdən
istifadə olunur
(
a
).
2.1
• Maqnit nədir, ondan daha ha-
ralarda istifadə olunduğunu
müşahidə etmisiniz?
• Maqnit hansı cisimləri özünə
cəzb edir, hansıları cəzb et-
mir?
• Maqnit necə əldə edilir, o
hansı xassələrə malikdir?
Yəqin ki, rast gəlmisiniz: bəzi ustalar iş görərkən
istifadəsi rahat olsun və yerə düşüb itməsin deyə
kiçikölçülü
dəmir alət və vasitələri, məsələn, vint,
mismar, bolt, qayka və s.-ni “maqnit bilərziyə”
yapışdırırlar.
“Maqnit bilərzik”
Düz maqnit
Nalşəkilli maqnit
Halqaşəkilli maqnit
(a)
MAQNİT SAHƏSİ
2
LAYİHƏ
2
49
• II fəsil •
Maqnit sahəsi
•
Tərkibi dəmir, polad, nikel, çuqun və onların ərintisindən ibarət olan cisimlər
maqnitə cəzb olunur. Şüşə, taxta, plastmas, mis, alüminium maddələrdən hazırlanan
cisimləri maqnit cəzb etmir.
Sabit maqnitlәr hansı xassәlәrә malikdir?
Maqnitdә maqnit tәsiri böyük olan yerlәr onun qütblәri adlanır.
Maqnitin qütblərindən uzaqlaşdıqca onun hissələrinin maqnit təsirləri də
zəifləyir, həmin hissələr daha az mismar cəzb edir. Maqnitin mərkəzi hissə-
sinə isə mismar cəzb olunmur.
Maqnitdә maqnit tәsiri olmayan hissә maqnitin orta xәttidir.
Araşdırmadan məlum oldu ki, maqnitlərin cisimləri, məsələn, dəmir mis-
marları maqnitləndirə bilmək xassəsi vardır. Maqnitlənən mismarlar digər
mismarları da özlərinə cəzb edir.
Maqnit xassəli cisim.
Təchizat: sabit maqnit, müxtəlif cisimlər: şurup, şüşə
kürəcik, mismar, qəpik, kağız parçası, pozan, kibrit
dənəsi və s.
İşin gedişi:
Maqniti
masa
üzərinə səpələnmiş
müxtəlif cisimlərə
yaxınlaşdırın (
b
). Hansı cisimlərin maqnitə cəzb olun-
duğunu, hansıların isə cəzb olunmadığını araşdırın.
Nəticəni müzakirə edin:
Maqniti cisimlərə yaxınlaşdırdıqda hansı cisimlər ona
cəzb olundu, hansı cisimlər isə masanın üzərində
qaldı? Nə üçün?
Araşdırma
1
Maqnitin hansı hissəsində
maqnit təsiri daha böyükdür?
Təchizat: düz və nalşəkilli maq-
nitlər, mismar və ya şurup dənələri.
İşin gedişi:
Mismarları masa üzərinə səpələyin. Maqnitləri
növbə ilə mismarlara toxunana qədər yaxınlaş-
dırıb, yuxarı qaldırın və onların hansı
hissəsinə
daha çox mismar yapışdığını izləyin
(
c
).
Nəticəni müzakirə edin:
Maqnitlərin hansı hissəsinə daha çox mismar
cəzb olundu, hansı
hissəsinə isə heç cəzb olun-
madı?
Təcrübə zamanı mismarların bir-birini cəzb etməsi
hadisəsindən hansı nəticəyə gəlmək olar?
Araşdırma
2
(c)
N
S
(b)
LAYİHƏ