1
43
• I fəsil •
Müxtəlif mühitlərdə elektrik cərəyanı
•
Termorezistor – temperaturun dәyişmәsi ilә müqavimәti geniş intervalda dәyişә
bilәn rezistordur. Şәkildә termorezistorun xarici görünüşü vә elektrik sxemlәrindәki
şәrti işarәsi tәsvir edilmişdir (
b
).
Fotorezistor – işıqlanmanın dәyişmәsi ilә
müqavimәti geniş intervalda dәyişә bilәn rezis-
tordur. Şәkildә fotorezistorun xarici görünüşü
vә elektrik sxemlәrindәki şәrti işarәsi tәsvir
edilmişdir (
c
).
Termorezistor və fotorezistorların yüksək
həssaslığından müasir radioelektronika, robot
texnikası, telemexanika və s. elm-texnika sahə-
lərində geniş istifadə edilir.
Termoelement vә fotoelement. Bu yarım-
keçirici cihazlar bir neçə aşqarlı yarımkeçirici-
dən hazırlanmışdır.
Termo – vә fotoelementlәr elektrik cәrәyanı yaradan mәnbә ola bilirlәr.
Yarımkeçirici termoelement – ayrı-ayrı p- vә n-tip yarımkeçirici kristallardan
ibarәtdir (
d
).
Onların yuxarı ucları qızdırıla bilən metal lövhəyə (sarı rənglə göstərilmişdir),
aşağı ucları isə ayrı-ayrı metal kontaktlara bərkidilir. Bu kontaktlar (yaşıl rənglə
göstərilmişdir) hava ilə soyudulur. Metal lövhəyə verilən istilik miqdarının təsiri ilə
p-tip yarımkeçiricidə deşiklərin, n-tip yarımkeçiricidə isə elektronların sayı artır. Bu
zərrəciklər kristaldakı eyniadlı zərrəciklərdən itələnərək onun aşağı hissəsinə doğru
hərəkətə başlayır. Nəticədə, kristalların aşağı uclarına birləşdirilən kontaktlarda
əksişarəli yüklər toplanır – ekoloji təmiz cərəyan mənbəyi yaranır.
Yarımkeçirici fotoelement – tәrkibinә aşqar әlavә edilmәklә sәthindә p-tip
keçidli sahә yaradılmış n-tip silisium kristalından ibarәtdir (
e
).
Bilirsiniz ki, p-n-keçidinin kontaktlarında öz-özünə əksişarəli yüklər yaranır. Ona
görə də, bu kontaktlara qısamüddətli cərəyan yaradan mənbə kimi baxmaq olar. Əgər
(d)
(e)
(b)
(c)
LAYİHƏ
44
p-n keçidi fasiləsiz işıqlandırılarsa, orada fasiləsiz olaraq yeni elektron-deşik cütləri
yaranar – fasiləsiz fəaliyyət göstərən ekoloji təmiz cərəyan mənbəyi alınar, məsələn,
Günəş batareyası.
Termo- və fotoelementlər Yerdə və kosmosda – əlçatmaz yerlərdə, bir çox məişət
cihazlarında istifadə olunan əsas cərəyan mənbələridir.
1. Rezistor və termorezistor bir-birindən nə ilə fərqlənir?
2. Termorezistorun iş prinsipi yarımkeçiricinin hansı xassəsinə əsaslanır?
3. Termoelement və termorezistor bir-birindən nə ilə fərqlənir?
4. Fotorezistor və fotoelement bir-birindən nə ilə fərqlənir?
5. Fotorezistorun iş prinsipi yarımkeçiricinin hansı xassəsinə əsaslanır?
6. Fotoelement nə üçün ekoloji təmiz cərəyan mənbəyi hesab olunur?
Yaradıcı tәtbiqetmә
Fotoelementin işini yoxlayaq.
Təchizat: qalvanometr, foto-
element (“Yarımkeçiricilərdə
elektrik cərəyanı” cihaz dəstin-
dən), açar, cib fənəri,
birləşdirici
naqillər.
İşin gedişi:
1. Fotoelement, açar və qalva-
nometrdən ibarət dövrə yığın (
f
).
2. Açarı qapayıb dövrədə cərə-
yanın yaranıb-yaranmadığını
araşdırın.
3. Açarın qapalı vəziyyətində
fotoelementin səthini fənərlə
işıqlandırın və baş verən hadi-
səni müşahidə edin.
Nəticəni müzakirə edin:
Fotoelementin səthini işıqlandırdıqda nə müşahidə etdiniz?
Hadisənin başvermə səbəbini necə izah edərdiniz?
Araşdırma
2
•
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. Termorezistor
– ...
2. Termoelement –
...
3. Fotorezistor – ...
4. Fotoelement – ...
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
(f)
LAYİHƏ
46
M
ÜXTƏLİF MÜHİTLƏRDƏ ELEKTRİK CƏRƏYANI
(DƏRS-TƏQDİMAT)
“Müxtəlif mühitlərdə elektrik cərəyanı” mövzusunda təqdimat hazırlayın. Təqdimatı
hazırlayarkən verilən plandan istifadə edə bilərsiniz.
Təqdimatın hazırlanma planı.
Təchizat:
“Microsoft Office PowerPoint”, “
Promethean” elektron lövhənin
“Activ Inspire” və ya
“Mimio Studio” proqramlardan biri.
Təqdimatda aşağıdakı
açar söz və
cümlələrdən istifadə edin.
Açar sözlər və
açar cümlələr
1. ion
12. elektrik qövsü
23. akseptor aşqar
34. elektron buludu
2. sərbəst
elektronlar
13. qeyri-müstəqil
boşalma
24. anod
35. ifratkeçiricilik
3. aşqar
14.
dielektrik
25. elektrodlar
36. zərbə ionlaşması
4. deşik
15. yarım
keçirici
26. qığılcımlı
boşalma
37. elektroliz
5. temperatur
artdıqca mü-
qaviməti artır
16. naqil
27. məxsusi ke-
çiricilik
38. vakuum
6.
rekombinasiya
17. donor aşqar
28. alovsuz
boşalma
39. elektron-şüa borusu
7. kovalent rabitə
18. müstəqil
boşalma
29.
valent
elektronlar
40. xarici təsirlər nəticəsində
müqaviməti kəskin dəyişir
8. qızdırdıqda
müqaviməti azalır
19. emissiya
30. şimşək
41. birtərəfli keçid
9. keçirici
20. elektrolit
31. vakuum diodu
42. n-tip keçiricilik
10. p-tip keçiricilik
21. tac boşalması
32. katod
43. müsbət və mənfi ionlar
11.
kristal qəfəs
22. termoelektron
emissiya
33. elektrolitik
dissosiasiya
44. əsas və qeyri-əsas
yükdaşıyıcılar
1
-ci slayd
Müxtəlif mühitlərdə elektrik cərəyanı
Hazırladı: İsmayıllı rayonu, Lahıc qəsəbə tam orta məktəbinin
IX sinif şagirdi Əliyeva Zöhrə
2
-ci slayd
Metallarda elektrik cərəyanı
3
-cü slayd
Elektrolitlərdə elektrik cərəyanı
4
-cü slayd
Vakuumda elektrik cərəyanı
5
-ci slayd
Qazlarda elektrik cərəyanı
6
-cı slayd
Yarımkeçiricilərdə elektrik cərəyanı
1.11
LAYİHƏ