62
Diqqət!
İnduksiya xətləri şəkil
müstəvisinə perpendikulyar olan
maqnit sahəsi sxemlərdə nöqtə və
vurma işarələr sistemi ilə təsvir
edilir. Əgər maqnit induksiya vek-
toru ox formasında təsəvvür edilərsə
(
g
), şəkil müstəvisindən bizə doğru
perpendikulyar yönələn
maqnit
induksiya
xətləri nöqtələr sistemi ilə
(biz sanki oxun ucunu görürük)
təsvir edilir. Bizdən şəkil müs-
təvisinə perpendikulyar yönələn
maqnit sahəsinin induksiya xətləri
vurma işarələri ilə (biz sanki uzaqla-
şan oxu arxadan görürük) təsvir
edilir (bax:
g
). Məsələn, şəkil müstə-
visində yerləşən cərəyanın yaratdığı
maqnit sahəsinin naqilin sağ və sol
hissələrində induksiya xətləri bu
cərəyanın istiqamətindən asılı olaraq
nöqtə və vurma işarələri ilə təsvir
olunur (
h
). Bu işarələr burğu, yaxud
sağ əl qaydasına əsasən təyin edilir.
(g)
(h)
Yaradıcı tәtbiqetmә
Məsələ.
Verilən sxemləri iş
vərəqinə köçürün və təyin
edin:
a)
cərəyanının maqnit induksiya xətlərinin
istiqamətini;
b)
cərəyanının maqnit sahəsinin 1, 2 və 3
nöqtələrində induksiya vektorunun
istiqamətini.
Araşdırma
2
•
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. Cərəyanlı düz naqil üçün sağ əl qaydası: ...
2. Cərəyanlı düz naqil üçün sağ yivli burğu qaydası: ...
3. Şəkil müstəvisindən bizə doğru perpendikulyar yönələn maqnit
induksiya xətləri ...
4. Bizdən şəkil müstəvisinə perpendikulyar yönələn maqnit sahə-
sinin induksiya xətləri ...
Nә öyrәndiniz
+
–
1
2
3
LAYİHƏ
2
63
• II fəsil •
Maqnit sahəsi
•
1. Cərəyanın yaratdığı maqnit sahəsinin induksiya xətlərinin istiqaməti nədən asılıdır?
2. Cərəyanlı düz naqil üçün sağ əl qaydası necə ifadə olunur?
3. Cərəyanlı düz naqil şəkil müstəvisinə perpendikulyar olduqda o, sxemlərdə necə təsvir
edilir?
4. Cərəyanlı düz naqil şəkil müstəvisinə perpendikulyar olduqda onun maqnit sahəsinin ixtiyari
nöqtəsində induksiya vektoru hansı istiqamətə yönələr?
1. Şәkildә dörd cәrәyanlı naqilin maqnit induksiya xәtlәrinin sxemi tәsvir edilmişdir.
Naqillәrdәki cәrәyanların istiqamәtini tәyin edin.
2. Şәkildә sabit maqnitlәrin induksiya xәtlәri tәsvir
edilmişdir. İnduksiya xәtlәrinin istiqamәtlәrini
vә namәlum maqnit qütblәrini tәyin edin.
3. Şәkildә bircins maqnit sahәsinin induksiya vek-
torunun istiqamәti tәsvir edilmişdir. Sahәnin
şimal qütbü şәkil müstәvisinin hansı hissәsindә
yerlәşir: qarşısında, yoxsa arxasında?
4. Elektron dәstәsi şәkildә tәsvir edildiyi kimi
hәrәkәt edir. Elektron dәstәsinin yaratdığı
maqnit sahәsinin induksiya xәtlәrinin istiqa-
mәtini tәyin edin.
5. Cәrәyanlı naqil şәkil müstәvisinә perpendikulyardır. Onun maqnit
sahәsinin induksiya xәtlәri hansı sxemdә düzgün tәsvir edilmişdir?
A) 1 və 2
B) 3 və 4
C) Yalnız 3
D) 2 və 3
E) 1 və 4
Öyrәndiklәrinizi yoxlayın
Çalışma
2.2
(1)
(3)
(2)
(4)
(1)
(2)
(3)
(4)
I
I
I
I
LAYİHƏ
64
D
AİRƏVİ CƏRƏYANIN VƏ CƏRƏYANLI SARĞACIN
MAQNİT SAHƏSİ
Dairәvi cәrәyanın maqnit sahәsi. Dairəvi cərəyanın maqnit spektrinin mənzə-
rəsi sabit maqnit diskinin induksiya xətlərinə oxşardır
(
b
).
Dairəvi cərəyanın maqnit induksiyasının istiqamətini cərəyanın istiqaməti müəy-
yən edir və onu maqnit əqrəbi vasitəsilə asanlıqla təyin etmək olur. Maqnit əqrəbi
olmadıqda isə bu məqsədlə sağ əl, yaxud sağ yivli burğu qaydasından istifadə etmək
əlverişlidir.
2.6
• Əgər cərəyanlı naqil dairəvi formada olarsa, onun maqnit sahəsi düz naqildəki
cərəyanın maqnit sahəsindən nə ilə fərqlənər?
• Sarğac nədir? Cərəyanlı sarğacın maqnit induksiya xətlərinin mənzərəsini
necə təsəvvür edirsiniz?
• Cərəyanlı dairəvi naqilin və sarğacın induksiya xətlərinin istiqamətini necə
müəyyənləşdirmək olar?
Dairəvi cərəyanın maqnit spektri.
Təchizat: “Maqnit sahəsi”
laboratoriya dəsti, sabit
cərəyan mənbəyi, ampermetr, reostat, açar, dəmir
tozu, birləşdirici naqillər.
İşin gedişi:
1. Ardıcıl sabit elektrik dövrəsi yığın (bax: səh.60) və
dairəvi naqilin sıxaclarını bu dövrənin açıq ucları-
na birləşdirin.
2. Dairəvi naqil müstəvisinin mərkəzindən keçməklə ona perpendikulyar bərkidilmiş löv-
hənin səthinə dəmir tozu səpələyib dövrəni qapayın.
Lövhəni qələmlə astaca döyəc-
ləyin və dairəvi cərəyanın maqnit spektrinin mənzərəsini araşdırın
(
a
).
3. Dairəvi cərəyanın istiqamətini dəyişib baş verən hadisəni izləyin.
Nəticəni müzakirə edin:
Dairəvi cərəyanın maqnit spektri hansı formaya malikdir?
Dairəvi cərəyanın istiqamətini dəyişdikdə nə müşahidə etdiniz?
Dairəvi cərəyanın maqnit sahəsinin induksiya xətlərinin istiqamətini necə təyin etmək
olar?
Araşdırma
1
(b)
I
(a)
LAYİHƏ