2
77
• II fəsil •
Maqnit sahəsi
•
M
AQNİT SAHƏSİNİN CƏRƏYANLI ÇƏRÇİVƏYƏ TƏSİRİ
2.10
Maqnit sahəsində yerləşən cərəyanlı düz naqilə təsir edən
Amper qüvvəsinin istiqaməti necə müəyyən edilir?
Hansı halda maqnit sahəsində yerləşən cərəyanlı düz naqil
bu sahənin təsirinə məruz qalmır?
Maqnit sahəsinə keçirici çərçivə yerləşdirilərsə, ona Amper
qüvvəsi təsir edərmi? Bu qüvvə çərçivəyə hansı hərəkəti
verər? Nə üçün?
Maqnit sahəsində
cərəyanlı düz naqilə
Amper
qüvvəsinin
təsirini öyrəndiniz.
Maqnit sahəsinin cərəyanlı çərçivəyə təsiri.
Təchizat: sabit cərəyan mənbəyi (düzləndirici), düz maqnit (2 ədəd), bir neçə naqil
dolağından ibarət keçirici çərçivə, tircik (2 ədəd), açar, birləşdirici nazik naqillər, dielektrik
ştativ.
İşin gedişi:
1. Çərçivədəki naqilin uclarını birləşdirici naqillərlə cərəyan mənbəyinə qoşun və onu sabit
maqnitlərin qütbləri arasında şaquli yerləşdirin
(
a
).
2. Açarı qapayın, cərəyanlı çərçivənin maqnit sahəsində necə hərəkət etdiyini izləyin
(
b
).
3. Çərçivədəki cərəyanın istiqamətini dəyişib təcrübəni təkrarlayın.
Nəticəni müzakirə edin:
● Maqnit sahəsində yerləşən çərçivədə cərəyan olmadıqda nə müşahidə etdiniz?
● Maqnit sahəsində yerləşən çərçivədən cərəyan keçdikdə nə müşahidə etdiniz? Nə üçün?
● Çərçivədəki cərəyanın istiqamətini dəyişdikdə nə baş verdi? Nə üçün?
Araşdırma_1_(a)_(b)_LAYİHƏ____78'>Araşdırma
1
(a)
(b)
LAYİHƏ
78
Şaquli ox ətrafında fırlana bilən bir neçə dolaqdan ibarət düzbucaqlı çərçivə maqnit
sahəsində yerləşdirilmişdir. Bu zaman onda cərəyan yoxdursa, o, ixtiyari vəziyyətdə
sükunətdə qalır. Əgər keçirici çərçivənin müstəvisi maqnit sahəsinin induksiya
xətlərinə paralel yerləşərsə, ondan cərəyan keçdikdə çərçivə dönməyə başlayacaq.
Bu ona görə baş verir ki, çərçivənin yan AB və CD tərəflərinə maqnit induksiya
xətlərinə perpendikulyar istiqamətdə Amper qüvvələri təsir edir. Bu qüvvələrin təsir
istiqaməti cərəyanın istiqamətindən asılıdır. Həmin cüt qüvvə çərçivəyə şaquli ox
ətrafında fırlanma
hərəkəti verir (
c
).
Çərçivədəki cərəyanın istiqamətini dəyişdikdə Amper qüvvələri onu əks istiqa-
mətdə döndərəcəkdir.
Çərçivə müstəvisi maqnit induksiya xətlərinə perpendikulyar olduqda isə onun
yan tərəflərinə təsir edən Amper qüvvələri düz xətt boyunca əks istiqamətlərə yönəl-
diyindən çərçivə dayanır
(
d
).
Çərçivəni eyni istiqamətdə fırlanma hərəkəti etdirmək üçün dövrədəki cərəyanın
istiqaməti periodik olaraq dəyişdirilməlidir. Bu məqsədlə çərçivəyə bərkidilən
kol-
lektor adlanan metal yarımhalqalardan istifadə olunur
(
e
).
Yarımhalqaların səthi ilə
fırça adlanan kontakt lövhələr sürüşür. Fırçalar cərəyan
mənbəyinin müxtəlif qütbünə birləşdirilir və çərçivədən cərəyanın keçməsini təmin
edir. Çərçivə 180
döndükdə yarımhalqalar yerini dəyişir. Nəticədə, çərçivədəki
(c)
(d)
(e)
LAYİHƏ
2
79
• II fəsil •
Maqnit sahəsi
•
cərəyanın istiqaməti dəyişir və o, cərəyan kəsilənə qədər eyni istiqamətdə fırlanma
hərəkətini davam etdirir.
1. Maqnit sahəsində yerləşdirilən cərəyanlı çərçivəyə sahənin göstərdiyi fırlanma təsirinin
səbəbi nədir?
2. Cərəyanlı çərçivənin maqnit sahəsində fırlanması zamanı hansı enerji çevrilməsi baş
verir?
3. Maqnit sahəsində fırlanan cərəyanlı çərçivədə cərəyanın istiqaməti necə dəyişdirilir?
Yaradıcı tәtbiqetmә
Məsələ.
Verilən şəkli iş vərəqinə köçürün və...
a) çərçivədəki cərəyanın
istiqamətini təyin edin;
b) çərçivənin fırlanma istiqamətini dəyişmək üçün nə etmək lazım gəldiyini göstərin;
c) çərçivənin fasiləsiz fırlanması üçün nə etmək lazım olduğunu söyləyin.
Araşdırma
2
•
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. Cərəyanlı çərçivə müstəvisi maqnit induksiya xətlərinə paralel
olarsa ...
2. Cərəyanlı çərçivə müstəvisi maqnit
induksiya xətlərinə perpen-
dikulyar olarsa ...
3. Cərəyanlı çərçivənin maqnit sahəsində fasiləsiz fırlanmasını tə-
min etmək üçün ...
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
LAYİHƏ
80
A
MPER QÜVVƏSİNİN TƏTBİQLƏRİ:
ELEKTRİK MÜHƏRRİKİ VƏ ELEKTRİK ÖLÇÜ CİHAZLARI
Elektrik mühәrriki. Məişət, texnika və istehsalatda geniş tətbiq olunan bir çox
elektrik cihaz və avadanlıqların əsas hissəsini elektrik mühərriki təşkil edir.
Elektrik mühәrriki – elektrik enerjisini mexaniki enerjiyә çevirәn qurğudur.
Onun iş prinsipi maqnit sahəsində cərəyanlı çərçivənin Amper qüvvəsinin təsiri
ilə fırlanma hadisəsinə əsaslanır. Elektrik mühərrikləri müxtəlif quruluşda olur, lakin
onlardan ən geniş yayılanı kollektorlu mühərrikdir. Bu mühərrik üç əsas hissədən
ibarətdir:
stator,
rotor və
kollektor.
Stator (latın sözü “sto” – dayanıram) – elektrik mühərrikinin tərpənməz hissəsi-
dir və gövdəyə bərkidilmiş sabit maqnitdən, yaxud dəmir içlikli sarğacdan (elektro-
maqnitdən) ibarətdir. Stator, bəzən
induktor da adlanır.
Statorda güclü maqnit sahəsi yaradılır
(
a
).
Rotor (latın sözü “roto” – fırladıram) – mühərrikin fır-
lanan hissəsi olub statorun içərisində yerləşdirilir. Rotor
silindrik içlikli çərçivə formasında olan elektromaqnitdən
ibarətdir. O, bəzən
lövbər də adlanır. Rotora elektrik cərə
-
yanı vermək və onun fasiləsiz fırlanmasını təmin etmək
məqsədilə
kollektor və
fırçalardan istifadə edilir.
Kollektorlar vә fırçalar rotorun fasilәsiz fırlanma-
sını necә tәmin edir?
Beləliklə, rotordan cərəyan keçdikdə o, Amper qüv-
vəsinin təsiri altında stator daxilində fırlanaraq
mexaniki
iş görür
(
b
). Rotorun fırlanma sürəti ondan keçən cərəyan
şiddətindən, rotor və statordakı dolaqların sayından asılı-
dır. Elektrik mühərriki sxemlərdə içərisində
M hərfi
yazılmış dairə formasında göstərilir
(
c
).
Elektrk mühərrikləri istilik mühərrikləri ilə müqa-
yisədə ekoloji cəhətdən daha səmərəlidir. Onlar ətraf mü-
hiti çirkləndirmir, demək olar ki, səssiz işləyir, qənaət-
lidir. Elektrik mühərriklərinin FİƏ 90%-dən yüksəkdir.
2.11
Bu elektrik vasitələ-
rində hansı enerji
çevrilməsi baş verir?
Belə enerji çevrilməsi
hansı fiziki hadisəyə
əsaslanır?
Gündəlik həyatımızı elektrik cihaz və qurğularsız təsəvvür
etmək çətindir. Məsələn, sərinkeş,
elektrik nasosu, tozsoran,
mikser, şirəçıxaran, direl, qaldırıcı kran, elektrik qatarı və s.
istifadə olunan elektrik vasitələrindəndir.
(c)
(b)
(a)
LAYİHƏ