74
hissənin
uzunluğu,
– cərəyanın istiqaməti ilə maqnit induksiya vektoru arasındakı
bucaqdır.
Düsturdan göründüyü kimi, cərəyanlı naqil maqnit sahəsinin induksiya vektoruna
paralel olarsa, α=0
və ya α=180 olar. Bu halda ona Amper qüvvəsi təsir etməz:
sin 0
=0 və sin 180=0 olduğundan, F=0.
Əgər cərəyanlı naqil maqnit induksiya xətlərinə perpendikulyar yerləşərsə,
(α=90
), sin 90=1 olduğundan Amper qüvvəsi maksimum qiymət alar:
.
Maqnit induksiyasının modulu nәyә bәrabәrdir?
Maqnit induksiyasının modulu – bircins maqnit sahәsinin induksiya xәtlәrinә
perpendikulyar yerlәşmiş cәrәyanlı naqilә tәsir edәn maksimal Amper qüvvәsinin
modulunun naqildәki cәrәyan şiddәti ilә onun l uzunluğu hasilinә olan nisbәtinә
bәrabәrdir:
·
.
Maqnit induksiyasının
BS-də vahidi Serbiya alimi Nikola Teslanın (1856-1943)
şərəfinə
tesla (1 T
l) adlandırılmışdır.
1 tesla – elә bircins maqnit sahәsinin induksiyasıdır ki, bu sahә maqnit induksiya
xәtlәrinә perpendikulyar yerlәşәn cәrәyanlı düz naqilә, uzunluğu 1 m vә ondakı cәrә-
yan şiddәti 1 A olduqda, 1N qüvvә ilә tәsir etsin:
1
·
1
·
1 .
Diqqət!
• Maqnit sahəsinin induksiyası bu sahəyə gətirilən naqilin uzunluğundan və ondakı
cərəyan şiddətindən asılı deyildir, o, maqnit sahəsindən, bu sahənin mənşəyindən asılıdır. Bu o
deməkdir ki, maqnit induksiyası
·
nisbətindən də asılı deyildir, çünki sahəyə gətirilən naqilə təsir
edən Amper qüvvəsi naqildəki cərəyan şiddəti ilə düz mütənasib olacaq.
Yaradıcı tәtbiqetmә
Maqnit sahəsinin cərəyanlı naqilə təsiri.
Təchizat: kiçikölçülü nalşəkilli maqnit (2 ədəd), iriölçülü nalşəkilli maqnit (2 ədəd), sabit
cərəyan mənbəyi, reostat, açar, kiçik uzunluqlu qalın düz naqil (ab), birləşdirici nazik na-
qillər, dielektrik ştativ.
Təhlükəsizlik qaydası: İşin hər bir mərhələsini hazırlayarkən elektrik dövrəsi açıq olma-
lıdır.
İşin gedişi:
1. Nalşəkilli maqniti şaquli müstəvidə
ştativə elə bərkidin ki, onun qolları arasındakı maq-
nit sahəsinin induksiya xətləri şaquli yerləşsin. Qalın naqili nazik naqillərdən asıb maq-
nitin qolları arasında elə yerləşdirin ki, o, maqnit induksiya xətlərinə perpendikulyar ol-
sun
(
a
).
Araşdırma
2
LAYİHƏ
2
75
• II fəsil •
Maqnit sahəsi
•
1. Cərəyanlı düz naqil maqnit sahəsində onun induksiya xətlərinə perpendikulyar yerləşərsə:
a) Amper qüvvəsi istiqamətcə cərəyanlı naqillə neçə dərəcə bucaq təşkil edər?
b) Amper qüvvəsi istiqamətcə induksiya vektoru ilə neçə dərəcə bucaq təşkil edər?
2. Amper qüvvəsi üçün sol əl qaydasını ifadə edin.
3. Maqnit induksiya vektorunun istiqaməti olaraq nə qəbul edilmişdir
və onun modulu nəyə
bərabərdir?
2. Açarı qapayın və baş verən hadisəni izləyin.
3. Amper qüvvəsinin istiqamətinin nədən asılı olduğunu yoxlayın:
a) maqniti çevirib qütblərinin yerini dəyişməklə;
b) cərəyan mənbəyinin sıxaclarına bağlanan naqillərin yerini dəyişməklə.
4. Amper qüvvəsinin hansı kəmiyyətlərdən və necə asılı olduğunu yoxlayın:
a) reostatla naqildən keçən cərəyan şiddətini artırıb-azaltmaqla naqildəki cərəyan
şiddətindən;
b) maqniti daha güclü sahəyə malik digər maqnitlə əvəz
etməklə maqnit sahəsinin
induksiyasından;
c) cərəyanlı naqili iki maqnit arasında yerləşdirməklə (sahədəki uzunluğunu iki dəfə
artırmaqla) naqilin uzunluğundan.
Nəticəni müzakirə edin:
● Maqnit sahəsinin cərəyanlı naqilə təsir göstərdiyi Amper qüvvəsinin istiqaməti nədən
asılıdır?
● Amper qüvvəsinin modulu nədən və necə asılıdır?
Araşdırma
2
•
Verilən cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. Amper qüvvəsinin istiqaməti asılıdır – ...
2. Amper qüvvəsi üçün sol əl qaydası – ....
3. Amper qüvvəsinin modulu bərabərdir– ...
Nə öyrəndiniz
Öyrәndiklәrinizi yoxlayın
(a)
LAYİHƏ
76
1. Cәrәyanlı naqil şәkildәki kimi bircins maqnit sahәsindәdir.
Naqilә tәsir edәn Amper qüvvәsi hansı istiqamәtdәdir?
2. Uzunluğu 2 m olan cәrәyanlı düz naqil induksiyası 60 mTl oan
bircins maqnit sahәsindә induksiya xәtlәrinә perpendikulyar
yerlәşmişdir. Naqildәki cәrәyan şiddәti 2 A-dirsә, ona tәsir
edәn Amper qüvvәsini hesablayın.
3. Maqnit sahәsinin tәsiri ilә meyil edәn naqildә cәrәyanın istiqamәtini tәyin edin.
4. Elektrik dövrәsi qapanarsa, cәrәyanlı alüminium naqil dielektrik relslәr üzrә
diyirlәnәcәkdir. O hansı istiqamәtә diyirlәnәr vә nә üçün?
5. Şәkildә bircins maqnit sahәsindә yerlәşәn cәrәyanlı naqil tәsvir
edilmişdir. Maqnit induksiya vektorunun istiqamәtini tәyin
edin.
6. İnduksiyası 5 Tl olan bircins maqnit sahәsindә yerlәşәn cәrәyanlı naqilin uzunluğu
3 m, ondakı cәrәyan şiddәti 2 A-dir. Naqilә tәsir edәn amper qüvvәsinin modulunu
vә istiqamәtini tәyin edin.
A) F=30 N, bizdən şəkil müstəvisinə
perpendikulyar
B) F=30 N, şəkil müstəvisindən bizə perpendikulyar
C) F=30 N, induksiya xətləri istiqamətində
D) F = 0, təsir etmir
E) F=30 N, induksiya xətlərinin əks istiqamətində
Çalışma
2.4
N
S
I
I
LAYİHƏ