2
81
• II fəsil •
Maqnit sahəsi
•
Elektrik ölçü cihazları. Elektrik ölçü cihazlarının müxtəlif sistemləri mövcud-
dur:
maqnitoelektrik, elektromaqnit və
elektrodinamik. Bu cihazların hamısının iş
prinsipi maqnit sahəsinin cərəyanlı naqilə təsirinə əsaslanır. Onlardan ən çox istifadə
olunan maqnitoelektrik sistemli cihazlardır.
Maqnitoelektrik sistemli ölçü cihazları. Sizə yaxşı tanış
olan
ampermetr, qalvanometr vә voltmetr –
maqnitoelektrik sis-
temli ölçü cihazlarıdır (
e
).
Nalşəkilli maqnitin (1) qütbləri arasında dolaqlardan ibarət
çərçivə (2) yerləşir. Çərçivənin daxilində tərpənməz silindrik
polad içlik (3) var. Cərəyan olmadıqda çərçivənin oxuna (4) bər-
kidilmiş spiralvarı yaylar (5) onu elə vəziyyətdə saxlayır ki,
oxun ucuna lehimlənmiş əqrəb (6) şkalanın (7) sıfır bölgüsünün
üzərində dayansın.
Cihazı dövrəyə qoşduqda çərçivədən elektrik cərəyanı keçir,
ona maqnit sahəsi tərəfindən Amper qüvvəsi təsir edir. Nəticədə
çərçivə əqrəblə birlikdə polad içlik ətrafında dönür. Bu zaman
spiral yaylar burularaq əlavə elastiklik qüvvəsi yaradır. Bu
qüvvənin çərçivənin oxuna verdiyi fırlanma momenti Amper
qüvvəsinin fırlanma momentinə bərabər olduqda, çərçivənin
dönməsi dayanır, əqrəb müəyyən bölgünü göstərir. Dövrədə
cərəyan şiddəti artdıqda cərəyanlı çərçivəyə təsir edən Amper
qüvvəsi də artır. O daha çox dönərək əqrəbi daha da çox meyil
etdirir.
Voltmetrin də ölçü mexanizmi belədir. Lakin onun elektrik müqaviməti amper-
metrin elektrik müqavimətindən daha çoxdur.
Elektrik mühərrikinin hissələri və iş
prinsipi.
Təchizat: sabit cərəyan mənbəyi, sabit
cərəyan elektrik mühərrikinin modeli, reostat,
açar, birləşdirici naqillər.
İşin gedişi: 1. Elektrik mühərrikinin modelini
nəzərdən keçirib onun əsas hissələrini müəy-
yənləşdirin
(
d
). 2. Cərəyan mənbəyi, elektrik
mühərrikinin modeli, reostat və açardan ibarət
ardıcıl elektrik dövrəsi yığın. 3. Dövrəni qapa-
yın. Reostatla dövrədəki cərəyan şiddətini ar-
tırıb-azaltmaqla rotorun fırlanma sürətinin cə-
rəyan şiddətindən necə asılı olduğunu müəy-
yənləşdirin.
Nəticəni müzakirə edin:
● Elektrik mühərrikinin iş prinsipi hansı
fiziki
hadisəyə əsaslanır?
● Elektrik mühərrikində rotorun fırlanma sürəti
ondan keçən cərəyan şiddətindən necə asılıdır?
Araşdırma
1
(d)
(e)
Ampermetr və onun
quruluş sxemi
LAYİHƏ
82
Nә üçün voltmetrin elektrik müqavimәti ampermetrin elektrik müqavimә-
tindәn daha böyükdür?
Ampermetr elektrik dövrəsindəki cərəyan şiddətini ölçmək üçün ona ardıcıl qo-
şulur. Bu səbəbdən ampermetrin müqaviməti çox kiçik olmalıdır ki, dövrədəki ümu-
mi cərəyan şiddətinə təsir etməsin: onun müqaviməti böyük olarsa, dövrədəki ümu-
mi cərəyan şiddətini kəskin azaldar.
Voltmetr dövrənin və ya işlədicilərin uclarındakı gərginliyi ölçdüyünə görə o,
dövrəyə paralel qoşulur. Dövrədəki cərəyan şiddəti dəyişməsin deyə, voltmetrin mü-
qaviməti çox böyük olmalıdır ki, ondan keçən cərəyan nəzərə alınmayacaq qədər
zəif olsun.
Elektromaqnit sistemli cihazın iş prinsipi cərəyanlı sarğacın maqnit sahəsinin təsiri
ilə fırlanma oxuna bərkidilmiş polad içliyin sarğaca cəzb olunmasına əsaslanır
(
f
).
1. İstilik və elektrik mühərriklərində hansı enerji çevrilmələri baş verir?
2. Ekoloji baxımdan hansı mühərrik daha faydalıdır: istilik, yoxsa elektrik? Cavabınızı əsaslandırın.
3. Hansı mühərrikin FİƏ-si daha böyükdür: istilik, yoxsa elektrik? Nə üçün?
4. Elektrik ölçü cihazlarının iş prinsipi hansı fiziki hadisəyə əsaslanır?
5. Maqnitoelektrik və elektromaqnit sistemli cihazların ölçü mexanizmi nə ilə fərqlənir?
6. Nə üçün voltmetrin elektrik müqaviməti amperpetrin müqavimətindən çox-çox böyük olur?
Yaradıcı tәtbiqetmә
Elektromaqnit sistemli cihazın iş
prinsipi.
Təchizat: elektromaqnit sistemli cihazın ölçü
mexanizminin sxemi.
İşin gedişi.
Şəkildə elektromaqnit sistemli cihazın ölçü mexa-
nizminin sxemi təsvir edilmişdir (bax:
f
). Sxemi diq-
qətlə araşdırın və cihazın
iş prinsipini izah etməyə ça-
lışın.
Nəticəni müzakirə edin:
● Elektromaqnit və maqnitoelektrik sistemli ölçü
cihazlarının iş prinsipində oxşar və fərqli cəhətlər
hansılardır?
Araşdırma
2
•
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. Elektrik mühərriki ...
2. Elektrik mühərrikinin əsas hissələri...
3. Elektrik ölçü cihazlarının iş prinsipi ...
4. Maqnitoelektrik sistemli cihazın ölçü mexanizminin iş prinsipi ...
5. Elektromaqnit sistemli cihazın ölçü mexanizminin iş prinsipi ...
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
(f)
LAYİHƏ
2
83
• II fəsil •
Maqnit sahəsi
•
1. Şәkildә elektrik mühәr-
rikinin quruluşunun
sadәlәşdirilmiş sxemi
tәsvir edilmişdir.
Sxemә әsasәn...
a) rəqəmlərin uyğun olaraq hansı
hissələri göstərdiyini təyin
edin.
b) mühərrikin iş prinsipini izah
edin.
2. Şәkildә dolaqlarından cәrәyan keçәn
elektrik mühәrrikinin en kәsiyi gös-
tәrilir. Rotor hansı istiqamәtdә fırla-
nır: saat әqrәbinin hәrәkәti istiqamә-
tindә, yoxsa onun әksinә?
3. Voltmetr dövrәyә ardıcıl qoşularsa, nә
baş verәr? Ampermetr dövrәyә paralel
qoşularsa, nә baş verәr? Nә üçün?
4. Nә üçün maqnitoelektrik sistemli
ampermetrin “
+
” sıxacını cәrәyan
mәnbәyinin “
–
” qütbünә birlәşdirmәk
olmaz?
5. Şәkildә elektrik mühәrrikinin en kәsiyi göstәrilir. Elek-
tromaqnitin (statorun) qütblәrini vә rotorun fırlanma
istiqamәtini tәyin edin.
M
AQNİT SAHƏSİNİN HƏRƏKƏTDƏ OLAN YÜKLÜ
ZƏRRƏCİKLƏRƏ TƏSİRİ. LORENS QÜVVƏSİ
Çalışma
2.5
2.12
• Nə üçün maqnit sahəsi cərəyanlı naqilə təsir edir, lakin ondan cərəyan keçmə-
dikdə təsir etmir?
• Maqnit sahəsi naqilə təsir edir, yoxsa bu naqildə hərəkətdə olan yüklü zərrə-
ciklərə?
Hərəkətdə olan yüklü zərrəciklər selinə maqnit
sahəsinin təsiri.
Təchizat: havası seyrəldilmiş ikielektrodlu şüşə boru,
yüksək
gərginlikli düzləndirici, sabit düz maqnit, birləş-
dirici naqillər,
qara rəngli ekran, dielektrik ştativ.
İşin gedişi:
1. Şüşə borunu dielektrik ştativə bərkidib arxasında
ekran yerləşdirin.
2. Borunun elektrodlarını düzləndiriciyə birləşdirib
dövrəni qapayın və boruda yüklü zərrəciklər selinin
işıqlı düz zolağı görünənə qədər
(
a
) onun ucların-
dakı gərginliyi yavaş-yavaş artırın.
Araşdırma
1
(a)
(b)
LAYİHƏ