90
İ
NDUKSİYA CƏRƏYANININ İSTİQAMƏTİ
İnduksiya cәrәyanının yaranma sәbәbi. İnduksiya cərəyanını da digər elektrik
cərəyanları kimi elektrik sahəsi yaradır.
İnduksiya cәrәyanını yaradan elektrik sahәsi haradan әmәlә gәldi?
Əlbəttə, bu sahəni dəyişən maqnit sahəsi yaradır.
Dәyişәn maqnit sahәsi hәmişә әtraf fәzada burulğanlı elektrik sahәsinin yaran-
ması ilә müşayiәt olunur.
2.14
● Qapalı konturda induksiya cə-
rəyanını hansı sahə yaradır:
dəyişən maqnit sahəsi, yoxsa
elektrik sahəsi?
● İnduksiya cərəyanının istiqa-
mətini necə müəyyənləşdirmək
olar?
Məlumdur ki, naqildə elektrik cərəyanının olması
üçün orada sərbəst yükdaşıyıcılar və onları
nizamlı hərəkət etdirən elektrik sahəsinin olması
zəruridir. Elektrik cərəyanının istiqamətini də
elektrik sahəsinin intensivliyi müəyyən edir. Belə
ki, metal naqillərdə sərbəst elektronların hərəkəti
elektrik sahəsinin intensivlik xətlərinin əksinədir,
lakin cərəyanın istiqaməti intensivlik xətlərinin
istiqaməti qəbul olunmuşdur.
Lens təcrübəsi.
Təchizat: Lens qurğusu, sabit maqnit (düz və ya nal-
şəkilli).
Lens qurğusunun təsviri: qurğunun əsas hissəsi kə-
narlarına biri qapalı, digəri kəsik olmaqla iki alümi-
nium halqa bərkidilmiş çubuqdan ibarətdir. Çubuq iti
ucluq üzərində yerləşdirilir (
a
).
İşin gedişi:
1. Maqnitin qütblərindən birini yavaş-yavaş qapalı hal-
qaya daxil edin və baş verən hadisəni izləyin (
b
).
2. Maqniti halqa daxilində hərəkətsiz saxlayın və
sonra onu halqadan yavaş-yavaş çıxararaq
uzaqlaşdırın. Baş verən hadisəni izləyin.
3. Təcrübəni maqnitin digər qütbü ilə təkrarlayın.
4. Təcrübəni kəsiyi olan halqa ilə təkrarlayın: maq-
nitin qütblərini ardıcıl olaraq kəsik halqaya daxil
edib-çıxarın (bax:
b
). Müşahidə etdiyiniz ha-
disələri müqayisə edin.
Nəticəni müzakirə edin:
Maqnitin qütblərini qapalı halqaya daxil etdikdə nə müşahidə etdiniz?
Maqniti qapalı halqada sükunətdə saxladıqda nə baş verdi?
Maqniti qapalı halqadan çıxarıb uzaqlaşdırdıqda nə müşahidə olundu?
Təcrübəni kəsik halqa ilə təkrarladıqda nə müşahidə etdiniz?
Təcrübələrdən hansı nəticəyə gəlmək olar?
Araşdırma
1
(a)
(b)
LAYİHƏ
2
91
• II fəsil •
Maqnit sahəsi
•
Qapalı konturdakı (sarğacdakı) sərbəst elektronları nizamlı hərəkət etdirərək in-
duksiya cərəyanı yaradan maqnit sahəsi deyil, bu elektronlara təsir edən burulğanlı
elektrik sahəsidir.
Burulğanlı elektrik sahəsi elektrostatik sahədən kəskin fərqlənir:
a) elektrostatik sahәni sükunәtdәki elektrik yükü, burulğanlı elektrik sahәsini isә
dәyişәn maqnit sahәsi yaradır;
b) elektrostatik sahәnin intensivlik xәtlәri müsbәt yükdәn başlayır, mәnfi yükdә
qurtarır. Burulğanlı elektrik sahәsinin intensivlik xәtlәrinin nә başlanğıcı, nә dә
sonu var, o, maqnit induksiya xәtlәri kimi qapalıdır.
İnduksiya cәrәyanının istiqamәtini necә müәyyәnlәşdirmәk olar?
Apardığınız araşdırmada müəyyən etdiniz ki, maqniti qapalı halqaya daxil etdik-
də halqa maqnitdən itələnir, əksinə, maqniti halqadan çıxarıb uzaqlaşdırdıqda isə
halqa maqnitə cəzb olunur. Eyni effekt maqnitin hər iki qütbündə təkrarlanır. Lakin
maqniti halqa daxilində sükunətdə saxladıqda isə maqnitlə halqa arasında heç bir
qarşılıqlı təsir yaranmır. Maqniti kəsik halqaya daxil edib-çıxardıqda da heç bir ha-
disə baş vermir. Bu onunla izah edilir ki, qapalı konturu kəsən maqnit sahəsinin ix-
tiyari dəyişməsi nəticəsində bu konturda induksiya cərəyanı yaranır. Deməli, induk-
siya cәrәyanı yalnız qapalı konturda yaranır.
Maqniti halqaya daxil etdikdə yaranan induksiya cərəyanı elə istiqamətə yönəlir
ki, bu cərəyanın yaratdığı maqnit sahəsi sabit maqnitin maqnit sahəsinin güclənmə-
sinə əks təsir göstərsin. Maqniti halqadan çıxardıqda isə yaranan induksiya cərəyanı
elə istiqamətə yönəlir ki, bu cərəyanın yaratdığı maqnit sahəsi sabit maqnitin maqnit
sahəsinin zəifləməsinə əks təsir göstərsin.
Bu hadisələri araşdıran rus fiziki Emil Lens 1833-cü ildə induksiya cərəyanının
istiqamətini təyin edən ümumi qayda – Lens qaydasını müəyyənləşdirdi:
İnduksiya cәrәyanı elә istiqamәtә yönәlir ki, onun yaratdığı maqnit sahәsi bu
cәrәyanı yaradan xarici maqnit sahәsinin ixtiyari dәyişmәsinә әks-tәsir göstәrir.
Bu, o deməkdir ki, əgər xarici maqnit sahəsi güclənərsə, induksiya cərəyanının
maqnit sahəsi onu “zəiflətməyə çalışacaqdır”. Bu zaman induksiya cərəyanının maq-
nit induksiyası xarici maqnit sahəsinin induksiyasının əksinə yönəlir (
c
). Əgər xarici
maqnit sahəsi zəifləyərsə, induksiya cərəyanının maqnit sahəsi onu “gücləndirməyə
çalışacaqdır”. Bu zaman induksiya cərəyanının maqnit induksiyası xarici maqnit
sahəsinin induksiyasının istiqamətinə yönəlir (
d
).
(c)
(d)
LAYİHƏ
92
1. Nə üçün sabit maqniti qapalı kontura daxil etdikdə o, maqnitdən itələnir?
2. Nə üçün kəsik konturla hərəkətdə olan maqnit arasında heç bir qarşılıqlı təsir yaranmır?
Cavabınızı əsaslandırın.
3. İnduksiya cərəyanının istiqaməti nədən asılıdır?
4. Lens qaydasını ifadə edin.
Elektromaqnit induksiya hadisəsinin öyrənilməsi.
Təchizat: qalvanometr, bir neçə dolaqdan ibarət qapalı kontur, maqnit (düz və ya nalşəkilli),
birləşdirici naqillər.
İşin gedişi:
1. Konturu qalvanometrin sıxaclarına birləşdirin.
2. Təcrübənin nəticələrini qeyd etmək üçün iş vərəqinə aşağıdakı cədvəli köçürün:
№
İnduksiya cərəyanının alınma üsulu
Qalvanometr əqrəbinin meyli
(sağa, sola)
1
Maqnitin şimal qütbünü kontura daxil etdikdə
2
Maqnitin şimal qütbünü konturdan uzaqlaşdırdıqda
3
Maqnitin cənub qütbünü kontura daxil etdikdə
4
Maqnitin cənub qütbünü konturdan uzaqlaşdırdıqda
5
Sarğacı maqnitə keçirdikdə
6
Sarğacı maqnitdən çıxarıb uzaqlaşdırdıqda
3. Konturu masa üzərində şaquli yerləşdirin. Maqnitin şimal qütbünü kontura daxil edin və
çıxarın. Müşahidənin nəticələrini cədvələ yazın.
4. Maqnitin cənub qütbünü kontura daxil edin və çıxarın. Müşahidənin nəticələrini cədvələ
yazın.
5. Maqniti masa üzərində şaquli yerləşdirin. Konturu maqnitə daxil edib çıxarın. Müşahidənin
nəticələrini cədvələ yazın.
Yaradıcı tәtbiqetmә
Məsələ.
Sabit maqnitin cənub qütbünü sarğaca daxil
etdikdə və çıxardıqda onun A və B uclarında uyğun
olaraq induksiya cərəyanının maqnit sahəsinin hansı
qütbləri yaranar (
e
)?
Araşdırma
2
•
Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.
1. Dəyişən maqnit sahəsi həmişə ətraf fəzada...
2. Burulğanlı elektrik sahəsi ilə elektrostatik sahə arasında fərq...
3. İnduksiya cərəyanının istiqaməti üçün Lens qaydası ...
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
Praktik iş
2
(e)
LAYİHƏ
Dostları ilə paylaş: |