94
M
ADDƏNİN MAQNİT NÜFUZLUĞU
Araşdırmadan müəyyən etdiniz ki, cərəyanlı sarğacın maqnit sahəsinə gətirilmiş
maddə (içlik) bu sahəni dəyişdirir: dəmir içlik maqnit sahəsini gücləndirir, mis və
şüşə içliklər isə maqnit sahəsini kəskin zəiflədir.
•
Maqnit sahәsini dәyişmәk qabiliyyәtinә malik olan bütün maddәlәr maqnetiklәr
adlanır.
Maqnetiklәrin maqnit sahәsinin fәrqli dәyişmәsinin sәbәbi nәdir?
Cərəyanlı sarğacın daxilində içlik olmadıqda maqnit induksiya vektorunu
-la
işarə edək (havada maqnit induksiyasının modulu vakuumdakı moduluna bərabər
götürülür). İçlik daxil etdikdə sarğacda induksiyası olan əlavə maqnit sahəsi yara-
nır.
Beləliklə, içlikdə yaranan yekun maqnit induksiya vektoru:
.
2.15
Cərəyanlı sarğaca növbə ilə polad, şüşə, quru taxta,
plastmas, mis, alüminium içlik daxil etdikdə, onun
maqnit sahəsi necə dəyişər?
Maqnit sahəsi cərəyanlı naqili əhatə edən mühitin
xassəsindən asılıdırmı? Cavabınızı əsaslandırın.
Öyrəndiniz ki, cərəyanlı
sarğaca dəmir içlik daxil
etdikdə
onun maqnit
təsiri artır.
Maqnit sahəsi mühitin xassəsindən asılıdırmı?
Təchizat: sabit cərəyan mənbəyi,
sarğac (2 əd.), dielektrik ştativ, ipək sap,
dəmir içlik,
mis və şüşə içlik, birləşdirici naqillər.
Araşdırmanın gedişi:
1. Biri tərpənməz, digəri ipək sapdan asılan iki sarğacı
sabit cərəyan mənbəyinə
birləşdirin.
2. Dövrəni qapayıb sapdan asılan sarğacı (o, şəkildə sxematik təsvir edilmişdir)
tərpənməz sarğaca yaxınlaşdırın
(
a
). Maqnit qarşılıqlı təsirinin hansı məsafədən baş
verdiyinə diqqət edin.
3. Tərpənməz sarğaca dəmir içlik daxil edib təcrübəni təkrarlayın və maqnit qarşılıqlı
təsirinin necə dəyişdiyini izləyin
(
b
).
4. Dəmir içliyi növbə ilə mis və şüşə içliklərlə əvəz edib təcrübəni təkrarlayın
və baş
verən hadisəni əvvəlki təcrübələrlə müqayisə edin.
Nəticəni müzakirə edin:
Hansı halda cərəyanlı sarğaclar arasındakı maqnit qarşılıqlı təsiri gücləndi, hansı hal-
da isə zəiflədi?
Araşdırmadan maqnit sahəsinin maddənin xassəsindən asılılığına dair hansı nəticəyə
gəlmək olar?
Araşdırma
1
(a)
(b)
LAYİHƏ
2
95
• II fəsil •
Maqnit sahəsi
•
Müxtəlif maddələrin yaratdığı maqnit induksiyası müxtəlif olduğundan, onların
maqnit xassələri bir-birindən fərqlənir. Maddələrin maqnit xassələri
maqnit nüfuz-
luğu adlanan fiziki kəmiyyətlə xarakterizə edilir.
Maddәnin maqnit nüfuzluğu – bircins mühitdә maqnit induksiyasının modu-
lunun vakuumdakı
maqnit induksiyasının modulundan neçә dәfә fәrqlәndiyini
göstәrir:
,
.
Burada
ü
maddənin maqnit nüfuzluğudur.
O, vahidsiz kәmiyyәtdir.
Maddələr maqnit xassələrinə görə üç növdür:
1.
Paramaqnitlәr – maqnit nüfuzluğu vahiddən cüzi böyük olan maddələrdir (
1). Paramaqnitlər ( , ,
,
və s.) sabit maqnit tərəfindən zəif cəzb olunur.
2.
Diamaqnitlәr – maqnit nüfuzluğu vahiddən kiçik olan maddələrdir
(
1). Diamaqnitlər (
,
,
və bütün təsirsiz qazlar) sabit maqnit
tərəfindən zəif itələnir.
3.
Ferromaqnitlәr – maqnit nüfuzluğu vahiddən çox böyük olan maddələrdir
(
1). Ferromaqnitlər (
,
,
,
və onların bəzi xəlitələri) sabit maqnit
tərəfindən böyük qüvvə ilə cəzb olunur. Bütün ferromaqnitlər kristal maddələrdir.
Bəzi maddələrin maqnit nüfuzluğu 2.1 cədvəlində göstərilmişdir.
Cәdvәl 2.1. Bəzi
maddələrin maqnit nüfuzluğu
Diamaqnit
maddə
µ
Paramaqnit
maddə
µ
Ferromaqnit maddə
µ
Bismut
0,999834
Hava
1,000038
Dəmir
8000
Mis
0,999990
Alüminium
1,000023
Nikel
1100
Qızıl
0,999964
Oksigen
1,0000019 Nikel və dəmir
ərintisi
250000
Hər bir ferromaqnit üçün
Küri nöqtәsi adlanan temperatur həddi mövcuddur.
Maddənin temperaturu Küri temperatur həddini aşdıqda, o ferromaqnit xassəsini
itirib paramaqnitə çevrilir. Məsələn, polad üçün Küri temperaturu 769
C-dir. Odur
ki, 800
C-ə qədər qızdırılan polad mismar maqnitsizləşir.
Yaradıcı tәtbiqetmә
Məsələ.
• Verilən qrafikə əsasən polad və çuqun
üçün maqnitləndirici sahənin induksi-
yasının
,
qiymətinə uyğun
maqnit nüfuzluqlarını təyin edin (
c
).
Nəticəni müzakirə edin:
Hansı maddənin maqnit nüfuzluğu daha
böyükdür?
Araşdırma
2
(c)
LAYİHƏ