3
147
• III fəsil •
İşıq hadisələri
•
Beləliklə, toplayıcı və səpici linzaların elementləri nazik linzada müvafiq surətdə
sxematik olaraq
şəkildəki kimi göstərilir (
o
).
–
Linzanın optik mәrkәzi ilә fokus nöqtәsi arasındakı mәsafәyә linzanın fokus
mәsafәsi deyilir. Fokus məsafəsi də
F hərfi ilə işarə olunur.
Hər bir linzanın iki baş fokus nöqtəsi vardır. Bircins mühitdə bu nöqtələr linzanın hər
iki tərəfində eyni məsafədə yerləşir (bax:
o
).
–
Linzanın baş fokus nöqtәsindәn baş optik oxa
perpendikulyar keçirilәn müstәvi fokal müstәvi ad-
lanır. Bütün optik oxların fokal müstəvi ilə kə-
sişdiyi nöqtə həmin oxa nəzərən linzanın fokusudur
(bax:
f
).
Toplayıcı linzada ixtiyari optik oxa paralel dü-
şən işıq şüaları linzada sındıqdan sonra fokal müs-
təvinin həmin optik oxla kəsişdiyi nöqtədə, lin-
zanın fokusunda toplanır (
p
).
(o)
Yaradıcı tәtbiqetmә
Linzanın baş fokus nöqtəsini təyin edək.
Təchizat: optik disk, toplayıcı və səpici şüşə
linzalar.
İşin gedişi:
1. Toplayıcı linzanı optik diskin mər-
kəzinə bərkidin, mənbədən çıxan
paralel işıq şüasını baş optik ox
boyunca linzanın üzərinə yönəldin
və şüaların sındıqdan sonrakı yolu-
nu müşahidə edin
(
s
).
2. Toplayıcı linzanı səpici linza ilə
əvəz edib təcrübəni təkrarlayın.
3. Toplayıcı və səpici linzalarda şüa-
ların sxemini iş vərəqinə çəkin.
Nəticəni müzakirə edin:
Toplayıcı linzanın baş fokus nöqtə-
sini necə təyin etdiniz?
Səpici linzanın baş fokus nöqtəsini
təyin edə bildinizmi? O, lnizadan
hansı tərəfdə alındı?
Araşdırma
(p)
(s)
LAYİHƏ
148
1. Qabarıq və çökük linzanın oxşar və fərqli cəhətlərini göstərin?
2. Linzanın neçə baş optik oxu və baş fokus nöqtəsi var?
3. Nə üçün toplayıcı linzanın
fokusu həqiqi, çökük linzanın fokusu isə mövhumidir?
4. Hansı qabarıq linzanın fokus məsafəsi daha böyükdür: əyrilik radiusu böyük olan linzanın,
yoxsa əyrilik radiusu kiçik olan linzanın? Nə üçün?
N
AZİK LİNZADA CİSMİN XƏYALININ QURULMASI
Öyrәndiklәrinizi yoxlayın
3.13
Nə üçün eyni zərrəbində cisimlər fərqli görünür?
Zərrəbində bu cisimlərdən hansının görüntüsü
həqiqi, hansının mövhumidir? Nə üçün?
Zərrəbinlə bir qədər uzaqdakı
böyük cismə, məsələn, tikilməkdə
olan binaya baxdıqda o,
tərsinə
çevrilmiş və kiçildilmiş görünür.
Lakin həmin zərrəbinə kiçik cismi,
məsələn, markanı yaxınlaşdırdıqda
o, düzünə və böyüdülmüş görünür.
Linzada hansı xəyal alındı?
Təchizat: fokus məsafəsi məlum olan toplayıcı linza, şam, kibrit,
ekran.
İşin gedişi: 1. Masa üzərində bir düz xətt boyunca ekran, toplayıcı
linza və yanan şam yerləşdirin. Şamı linzanın ikiqat fokus
məsafəsindən uzaqda yerləşdirin
(
a
). 2.
Ekranda şam alovunun dəqiq
xəyalı alınana qədər onu linzaya yaxınlaşdırıb uzaqlaşdırın. 3. Şamı
linzanın fokusu ilə ikiqat fokusu arasında yerləşdirin. Ekranda şam
alovunun dəqiq xəyalı alınana qədər onu linzadan uzaqlaşdırın.
Nəticəni müzakirə edin:
Ekranda alınan xəyallarla şam alovunun özünün müqayisəsindən hansı
fərqləri
müşahidə etdiniz?
Ekranda alınan xəyalların həqiqi və ya mövhumi ola bilməsi haqqında nə kimi mülahizəniz var?
Araşdırma
1
(a)
•
Verilən sxemi iş vərəqində çəkin və nöqtələrin yerinə açar
sözlərdəki uyğun sözü yazın.
Açar sözlər:
Toplayıcı linza
Səpici linza
Baş optik ox
Baş fokus nöqtəsi
Fokal müstəvi
Fokus məsafəsi
Optik
mərkəz
Əyrilik radiusu
Nә öyrәndiniz
LAYİHƏ
3
149
• III fəsil •
İşıq hadisələri
•
Sferik linzada sınan ixtiyari şüanın yolunu bilməklə istənilən cismin xəyalını
qurmaq mümkündür. Bu məqsədlə cismin kənar nöqtələrinin xəyalı qurulur. Kənar
nöqtələrdən çıxan şüalar elə seçilir ki, onların linzada sındıqdan sonrakı yollarını
qurmaq asan olsun. Bu baxımdan cismin B kənar nöqtəsinin xəyalını qurmaq üçün
aşağıdakı şüaların
seçilməsi əlverişlidir (
b
):
1.
Linzanın baş optik oxuna paralel olan 1
şüası. Toplayıcı linzada sınan şüa,
səpici linzada isə sınan şüanın uzantısı linzanın fokusundan keçir (1
şüası).
2
. Linzanın fokusundan keçәn 2
şüası. Bu şüa linzada sındıqdan sonra baş optik
oxa paralel istiqamətdə yayılır (2
şüası ).
3.
Linzanın optik mәrkәzindәn keşәn 3
şüası. Optik mərkəzdən keçən bu şüa sın-
maya məruz qalmadan yayılır (3
şüası). Beləliklə, cismin B nöqtəsinin xəyalı 1, 2
və 3
şüalarının kəsişdiyi B nöqtəsində alınır.
Toplayıcı nazik linzada xәyalın qurulması. Cisim məsafəsi ilə toplayıcı linza-
nın fokus məsafəsi arasında münasibətin d
F olduğu bütün hallarda, toplayıcı linza
cismin həqiqi xəyalını verir, çünki, xəyal sınan şüaların kəsişməsindən alınır. Həqiqi
xəyal həmişə tərsinə çevrilmiş olur. Cisim məsafəsi linzanın fokus məsafəsindən
kiçik olduğu (d
F) halda isə, toplayıcı linzada cismin mövhumi xəyalı alınır. Xəyal
sınan şüaların özlərinin deyil, uzantılarının kəsişməsindən alınır. Mövhumi xəyal
həmişə düzünə olur.
Toplayıcı linza cismin dörd halda həqiqi, bir halda mövhumi xəyalını verir və bir
halda isə xəyal alınmır:
1.
Cisim linzadan sonsuz uzaq mәsafәdә olduqda: d
. Həqiqi xəyal linzanın
fokusunda nöqtə şəklində alınır (linzada sınan şüalar onun fokusunda toplanır): f = F.
2.
Cisim linzanın ikiqat fokusundan uzaqda olduqda: d
2F. Cismin xəyalı hə-
qiqi, kiçildilmiş və tərsinə çevrilmiş alınır. Xəyal linzanın fokusu ilə ikiqat fokusu
arasında yerləşir: 2F
f F.
3.
Cisim linzanın ikiqat fokusunda olduqda: d = 2F. Onun xəyalı linzanın ikiqat
fokusunda yerləşməklə (f = 2F) həqiqi, özü boyda və tərsinə çevrilmiş alınır.
(b)
Diqqət! Xəyalqurma sxeminin sadəliyi üçün yuxarıda qeyd edilən şüalardan ixtiyari iki-
sindən istifadə etmək kifayətdir. Qeyd edək ki, cismin baş optik ox üzərində olan kənar
A nöqtəsinin xəyalı (
A
– nöqtəsi) baş optik oxun üzərində alınır. Burada
d –
cisim mә-
safәsi (cisimdən linzaya qədər məsafə),
f –
xәyal mәsafәsidir (xəyaldan linzaya qədər
məsafə)
(bax:
b
).
LAYİHƏ