150
4.
Cisim linzanın fokusu ilә ikiqat fokusu arasında olduqda: 2F
d
F. Cismin
xəyalı həqiqi, böyüdülmüş və tərsinə şevrilmiş alınır. Xəyal linzanın ikiqat fokus
məsafəsindən uzaqda yerləşir: f
2F.
5.
Cisim linzanın fokusunda olduqda: d = F. Xəyal alınmır (xəyal sonsuzluqda
alınır), çünki linzada sınan şüalar paralel yayıldıqlarına görə kəsişmir: f
.
6.
Cisim linza ilә onun fokusu arasında olduqda: d
F. Bu cismin xəyalı möv-
humi, düzünə, böyüdülmüş və linzanın cisim qoyulduğu tərəfində olur. Zərrəbinlə
markaya baxdıqda onun mövhumi xəyalını müşahidə edirik.
Aşağıdakı şəkildə toplayıcı nazik linzada cismin bir halının xəyalının qurulma
sxemi
təsvir edilmişdir (
c
).
Burada B nöqtəsindən çıxan iki şüadan istifadə olunmuşdur: 1 şüası – linzaya baş
optik oxa paralel düşən şüadır, o sındıqdan sonra baş fokus nöqtəsindən keçir (1
şüası). 2 şüası – linzanın optik mərkəzindən sınmaya məruz qalmadan keçir (2
şüa-
sı). Bu iki sınan şüanın kəsişməsi AB cisminin A
B xəyalını verir
(bax:
c
).
Sәpici nazik linzada xәyalın qurulması. Səpici linza mövhumi fokusa malik
olduğundan cisim məsafəsindən asılı olmayaraq bütün hallarda xəyal mövhumi,
kiçildilmiş və düzünə alınır. Xəyal cisimlə linzanın eyni tərəfində yerləşir. Şəkildə
əlverişli şüaların köməyi ilə AB cisminin səpici nazik linzada xəyalının qurulma
sxemi göstərilmişdir
(bax:
d
).
(c)
(d)
LAYİHƏ
3
151
• III fəsil •
İşıq hadisələri
•
1. Linzalarda cismin xəyalını qurmaq üçün hansı şüalardan istifadə etmək əlverişlidir? Nə
üçün?
2. Cismin toplayıcı linzada özü boyda xəyalını almaq üçün onu harada yerləşdirmək lazımdır?
3. Cisim harada yerləşdikdə onun toplayıcı linzada xəyalı alınmayacaq? Nə üçün?
4. Linzada alınan həqiqi və mövhumi xəyalları müqayisə edin: onların ümumi və fərqli xüsu-
siyyətləri nədir?
5. Nə üçün səpici linzada həqiqi xəyal alınmır?
Yaradıcı tәtbiqetmә
Cismin nazik linzada xəyalını qurun.
Şəkildə dörd cisim və nazik linzaların sxemləri təsvir edilmişdir. Sxemləri iş vərəqinə
çəkin və əlverişli şüalardan istifadə etməklə bu cisimlərin xəyallarını qurun.
Nəticəni müzakirə edin:
• Hansı cismin həqiqi, hansının isə mövhumi xəyalı alındı? Nə üçün?
• Cisimlərin səpici linzada xəyalları harada alındı?
Araşdırma
2
•
Verilənləri iş vərəqinə köçürün və onları toplayıcı linza üçün
tamamlayın:
“d
olduqda ....”; “d
2F olduqda ....”; “d = 2F olduqda ....”;
“2F
d
F olduqda....”; “d = F olduqda....”; “d
F olduqda....”
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
LAYİHƏ
152
1. Şәkildә sәpici linza vә cismin vәziyyәti
tәsvir edilmişdir. Onun xәyalı hansı
hissәdә alınar?
2. İki eyni nazik linza şәkildәki kimi
yerlәşdirilmişdir. Fokus nöqtәsinә
qoyulan N cisminin bu sistemdә
xәyalının hündürlüyü h, xәyalın
cismә qәdәrki mәsafәsi isә d-dir.
1 linzası götürülәrsә, xәyalın
hündürlüyü vә d mәsafәsi necә
dәyişәr? Cavabınızı sxematik
әsaslandırın.
3. Şәkildә linza üzәrinә paralel düşәn
işıq şüaları tәsvir edilmişdir.
Linzanın fokus nöqtәsini, fokus
mәsafәsini vә optik oxunu tәyin edin.
4. Nazik linzanın fokus nöqtәsindә müs-
tәvi güzgü yerlәşdirilmişdir. S mәn-
bәyindәn linza üzәrinә baş optik oxa
paralel düşәn işıq şüasının yolunun
sonuncu hissәsi hansı rәqәmlә işarә
edilmişdir?
5. Baş optik oxa paralel düşәn işıq şüala-
rının sonrakı yolu hansı linzada düz-
gün göstәrilmişdir?
6. Fokusu F olan linzanın baş optik oxu-
nun üzәrindәki T nöqtәsindә K cismi
qoyulmuşdur. Hansı ifadәlәr doğru-
dur?
1– cisim
T nöqtəsindən
F nöqtəsinə gələnə
qədər xəyalın hündürlüyü azalır;
2– cisim
F nöqtəsindən
2F nöqtəsinə yaxın-
laşdıqda xəyalın hündürlüyü artır;
3– cisim
2F nöqtəsindən uzaqlaşdıqda xə-
yalın hündürlüyü azalır
A) 1 və 2
B) yalnız 3
C) yalnız 1
D) 2 və 3
E) yalnız 2
Çalışma
3.6
LAYİHƏ
3
153
• III fəsil •
İşıq hadisələri
•
N
AZİK LİNZA DÜSTURU
Cisim, xəyal və fokus məsafələrini bir-biri ilə əlaqələndirən ümumi qanunauy-
ğunluq
linza düsturu ilə ifadə olunur. Siz araşdırmadakı məsələni həll etməklə bu
düsturun çıxarılışına başladınız. Belə ki, ABO və A
1
B
1
O üçbucaqlarının oxşarlı-
ğından:
, 1
COF və A
1
B
1
F üçbucaqlarının oxşarlığından isə:
2
alınır.
(1) və (2) ifadələrinin müqayisəsindən alınır:
.
3.14
Bu dəyişmədə hansı qanunauy-
ğunluq var? Onu necə müəyyən
etmək olar?
Cisimdən linzaya qədər olan məsafə (ci-
sim məsafəsi)
dəyişildikdə, linzadan xəya-
lədək olan məsafə də (xəyal məsafəsi) də-
yişir.
Cisim məsafəsini təyin edin
Məsələ.
Toplayıcı
linzadan f = 52 sm məsa-
fədə yerləşən ekranda
cismin 4
dəfə böyüdülmüş
xəyalı alındı
(
a
). Cisim
məsafəsini təyin edin.
Verilir
Həlli
f = 52 sm=0,52 m,
H=4h.
ABO və A
1
B
1
O üçbucaqlarının oxşarlığından:
.
d –?
Hesablanması
Cavab:
....
Nəticəni müzakirə edin:
Cisim məsafəsi nəyə bərabər oldu?
Verilən ifadələrdən linzanın fokus məsafəsini necə təyin etmək olar?
Cisim, xəyal və fokus məsafələrini bir-biri ilə əlaqələndirən ümumi qanunauyğunluq
varmı?
Araşdırma
1
(a)
LAYİHƏ