144
1. Tam daxili qayıtmanın limit bucağı nədir? Bu bucağın qiyməti nədən asılıdır?
2. İşıq şüası havadan almaza keçərkən tam daxili qayıtma baş verə bilərmi? Nə üçün?
3. Tam daxili qayıtma hadisəsinin tətbiqlərinə aid misallar göstərin.
•
İş vərəqində verilən açar sözlərin izahını yazın.
Açar sözlər:
“Limit bucağı ...”
“Tam daxili qayıtma ...”
“İşıqötürən ...”
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
1. İşıq şüasının şüşә prizmada sonrakı yolunu çәkin (
a
).
Prizmanın sındırma әmsalı onun yerlәşdiyi mühitin
sındırma әmsalından kiçikdir (
).
2. Almazda işıq
,
·
/
sürәtlә yayılır.
İşığın almazdan havaya çıxması zamanı tam
daxili qayıtmanın limit bucağını tәyin edin.
3. Şәkildә sındırma әmsalları
,
vә olan
paralel üzlü üç mühitdә işıq süasının yolu
göstәrilmişdir. Sındırma әmsalları arasındakı
münasibәti tәyin edin (
b
).
4. Kristal üçün tam daxili qayıtmanın limit bucağı
34°-dir. Onun sındırma әmsalını tәyin edin.
5. İşıq şüası havada olan paralel üzlü şüşә lövhә
üzәrinә düşür. Onun sonrakı yolunu çәkin (
c
).
6. Havaya nәzәrәn su, şüşә vә almazın sındırma
әmsalları uyğun olaraq
1,33,
,
vә
2,42-dir. Hansı maddә üçün tam daxili
qayıtmanın limit bucağı әn kiçikdir?
A) Su üçün
B)
Almaz üçün
C) Şüşə üçün
D) Bütün maddələr üçün eynidir
E) Şüşə və su üçün eyni olub almazdan kiçikdir
Çalışma
3.5
(a)
(b)
(c)
LAYİHƏ
3
145
• III fəsil •
İşıq hadisələri
•
L
İNZALAR
Optik cihazların əsas hissələrindən biri
linzadır. Linza latın sözü “lens” olub mər-
cimək mənasını verir.
Sferik sәthlәrlә (bәzәn sәthdәn biri müstәvi dә olur) hüdudlanmış şәffaf cisim
linza adlanır. Linzalar formasına görə iki yerə ayrılır: qabarıq və çökük.
Qabarıq linzalar – kәnarlarına nisbәtәn ortası qalın olan linzalara deyilir. Belə
linzalar
iki tәrәfi qabarıq,
qabarıq-müstәvi,
qabarıq-çökük səthlərlə hüdudlana bilir
(
a
). Havada qabarıq şüşə linzanın üzərinə düşən işıq şüaları sındıqdan sonra bir
nöqtədə toplandığına görə o,
toplayıcı linzadır. Belə linzalara “böyüdücü” kimi
tanıdığınız
zәrrәbini (lupanı)
misal göstərmək olar (
b
).
Çökük linzalar – ortası kәnarlarına nisbәtәn nazik olan linzalara deyilir. Belə
linzalar
iki tәrәfi çökük,
çökük-müstәvi,
çökük-qabarıq səthlərlə hüdudlana bilir (
c
).
3.12
Şüşə butulka
meşəni necə
yandıra bilər?
Bəzən
isti yay günlərində baş
verən böyük meşə yanğınına
turistlərin qoyub getdikləri adi
şüşə butulkalar və ya onların
qırıqları səbəb olur.
Bu optik cihazlarda (mikroskop,
teleskop və s.) cismi yaxınlaşdıran və
böyüdən nədir?
Daha hansı böyüdücü optik cihazları
tanıyırsınız?
Bəzən cismi gözümüzə yaxınlaşdırdıqda
belə onun hissəciklərini, məsələn, çiçək
tozcuqlarını müşahidə etmək çətin olur.
Belə halda mikroskopdan
(
1
) istifadə
edərək, hissəcik gözə həm yaxınlaşdırılır,
həm də böyüdülür.
Bəzən isə cisim bizdən
elə uzaq məsafədə olur ki, onu müşahidə
etmək üçün gözümüzə yaxınlaşdıra
bilmirik, məsələn, göy cisimlərini. Belə
halda teleskopdan
(
2
) istifadə etməklə göy
cismi gözə həm yaxınlaşdırılır,
həm də
böyüdülür.
1. İki tərəfi qabarıq linza.
2. Qabarıq-müstəvi linza.
3. Qabarıq-çökük linza.
4. Qabarıq-nazik linzanın
şərti işarəsi
(b)
(a)
(1)
(2)
LAYİHƏ
146
Havada çökük şüşə linzanın üzərinə düşən işıq şüaları sındıqdan sonra səpələndiyinə
görə o,
sәpici linzadır. Belə linzalar cismi kiçildilmiş göstərir (
d
).
Sferik linzanın (iki tәrәfdәn sferik sәthlә hüdudlanan linza) әsas elementlәri.
–
Qalınlığı sferik sәthlәrin
vә
radius-
larına nisbәtәn çox kiçik olan linza nazik linza
adlanır.
Biz nazik linzalara baxacağıq
(bax:
a
və
c
).
–
Linzanı hüdudlandıran sferik sәthlәrin vә
mәrkәzlәrindәn keçәn düz xәtt linzanın baş
optik oxu adlanır.
–
Linzanın mәrkәzindә baş optik ox üzәrindәki
O nöqtәsi linzanın optik mәrkәzi adlanır (
e
). İşıq
şüaları optik mərkəzdən keçdikdə sınmaya məruz
qalmır.
–
Linzanın optik mәrkәzindәn keçәn ixtiyari
düz xәtt linzanın optik oxudur (
f
).
–
Toplayıcı linzada baş optik oxa paralel dü-
şәn işıq şüaları sındıqdan sonra kәsişdiklәri nöq-
tәyә linzanın baş fokusu deyilir vә F hәrfi ilә işarә
edilir. Toplayıcı linzanın baş fokus nöqtәsi hәqi-
qidir, çünki hәmin nöqtәdә linzada sınan şüaların
özlәri kәsişir (
h
). Havada qabarıq linzanın topla-
yıcı xassəsinə malik olmasını anlamaq üçün içıq
şüalarının bu linzadakı yolunu iki şüşə prizma-
dakı yolu
ilə müqayisə etmək kifayətdir (
k
).
–
Sәpici linzada baş optik oxuna paralel düşәn
işıq şüaları sındıqdan sonra onların uzantılarının
kәsişdiyi nöqtә sәpici linzanın baş fokusu adlanır.
Sәpici linzanın baş fokus nöqtәsi mövhumidur,
çünki hәmin nöqtәdә linzada sınan şüaların öz-
lәri yox, uzantıları kәsişir (
m
). Havada çökük
şüşə linzanın səpici xassəsinə malik olmasını an-
lamaq üçün işıq şüalarının bu linzadakı yolunu iki
şüşə prizmadakı yolu ilə müqayisə etmək kifa-
yətdir
(
n
).
1. İki tərəfi çökük linza.
2. Çökük-müstəvi linza.
3. Çökük-qabarıq linza.
4. Çökük-nazik linzanın şərti-işarəsi.
(c)
(d)
(h)
(k)
(e)
(f)
(m)
(n)
LAYİHƏ