Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə19/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   64

44
1.  Birinci Dünya müharibəsinin başlanmasına hansı amillər təsir göstərə bilərdi?
2.  Sizcə, “Bütün Avropanın işıqları söndü” sözləri nəyi ifadə  edirdi?
3.  Müharibə qadınların və uşaqların həyatına necə təsir göstərdi?
4.  Müharibə illərində təbliğat vasitələrindən nə üçün istifadə edilirdi?
5.  Sizcə, Osmanlı dövlətinin bölüşdürülməsi Birinci Dünya müharibəsinin səbəblərindən biri 
ola bilərmi?
6.  Uydurma erməni soyqırımının saxta təxribat vasitəsi olduğunu necə əsaslandıra bilərsi-
niz?
7.  Çanaqqala döyüşündə türk ordusunun qələbəsinin səbəbi nə idi?
 
İKT ilə inteqrasiya
Filmlər və internet resursları
Tapşırıq
1) Allied Tanks during World War I (video)
2) “Döyüş atı” filmi 
1) “Çanakkale Arslanları” (The Lions of Galli-
poli War) (1964)
2) “120” filmi (2008)
İnternet əsasında Birinci Dünya müharibəsin-
də tətbiq edilən yeni hərbi taktika və silahlar 
haqqında təqdimat hazırlayın.
SUAL VƏ TAPŞIRIQLAR
"Sonralar ermənilər və Antanta dövlətləri siyasi məqsədlər güdərək və bu hadisələri saxtalaşdıraraq təb-
liğat vasitəsi kimi istifadə etmişdilər. Qondarma erməni soyqırımını təbliğ edən ilk mənbələrdən biri 1916-cı 
ildə İngiltərə hökumətinin hazırlatdığı “Mavi kitab”dır. Kitabda raportları hazırlayanların obyektiv, etibar-
lı və mötəbər şəxslər olduqları bildirilir, lakin bu şəxslərin adları məxfi saxlanılırdı. Məşhur ABŞ tarixçisi  
C.Makkarti tərəfindən İngiltərə arxivlərində bu şəxslərin kimlər olduğunu göstərən bir sənəd aşkarlandıq-
dan sonra “Mavi kitab”ın saxtalığı sübut edildi. Kitabdakı sənəd və raportları hazırlayan şəxslərin ermənilə-
rin himayəçiləri olan, Osmanlı dövlətinə qarşı təbliğat aparan amerikalı missionerlər, rus ordusu tərkibinə 
daxil olaraq Osmanlı ordusuna qarşı vuruşan, Anadoluda müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirən 
Daşnak Partiyası rəhbərləri və fəalları olduğu aşkar edildi. 
(Justin McCarthy, "Dünya Savaşında İngiliz 
Propagandası ve Bryce Raporu", Ankara, 2001, səh. 21) Bu kitabın redaktorlarından biri olan məşhur 
tarixçi A.Toynbi sonralar hadisələrə  birtərəfli yanaşdığını və tarixi gerçəkləri subyektiv təqdim etdiyini etiraf 
etmişdir. 
(William H. Mc Neil, Arnold Toynbee a life, Oxford University Press, s. 74). Həmçinin 1922-ci 
ildə nəşr edilən 'The Western Question in Greece and Turkey' adlı əsərinin 50-ci səhifəsində “Mavi kitab”ın 
“müharibə təbliğatı” məqsədi daşıdığını bildirmişdir. İngiltərə hökumətinin bu kitabı hazırlatmaqda əsas 
məqsədi Amerika ictimai rəyində ermənilərə qarşı acıma duyğusu yaratmaqla ABŞ-ın müharibəyə daha 
tez daxil olmasını təmin etmək idi. Belə ki bu kitabın ABŞ prezidenti Vilsonun müharibəyə qatılma qərarını 
almasında əsas təsir olduğunu İngiltərə hökumətinin nazirləri bildirmişdilər". 
Şükrü Elekdağ, Tarixi həqiqətlər və beynəlxalq hüquq işığında 
"erməni soyqırımı" iddiası. İstanbul, 2010. 
"Niyə İstanbulda, İzmirdə, imperiyanın Avropa hissəsində, digər bölgələrdə yaşayan on minlərlə er-
məni soyqırımına məruz qoyulmamışdır? Onlar sağ-salamat qaldılar və onları heç kim sürgün etmədi. 
...Türklərin öldürülməsinə göz yuman Qərb mətbuatı öldürülmüş ermənilərin sayını olduqca şişirdərək 
yaymışdı.  Əgər  osmanlılar  bütün  erməniləri  məhv  etmək  istəyirdisə,  nə  üçün  onların  sağ  qalmasına 
imkan verdilər? Ən inandırıcı sübut isə ondan ibarətdir ki, deportasiya olunmuşların çoxu sağ qalmışdı". 
Castin Makkarti, "Türklər və ermənilər". səh. 87
Uydurma “erməni soyqırımı”
Müəlliflər erməni soyqırımının uydurma olduğunu necə əsaslandırır və Qərb mətbuatını 
nədə günahlandırır? Mənbə əsasında Qərb mətbuatını müasir dövrlə əlaqələndirin.
?
  LAYİHƏ


45
"Sənaye  cəmiyyəti”  və  mədəniyyət.
 
İqtisadiyyatın  əsasını  təşkil  edən  sahə 
müxtəlif tarixi dövrlərdə dəyişmişdir. Oturaq 
həyata keçidlə başlayan və kənd təsərrüfa-
tının  üstün  olduğu  aqrar  cəmiyyəti  sənaye 
çevrilişi nəticəsində 
sənaye cəmiyyəti əvəz 
etmişdir. Cəmiyyətin sosial-iqtisadi vəziyyə-
tində baş verən bu dəyişiklik mədəniyyətin 
inkişafına  və  onun  yeni  xüsusiyyətlər  qa-
zanmasına səbəb olmuşdur. XIX əsrin sonu 
–  XX  əsrin  əvvəllərində  ticarət,  nəqliyyat 
və rabitə vasitələrinin inkişaf etməsi xalqlar 
arasında  mədəni  əlaqələrin  genişlənməsini 
sürətləndirdi. Bununla da, mədəniyyətin küt-
ləviləşməsi prosesinin əsası qoyuldu.
Kütləvi mədəniyyətə doğru.
 Mədəniyyə-
tin kütləviləşməsi XIX əsrin sonlarından başlanmışdı. Bunun sosial-iqtisadi səbəbləri var 
idi. Belə ki dəmir yolları sayəsində nəqliyyat sahəsində inkişaf baş verdi. Məcburi hərbi 
xidmət əhalinin müxtəlif təbəqə ləri arasın-
da  sosial  baxımdan  əlaqələrin  genişlən-
məsinə şərait yaratdı. Təhsil sa həsindəki 
inkişaf və mətbuatın genişlənməsi də mə-
dəniyyətin kütləviləşməsinə təsir göstərdi. 
Həmçinin texniki inkişaf (fotoqrafiya, kino 
və s.) əhalinin daha ge niş təbəqələri ara-
sında  mədəniyyətin  yayılmasına  imkan 
verdi.  Foto  məlumat ötürmənin  önəmli 
vasitələrindən  birinə  çevrildi.  1895-ci  ildə 
Lümyer  qardaşları  tərəfindən  yaradılan 
kino 1920-ci illərin sonlarına qədər səssiz 
formada inkişaf edirdi.
Reallıqdan  impressionizmə.
  XIX 
əsrdən  başlayaraq  mədəniyyətin  bütün 
sahələrində  abstrakt  (mücərrəd)  janrlar 
özünü  göstərməyə  başladı.  Bunun  sə-
XIX əsr – XX əsrin əvvəllərində dünya mədəniyyə-
tində mühüm nailiyyətlər qazanıldı. Yeni elmi kəşflər 
və ixtiralar dünyanın sonrakı iqtisadi-texniki və mədə-
ni inkişafına təsir göstərdi. İncəsənətdə yeni cərəyan-
lar ənənəvi sənət istiqamətlərini əvəz etdi.
MƏDƏNİYYƏT
▪ "Sənaye cəmiyyəti"
Kütləvi mədəniyyət
▪ İmpressionizm
▪ Eyfel qülləsi
▪ "Kristal saray"
▪ Radio
▪ Lümyer qardaşları
AÇAR SÖZLƏR
8
“Sivilizasiyalar yaranarkən təbiətin 
təhdidi altında olur. Lakin yarandıqdan 
sonra bu təhdiddən qurtulurlar. Təbii 
şəraitə qarşı müqavimət göstərə bilməyən 
cəmiyyətlər yox olub getmişlər. Mədəniy-
yətlər təbiətin təhdidinə qarşı müqavimət 
göstərmiş cəmiyyətlərin məhsuludur. …
Tarix mədəniyyətlərin tarixidir”. 
İngilis tarixçisi Arnold Toynbi,  
Mədəniyyət mühakimə olunur. 
İstanbul, 1988. səh. 154 
Cəmiyyətdə  baş  verən  siyasi  və  so-
sial-iqtisadi dəyişikliklər mədəniyyətə 
necə  təsir  göstərir?  “Tarix  mədəniy-
yətlərin tarixidir” fikrini müzakirə edin.
?
İmpressionizm  (təəssüratçılıq)  anlayışı  ilk 
dəfə “Günəşin doğması” əsəri üçün istifadə 
edilmişdir.  Sonralar  rəssamlıqda  cərəyan-
lardan biri bu cür adlandırılmağa başlandı.
Təəssürat. “Günəşin doğması”. 
Rəssam Klod Mone
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə