Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə16/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

37
masını gücləndirməsi dənizlərdə hakim olan 
İngiltərəni  narahat  edirdi.  Bütün  bu  amillər 
hələ XIX əsrin sonlarına qədər düşmən olan 
dövlətləri  –  İngiltərə,  Fransa  və  Rusiyanı 
yaxınlaşdırdı.  Bu,  XIX  əsrdə  İngiltərənin 
Baş naziri və Xarici İşlər naziri olmuş 
Henri 
Palmerstonun “İngiltərənin daimi dostu və 
düşməni yoxdur, daimi mənafeyi var” prinsi-
pinin sübutu idi. 
XX  əsrin  əvvəllərində  Fransa  ilə  Böyük 
Britaniya  arasında  yaxınlaşma  başladı. Al-
maniyanın  güclənməsi  bu  yaxınlaşmanın 
əsas səbəbi idi. Fransa və İngiltərə müstəm-
ləkələrlə  bağlı  ziddiyyətlərdə  razılığa  gəl-
dilər və 1904-cü ildə 
Antanta
*
 adlanan saziş 
imzaladılar.  Bu  saziş  Fransanın  vasitəçiliyi 
ilə    İngiltərə  və  Rusiyanın  barışmasına  da 
şərait yaratdı. 1907-ci ildə İngiltərə və Ru-
siya  arasında  müqavilənin  bağlanması  ilə 
Antanta  ittifaqının  yaranması  başa  çatdı. 
Beləliklə, Avropa bir-birinə düşmən olan iki 
bloka bölündü.
Böhranlar dövrü. 
XX əsrin əvvəllərində 
Avropada  bir  çox  dövlətlərarası  böhranlar 
baş verdi. Balkanlardakı vəziyyət sülh üçün 
daha  böyük  bir  təhdid  təşkil  edirdi. Avstri-
ya-Macarıstan  və  Rusiya  Osmanlı  impera-
torluğunun  zəifləməsindən  istifadə  edərək  bu 
bölgədəki təsirlərini artırmağa çalışırdı. Rusiya 
1904–1905-ci  illər  müharibəsində Yaponiyaya 
məğlub  olandan  sonra  diqqətini  Balkanlara 
yönəltmişdi.  Burada  slavyan  xalqlarını,  xüsu-
silə də müttəfiqi olan Serbiyanı himayə edirdi. 
Balkanlarda  yaranacaq  bir  böhran  mövcud  it-
tifaqlar  (Avstriya-Macarıstanın  müttəfiqi  olan 
Almaniya  və  İtaliya,  Rusiyanın  müttəfiqi  olan 
Fransa və İngiltərə) arasında münaqişəyə sə-
bəb  ola  bilərdi.  1908–1913-cü  illər  arasında 
Balkanlarda bir neçə böhran baş  verdi: 
– 1908-ci ildə Avstriya-Macarıstan Osmanlı 
dövlətinin zəifləməsindən istifadə edərək Bos-
niya-Hersoqovinanı ilhaq etdi. 1905-ci il inqilabı 
nəticəsində zəifləyən  Rusiya buna müqavimət 
göstərə bilmədi.
–  Osmanlı  imperatorluğu 
Birinci  Balkan 
müharibəsində  (1912–1913-cü  illər)  Balkan 
dövlətlərinin təşkil etdiyi ittifaq tərəfindən məğ-
* Antanta – fransızca “ürəkdən razıyam”  
"İngiltərə ilə ittifaq Avropadakı fəaliyyə-
timizin zirvəsi oldu. ...İqtisadi baxımdan  
istər  kənd təsərrüfatı, istərsə də sənaye 
sahələrimiz arasındakı fərq bizi İngiltərənin 
təbii dostu edir. Həmçinin dənizlərdə üstün 
olan bir dövlətlə müstəmləkəçilik sahə-
sində razılaşma bizim üçün qazanc təmin 
edir. Bundan başqa, Avropa baxımından 
İngiltərənin ənənəvi siyasətinin qitədəki 
böyük güclər arasında tarazlığı saxladığı 
inkar edilə bilməz. Bu gün bu tarazlığın 
təminat altına alınması Fransadan daha 
artıq kimə fayda verə bilər? [...] On il əvvəl 
bir çoxları Rusiyanın müttəfiqi olaraq 
qalmağın və İngiltərənin dostu olmağın 
mükəmməl, eyni zamanda da ziddiyyətli 
olduğunu düşünürdülər..."
Fransanın Xarici İşlər naziri Teofile  
Delcassenin parlamentdə çıxışı. 
1908-ci il. Tarix. İstanbul, 2002. səh, 219
Mənbədə  Fransanın  İngiltərə  ilə  itti-
faqını zəruri edən hansı amillər qeyd 
olunur?
Sizcə,  nə  üçün    Rusiyanın  müttəfiqi 
kimi  qalmaqla  İngiltərənin  dostu  ol-
maq ziddiyyət hesab edilirdi?
?
Balkan böhranlarına aid karikatura. 
“Punch” jurnalı, 1912-ci il
Sizcə, karikaturanın əsas ideyası 
nədir?
?
  LAYİHƏ


38
lub edildi. Lakin qaliblər arasında işğal edil-
miş ərazilərin bölüşdürülməsi uğrunda mü-
barizə 1913-cü ildə başlayan 
İkinci Balkan 
müharibəsinə səbəb oldu. Bu müharibə iki 
imperialist dövlətlər bloku arasındakı rəqa-
bəti daha da dərinləşdirdi. Ardıcıl baş verən 
bu  böhranlar  ayrı-ayrı  ölkələrdə  millətçiliyi 
gücləndirdi.
1.  Vyana konqresinin hansı nəticələri oldu?
2.  Metternix sistemi ilə Bismarkın xarici siyasətini müqayisə edin.
3.  XX əsrin əvvəllərində böyük dövlətlər arasındakı ziddiyyətlərin güclənməsinin səbəbi nə 
idi?
4.  XX əsrin əvvəllərində İngiltərənin ənənəvi xarici siyasətinin dəyişməsinin səbəbi nə oldu?
5.  İngiltərə, Fransa və Rusiyanın yaxınlaşmasına təsir edən amillərin təhlilini aparın.
6.  Dövlətlərin güclənməsində tarixi şəxsiyyətlərin rolunu müasir dövrlə əlaqələndirərək müza-
kirə edin.
 
İKT ilə inteqrasiya
Filmlər və internet resursları
Tapşırıq
The Balkan crises, 1903–1914.
Historic films about the Balkan Wars at euro-
peanfilmgateway.eu
“Balkan Harbi 1912–1913”. Sənədli film (türk 
dilində).
İnternet əsasında XIX əsrin sonu – XX əsrin 
əvvəllərində  dövlətlərarası  münasibətlərdə 
baş verən dəyişikliklərlə bağlı təqdimat hazır-
layın.
SUAL VƏ TAPŞIRIQLAR
Balkan müharibəsində əziyyət 
çəkən türk ailəsi
“Rusiya və İngiltərəyə qarşı ehtiyatlı bir 
siyasət yürüdərək Fransanı nəzarət altında 
saxlamalıyıq. Təbii olaraq, bu, populyar 
olmayacaq və bizim şovinistləri (millət-
çiləri) razı salmayacaqdır. La kin yaxın 
gələcəkdə Almaniya üçün başqa alternativ 
görmürəm”.
Almaniya kansleri 
Bethmann-Holluveq. 1913-cü il 
Alman  kanslerinin  fikirlərini  necə 
dəyərləndirirsiniz?  Sizcə,  bu  siyasət 
Almaniya  üçün  daha  əlverişli  ola 
bilərdimi?
?
Balkan müharibələri
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə