Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə13/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   64

30
XIX əsrin sonlarında Hindistanda ictimai həyat aktivləşdi. Bunda Avropa təhsili al-
mış, eləcə də milli dəyərlərə və ənənələrə dərin hörmət edən ziyalıların böyük rolu var 
idi. 
1885-ci ildə onlar ingilis hökumətinin razılığı ilə Hindistan Milli Konqresi (HMK) 
adlı yeni ictimai cəmiyyət yaratdılar. Konqresin təsisçiləri hind xalqının hüquqlarının 
artırılmasına, maraqlarının ingilis parlamentində təmsil edilməsinə çalışırdılar. XX əs-
rin  ilk  illərində  ifratçıların  kütləvi  hərəkatına  qarşı  sərt  cəza  tədbirləri  tətbiq  edildi. 
Müstəmləkə zülmünün getdikcə artması, ingilis məmurlarının özbaşınalığı ümumxalq 
narazılığına səbəb olurdu. Müstəmləkəçilərin özbaşınalıqlarına qarşı etiraz əlaməti 
olaraq ingilis mallarının boykot edilməsinə başlanıldı. Passivliyinə baxmayaraq, boy-
kot ən kütləvi mübarizə forması idi. Bu, Hindistan tarixində birinci ümumxalq hərəkatı 
hesab edilə bilər.
Çin.
 XVIII əsrdən etibarən Çin imperatorlarının ölkəni ətraf aləmdən tədric etmək 
siyasəti eksponsionist siyasət yürüdən Avropa ticarət şirkətlərinin planlarına zidd idi. 
Vəziyyəti  dəyişmək  haqqında  düşünən  ingilislər  hind  vi-
layətlərində  becərdikləri  tiryəkin  Çinə  ixracını  artırdılar. 
Bununla onlar böyük gəlir əldə etməklə yanaşı, Çin baza-
rında ticari əlaqələr qurmaq imkanı da əldə etdilər. 1800-cü 
ildə  tiryəklə  ticarət  qadağan  olunduğundan  qaçaqmalçı 
yollarından istifadəyə başlanıldı. Bu hal konflikt yaratmaya 
bilməzdi. Cənub əyalətlərin hakiminin bu yolda əməli ad-
dımlar atması (ingilis faktoriyalarında qaçaqmalların mü-
sadirə edilməsi) 1839-cu ildə ingilislərlə toqquşmalara gə-
tirib  çıxardı.  Son  nəticədə  ingilis  hərbi  eskadrasının  Çin 
sahillərinə yaxınlaşması ilə 1840–1842-ci illəri əhatə edən 
və tarixdə 
Birinci "Tiryək" müharibəsi adlanan müharibə 
başladı. Çinin məğlubiyyəti ilə başa çatan müharibə 
Nan-
kin  sülh  müqaviləsi  ilə  bitdi.  Müqaviləyə  görə,  Çin  İn-
giltərəyə böyük məbləğdə təzminat ödədi, 5 limanını ticarət üçün açdı, ingilislərə ticari 
güzəştlər,  eləcə  də  faktoriyalarda  xarici  missiya  üçün  eksterritoriallıq  hüququ  verdi. 
Syanqan (Honkonq) İngiltərənin mülkiyyətinə keçdi. 
1844-cü ildə ABŞ və Fransa da 
Çin hökumətini qeyri-bərabər hüquqlu müqavilə imzalamağa məcbur etdi.
Asılılığın güclənməsi.
 Növbəti on ildə xarici siyasi problemlər daxili problemlərlə 
qaynayıb-qarışdı. 1850-ci ildə ölkənin cənub-şərq əlayətlərində taypinlər üsyanı baş-
landı. Tezliklə üsyançılar Nankini tutub öz dövlətlərini yaratdılar. 
Krım müharibəsi bitdikdən sonra ingilislər və fransızlar Çində öz fəaliyyətlərini ak-
tivləşdirdilər.  Onlar  1842–1844-cü  illərin  müqavilələrinə  yenidən  baxılmasını,  yeni 
güzəşt və hüquqlar tələb edirdilər. 
1856-cı ildə Çinə qarşı Böyük Britaniya və Fransa-
nın 
İkinci "Tiryək" müharibəsi (1856–1860) başladı. Müharibənin yekunu olaraq ingi-
lis və fransız təbəələri imperiya ərazisində sərbəst hərəkət və Yantszı çayı vasitəsilə 
ticarət etmək hüququ qazandılar. Lakin bu müqavilə ilə nəzərdə tutulanları reallaşdır-
maq çətinləşirdi. Çünki Yantszının bir hissəsi taypinlərin hakimiyyəti altında idi. Belə 
şəraitdə Böyük Britaniya, Fransa və ABŞ hərbi dəstələri quruda və dənizdə Çin ordusu 
ilə birlikdə taypinlərə qarşı mübarizəyə başladı. Gərgin mübarizə nəticəsində taypinlər 
məğlub oldular. 
1864-cü ildə üsyançıların paytaxtı süqut etdi.
Sizcə, eksterritoriallıq hüququnun xaricilərə nə dərəcədə faydası dəyə bilərdi?
?
Krım müharibəsi bitdikdən sonra ingilis və fransızların Çində öz fəaliyyətlərini aktivləşdir-
mələrinin səbəbi nə ola bilərdi?
?
Tiryək müharibəsinə aid 
karikatura
  LAYİHƏ


31
Rusiya və Çin arasında imzalanmış 
Ayqun müqaviləsinə (1858) görə, Amurun sol 
sahili, 
Pekin müqaviləsinə (1860) görə isə Ussuriysk vilayəti Rusiyaya keçdi. XIX əsrin 
II  yarısında  Çinin  xarici  siyasət  sahəsində  mövqeyi  Fransa 
(1884–1885) və Yaponiya (1894–1895) ilə aparılan müharibələr 
sayəsində bir qədər də zəiflədi. Məğlubiyyətlər nəticəsində im-
periya Vyetnam, Koreya və Tayvan üzərində nəzarəti itirdi. 
Hərbi məğlubiyyətlər və imperiyanın zəifləməsi hakim da-
irələri narahat edirdi. Onlar ordunun və donanmanın yenidən 
silahlanmasını,  dövlət  sənayesinin  inkişaf  etdiril məsini  vacib 
sayırdılar. Tezliklə ölkədə həm yerli, həm də xaricilərə məxsus 
şəxsi müəs sisələr yaradılmağa başlandı. Gənclər üçün ənənə-
vi təhsillə yanaşı, həm də Avropa proqramlı məktəblər açıldı. 
1905-ci ildə bir neçə inqilabçı qrupun birləşməsi nəticəsində 
Sun Yatsenin rəhbərliyi ilə 
“Birləşmiş ittifaq” təşkilatı yaradıl-
dı. Millətçiliyin, demokratizmin, xalq rifahının əsas məqsəd ol-
duğunu bəyan edən Sun Yatsen Mancur sülaləsini bu yolda əsas maneə hesab edirdi. 
1911–1913-cü illəri əhatə edən inqilab nəticəsində Çində müvəqqəti Konstitusiya qə-
bul olundu, Tsin sülaləsi devrildi və prezident idarə üsulu bərqərar oldu.
Yaponiya.
 XIX əsrin əvvəllərində Yaponiyada ali hakimiyyət 
İmperatora məxsus olsa da, real hakimiyyət Tokuqava sülaləsin-
dən olan syoqunların əlində idi. Syoqunların mərkəzi hakimiyyəti 
möhkəmləndirməyə yönəlmiş qapalılıq siyasəti ölkəni zəiflədirdi. 
İqtisadiyyat inkişafdan qalmış, kəndlilərdən tutmuş samuray və 
knyazlaradək əksər təbəqələrin vəziyyəti pisləşmişdi.
Qapalılıq siyasətinin iflası.
 Syoqun rejimi XIX əsrin əvvə-
lində ağır daxili vəziyyətlə yanaşı, Yaponiyanın qapalılıq siya-
sə tini dağıtmağa çalışan Avropa ölkələrinin təzyiqi ilə də üzləş-
di. ABŞ bu yöndə aktiv siyasət yürüdürdü. 
1854-cü ildə ABŞ və 
Yaponiya arasında sülh və əməkdaşlıq haqqında müqavilə im-
zalandı. Şərtə görə, Amerika gəmiləri Simoda və Hakodate limanlarına girmək hüququ 
əldə etdilər. Simodada ABŞ konsulluğu yaradıldı. Bir neçə ildən sonra imzalanmış yeni 
mü qaviləyə  əsasən,  amerikalılara  ticarət  güzəştləri,  eksterritoriallıq  hüququ  verildi. 
Tezliklə Rusiya da daxil olmaqla, bir sıra Avropa ölkələri ilə də belə müqavilələr imza-
landı. Beləliklə, Yaponiyanın özünütəcrid siyasəti ləğv edildi.
Amma bu hadisələr ölkədə birmənalı qəbul olunmadı. Bir çox samuray və knyazlar 
ölkənin  müstəqilliyi  üçün  təhlükə  yarandığını  düşünürdülər.  Syoqunların  siyasətini 
tənqid edən milli ruhlu dövlət xadimləri “Səmavi hakimə” (imperatora) müraciət etdilər.
İslahatlar.
 Daxili və xarici ziddiyyətlərin olduğu bir dövrdə 15 yaşlı imperator Mut-
suxito (1867–1912) 1868-ci ildə syoqunun vəzifə və səlahiyyətlərini məhdudlaşdırıb 
imperator hakimiyyətini bərpa etdi. Növbəti on ildə Yaponiyanın ənənəvi iqtisadi və 
Sun Yatsen
Çinin Avropa dövlətləri ilə müharibədə məğlubiyyəti nə ilə bağlı ola bilərdi?
?
Sübut edin ki, XX əsrin əvvəllərinə yaxın Çin yarımmüstəmləkəyə çevrilmişdi.
!
Sizcə, nəyə görə xarici ölkələrlə müqavilələrin imzalanmasını samuray və knyazlar ölkə-
nin müstəqilliyi üçün təhlükə hesab edirdilər?
?
Tokuqava sülaləsinin 
gerbi
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə