Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə9/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   64

21
iqtisadiyyatı böhran keçirirdi. Bu, Avropada baş verən böhranın nəticəsi idi. Rusiyaya 
qoyulan xarici kapitalın azalması bir çox fabrik və zavodun fəaliyyətini dayandırmasına 
səbəb olmuşdu. İşsizlik artmış, bu isə tətil və nümayişlərin baş verməsi ilə nəticələn-
mişdi. Rusiya əhalisinin yarıdan çoxu qeyri-ruslar idi. Onların, xüsusən də türk-müsəl-
man  xalqların  siyasi,  iqtisadi  və  mədəni  hüquqları  məhdudlaşdırılmışdı.  Bu  siyasət 
milli azadlıq hərəkatının yüksəlməsinə səbəb oldu. Ölkənin daxili və xarici vəziyyəti 
pisləşdi.  1904–1905-ci  il  müharibə-
sində Rusiyanın Yaponiyaya məğlub 
olması  ölkənin  beynəlxalq  nüfuzuna 
mənfi təsir göstərməklə yanaşı, daxili 
vəziyyəti daha da pisləşdirdi. Mövcud 
sosial-iqtisadi böhran dərinləşdi. Bu, 
Rusiyada ilk inqilabın başlanmasına 
təkan verdi.
1905–1907-ci illər inqilabı.
 1905-
ci ilin yanvarında Peterburqda nüma-
yişçilərin gülləbaran edilməsi ilə baş-
lanan inqilab bütün ölkəni bürüdü.
Əhalinin  bütün  təbəqələri  islahat-
lar  keçirilməsini  tələb  edirdi.  Bundan 
sonra müstəmləkə xalqlarının da milli 
azadlıq hərəkatı genişləndi. Çar hakim dairələri prosesin qarşısını almaq üçün milli və dini 
münaqişələr törədirdilər. Ölkəni bürüyən tətil hərakatı hökuməti güzəştə getməyə məcbur 
etdi. 
1905-ci ilin oktyabrında çar söz, mətbuat, təşkilat qurmaq, yığıncaq azadlığı və 
məhdud qanunverici səlahiyyətlə Dövlət Dumasının çağırılması haqqında bəyannamə 
elan etdi. 1907-ci ildə inqilab məğlubiyyətlə başa çatsa da, qonşu ölkələrə də təsir göstər-
di. Osmanlı və Qacarlar dövlətlərində, Çində də bir-birinin ardınca inqilablar baş verdi.
Stolıpin islahatları.
 1906-cı ildə çar tərəfindən Baş nazir təyin edilən Pyotr Stolıpin 
narazılıqların qarşısını almaq üçün siyasi və iqtisadi islahatlar keçirdi. Dövlət Duma-
sına seçkilərdə milli azlıqların hüquqlarını məhdudlaşdıran dəyişiklik edildi. Stolıpinin 
mühüm tədbirlərindən biri də 
torpaq islahatının keçirilməsi oldu. Bu islahat icma tor-
paqlarının  kəndlilər  arasında  bölüşdürülməsini  nəzərdə  tuturdu.  Torpaqsız  kəndlilər 
Sibirə, Qafqaza, Mərkəzi Asiya və Uzaq Şərqə köçürüldü. İnqilabın başa çatmasından 
sonra yenidən Rusiyaya xarici kapital qoyuluşu artdı. 1909-cu ildən Rusiya iqtisadiyya-
tında baş verən canlanma siyasi vəziyyətin də normallaşmasına səbəb oldu.
1.  Napoleonun Rusiyaya yürüşünün uğursuzluğunun səbəbləri nə idi?
2.  XIX əsrin ikinci yarısında təhkimçiliyin ləğv edilməsini hansı amillər zəruri edirdi?
3.  XIX əsrin ikinci yarısında Rusiya hansı əraziləri işğal etmişdi?
4.  Rusiyada ilk inqilabın başlanmasına hansı amillər təkan verdi?
5.  1905–1907-ci il inqilabının hansı nəticələri oldu?
6.  Stolıpinin torpaq islahatı nəyi nəzərdə tuturdu?
7.  XIX əsrin sonu – XX əsrin əvvəllərində Rusiya iqtisadiyyatındakı böhranın səbəb və nəti-
cələrini təhlil edin.
8.  Rusiya iqtisadiyyatında 1909-cu ildən baş verən canlanmanın səbəb və nəticələrini şərh 
edin.
SUAL VƏ TAPŞIRIQLAR
Peterburqda nümayişçilərin 
gülləbaran edilməsi. Rəssam V.Makovski
  LAYİHƏ


22
▪  Yeniçəri
▪  Tənzimat 
 Xətti-şərif
▪  “İttihad və 
    Tərəqqi” 
▪  “Gənc türklər”
▪  Ədirnə sülhü
▪  "Yeni
    Osmanlılar"
 Midhət paşa 
AÇAR SÖZLƏR
İctimai və siyasi vəziyyət.
 XIX əsrin əvvəllərində Osmanlı dövlətinin əsasını təşkil 
edən  mərkəzi  idarəetmə  sistemi  ölkənin  geniş  ərazilərini  nəzarətdə  saxlaya  bilmirdi. 
Əyalətlərdə hakimiyyət varlanmış yerli əyanların və canişinlərin əlində cəmləşmişdi. Misir-
də məmlüklərin hakimiyyəti güclənmiş, Afrikanın digər şimal vilayətlərində müs tə qillik me-
yilləri artmışdı. Çoxsaylı müharibə xərcləri əsas vergi verənlərin – kəndlilərin çi yinlərinə 
ağır yük kimi düşmüşdü. Bu da onları müflisləşdirirdi. Kəndlilər təsərrüfatın dirçəldilməsin-
də elə də maraqlı deyildilər. Çünki torpaq sahibləri və məmurlar məh sulun çox böyük 
hissəsini onların əllərindən alırdı. Hərbi len sis-
temi olan timar və zi yamət böhran yaşayırdı. 
Bir çox timar sahibləri müflisləşdiklərindən tor-
paqlarını hissələrə bölərək satırdılar. Bu yolla da onlar vəzifə borclarını lazımi qaydada 
yerinə yetirə bilmir, orduya döyüşçü verməkdə çətinlik çəkirdilər. Ordunun zərbə qüvvəsi-
ni təşkil edən yeniçərilər döyüş qabiliyyətlərini və nizam-intizamı itirsələr də, hakimiyyətə 
təsir etməyə cəhd göstərirdilər. 
İmperiyanın geniş ərazilərində tabe edilmiş xalqların mübarizəsi get-gedə güclənir-
di. Bunda Osmanlı dövlətindən pay qopartmağa çalışan böyük dövlətlərin də rolu az 
deyildi. Rusiya slavyan xalqlarının mübarizəsinə dəstək verdiyi halda ingilislər Misirdə, 
fransızlar Əlcəzairdə mövqelərini möhkəmləndirirdilər. XIX əsrin ilk onillikləri Balkan 
xalqlarının  azadlıq  mübarizəsinin  güclənməsi  kimi  yadda  qaldı.  Serblərin  üsyanları, 
yunanların  1821–1829-cu  illərdə  müstəqillik  uğrunda  apardıqları  mübarizə,  1828–
1829-cu illəri əhatə edən rus-türk müharibəsi Osmanlı dövlətinə növbəti zərbəni vurdu. 
Müharibənin yekunu olaraq Ədirnə sülhü imzalandı və bu sülhlə Yunanıstanın müstəqil-
liyi, Serb knyazlığının isə muxtariyyət hüququ tanındı.
İlk əməli islahatlar.
 Bütün bunlar mərkəzi hakimiyyəti imperiyanı möhkəmləndir-
mək üçün yeni addımlar atmağa sövq edirdi. Bu yöndə ən mühüm addımlar sultan  
II Mahmudun dövründə (1808–1839) atıldı. 1826-cı ildə yeni piyada korpusunun yara-
dılması haqqında əmrin verilməsindən sonra yeniçərilərin qiyamı baş qaldırdı. Bu qi-
Ölkənin sosial-ictimai həyatı onun siyasi vəziyyətinə nə kimi təsir göstərə bilərdi?
?
Timar sahibkarlığını dövr baxımından qiymətləndirin.
!
XIX əsrin I yarısında Osmanlı dövlətinin beynəlxalq münasibətlər sistemində mövqeyini 
necə qiymətləndirmək olar?
?
Bir zamanlar öz əzəməti ilə seçilən, Avropanı lərzəyə salan Os-
manlı imperiyası XIX əsrin sonları – XX əsrin əvvəllərində bir 
qədər də zəifləyərək Avropa dövlətlərindən yarımasılı vəziyyətə 
düşdü. Ölkədə baş verən bütün narazılıqların səbəbini sultan 
hakimiyyətində görən gənc türklər hakimiyyəti ələ alsalar da, 
onların yeritdiyi siyasət imperiyanın tamamilə məhvinə gətirib 
çıxardı.
OSMANLI İMPERİYASI
4
Hərbi len sistemi – torpaqların hərbi xid-
mət mü qa bilində paylanmasına deyilirdi.
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə