Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə8/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   64

19
feodal-təhkimçilik quruluşunun hakim olduğu şəraitdə reallaşmışdı. Texniki çevriliş təh-
kimçiliyin ləğvindən əvvəl, sosial çevriliş isə sonra başlamışdı. 
I Nikolayın dövründə Rusiyanın işğalçılıq siyasəti gücləndi. Azərbaycanın şimalı və 
Cənubi Qafqaz tamamilə işğal edildi. Avropada 1848-ci il inqilablarının yatırılmasında 
fəal  iştirakına  görə  Rusiya  “Avropanın  jandarmı”  adlandırılırdı.  I  Nikolayın  Osmanlı 
dövlətinə qarşı apardığı siyasət də işğalçı xarakter daşıyırdı. Lakin onun Osmanlı döv-
lətinin ərazilərini işğal etmək arzusu Rusiyanın güclənməsini istəməyən İngiltərə və 
digər Avropa dövlətlərinin mənafeyinə uyğun gəlmədiyi üçün bu dövrdə baş tutmadı. 
Çar I Nikolayın təcavüzkar siyasəti Rusiyaya qarşı Avropa dövlətləri blokunun meyda-
na gəlməsinə səbəb oldu. 1853-cü ildə başlayan 
Krım müharibəsində İngiltərə, Fran-
sa və Sardiniya Osmanlı dövlətinin tərəfində iştirak etdilər. 1856-cı ilə qədər davam 
edən bu müharibədə Rusiya məğlub oldu.
Böyük islahatlar dövrü.
 
II Aleksandr (1855–
1881)  hakimiyyətə  çətin  daxili  və  xarici  vəziyyət 
dövründə gəlmişdi. Krım məğlubiyyəti I Nikolayın 
daxili və xarici siyasətinin uğursuzluğunu göstər-
di. Ona görə də müxtəlif sahələrdə islahatların hə-
yata keçirilməsi zəruri idi. Daxili və xarici siyasə-
tin,  həmçinin  sənayenin  inkişafı  təhkimçiliyin 
ləğ vini zəruri edirdi. 
1861-ci ildə kəndlilərin təh-
kimli vəziyyətinin ləğv olunması haqqında fərman 
verildi. Kəndlilər hüquqi cəhətdən azad olsalar da, 
bu onların iqtisadi vəziyyətlərində əsaslı dəyişiklik 
yaratmadı. Çünki onlara müəyyən ödənc müqabi-
lində ayrılan torpaq payı çox az idi. Həmçinin ver-
gilərlə  yanaşı,  pay  torpağı  müqabilində  verilən 
ödənclər kəndlilərin vəziyyətini ağırlaşdırırdı. Ona 
görə  də  kəndli  məsələsi  Rusiyanın  əsas  sosial 
problemlərindən biri olaraq qalırdı.
Kəndlilərin azad edilməsi idarəetmə sa  hə-
sində  dəyişiklikləri  zəruri  edir di.  Bunun  nəti-
cəsində yerlərdə iqtisadi mə sə lə lərlə məşğul 
olmaq,  xəstəxanalar  və  məktəblər  açmaq 
məqsədilə zemstvolar təsis edildi. Zemstvola-
ra seçkilərdə iştirak etmək üçün müəyyən əm-
laka sahib olmaq əsas şərt idi.
1864-cü ildə aparılan islahatlara görə, məhkəmə açıq keçirilir və müstəqil olurdu. Bütün 
təbəqələr qanun qarşısında bərabər elan edildi. XIX əsrin 60-70-ci illərində hərbi sahədə də 
islahat keçirildi. Ümumi hərbi mükəlləfiyyət tətbiq olundu. Hərbi xidmət müddəti azaldıldı.
1870-ci  ildə  keçirilən  şəhər  islahatına  əsasən,  şəhər  idarəsi  və  Dumasının  təşkil 
edilməsində silki qaydalar əvəzinə bütün təbəqələrin iştirak etdiyi seçkilər tətbiq olun-
du. Şəhərlər dövlətin nəzarəti altında təsərrüfat və mədəniyyət sahələrində özünüidarə 
hüququ aldılar. Bu dövrdə iqtisadi sahədə də dəyişikliklər olundu. Dövlətin gəlirlərini ar-
tırmaq üçün şəkər, duz və tütün satışı dövlətin inhisarına verildi. Dəmir yollarının tikinti-
sinə diqqət artırıldı. Bu iş üçün xarici kapital da cəlb edildi. Rusiya Dövlət Bankı yaradıldı.
Mətbuat üzərində nəzarət qismən ləğv edildi. Bu, Rusiyada ictimai fikrin inkişafına 
səbəb oldu. Təhsil sahəsində silki və dini məhdudiyyətlər aradan qaldırıldı. Universitet-
lərə muxtariyyət verilməsi elmin inkişafına müsbət təsir etdi.
“Osmanlı işləri çox qarışıqdır. Bu 
döv lət öz-özünə parçalanır. Süqutu 
çox böyük və fəlakətli olacaq. 
İn giltərə və Rusiya bu məsələdə 
ra zılaşmalıdırlar. ...Qollarımızın 
ara sın da çox ağır bir xəstə var. 
Onun ya şamasını hamımız istəyirik. 
...Ancaq onun qəfildən qollarımızda 
ölməsi Avropa miqyasında mühari-
bəyə səbəb ola bilər. Bu qarışıqlıqda 
İngiltərə İstanbulda möhkəmlənmək 
is təsə, buna göz yummayacağıq. 
Mən də İstanbulu işğal etmək 
istəyirəm”. 
Çar I Nikolayın İngiltərənin  
Rusiyadakı səfiri ilə danışıqların-
dan. Tarix. İstanbul, 2002. səh. 143
Zemstvo – seçki əsasında formalaşan yerli 
idarə orqanları
II Aleksandrın hakimiyyəti dövründə həyata keçirilən islahatlara aid cədvəl tərtib edin.
!
Mənbə və mətndəki məlumatlar əsa-
sında  müzakirə  edin:  sizcə,  I  Niko-
layın  təklifi  İngiltərənin  mənafeyinə 
uyğun idi?
!
  LAYİHƏ


20
Şimali Qafqaz və Mərkəzi Asiyanın iş-
ğalı.
 Hələ XVIII əsrin ikinci yarısında Şimali 
Qafqazda  Rusiya  işğalına  qarşı  başlayan 
azadlıq  mübarizəsi  XIX  əsrin  əvvəllərində 
gücləndi. 1859-cu ildə 
Şeyx Şamilin başçı-
lıq etdiyi azadlıq hərəkatı çətinliklə yatırıldı. 
Lakin dağlı xalqlarının qəhrəman mübarizə-
si  davam  etdi.  Yalnız  1864-cü  ildə  bütün 
Qafqazın  işğalı  başa  çatdırıldı.  Rusiyanın 
yeritdiyi milli və dini zülm siyasəti nəticəsin-
də Qafqazın müsəlman əhalisinin bir hissə-
si Osmanlı dövlətinə köçməyə məcbur oldu. 
Bundan sonra bölgəyə rus kəndliləri və ka-
zakların yerləşdirilməsinə başlanıldı.
Krım müharibəsində məğlub olan Rusiya işğal hədəfi olaraq Mərkəzi Asiyanı seçdi. 
Mərkəzi Asiyada siyasi vəziyyət Rusiya işğalı üçün əlverişli idi. Siyasi dağınıqlıq vəziy-
yətində olan bölgədə Kokand, Xivə xanlıqları və Buxara əmirliyi öz aralarında müba-
rizə  aparırdılar.  Həmçinin  bu  feodal  dövlətlərin  daxilində  də  tayfalararası  ixtilaflar  var 
idi. Bütün bu amillər Rusiyanın işğalını asanlaşdırırdı. Lakin Rusiya bu bölgədə nüfuz 
uğrunda İngiltərə ilə mübarizə aparmalı oldu. İngiltərə bölgəni işğal etmək üçün hərbi və 
diplomatik üsullardan istifadə edirdi. Mərkəzi Asiya dövlətlərinə elçilər göndərilir, təzyiq 
göstərilirdi.  Buxara  əmirliyi  və  Xivə  xanlığı  Rusiyanın  asılılığını  qəbul  etdilər.  Kokand 
xanlığı süqut etdi. Rusiya 1864–1895-ci illər ərzində bölgənin işğalını həyata keçirdi. 
Türküstanın zəbt edilməsinin əsas səbəbi bölgədə vahid, güclü dövlətin olmaması və 
əhalinin daxili mübarizə nəticəsində zəifləməsi idi. Rusiyanın hərbi-texniki üstünlüyü də 
bu işğalın əsas səbəblərindən biri kimi qeyd edilə bilər.
İrticanın güclənməsi.
 1881-ci ildə terror nəticəsində həlak olan II Aleksandrdan 
sonra hakimiyyətə 
III Aleksandr (1881–1894) gəldi. Onun dövründə irticaçı siyasət 
gücləndirildi.  Məhkəmələrin  və  zemstvoların  müstəqilliyi 
məhdudlaşdırıldı. Milli-dini zülm və ruslaşdırma siyasəti ge-
nişləndirildi. Qeyri-rus millətlərə qarşı təzyiq artırıldı. Qazan 
tatarlarının,  başqırdların,  çuvaşların  xristianlaşdırılması  da 
aparılan siyasətin tərkib hissəsi idi. Dinini və dilini dəyişmək 
istəməyənlərə qarşı iqtisadi və inzibati təzyiqlər edilirdi. La-
kin bu siyasət Volqaboyu türkləri arasında milli və dini duy-
ğuları daha da qüvvətləndirdi.
Qafqazın, Türküstanın türk və digər müsəlman xalqlarının 
siyasi-iqtisadi və mədəni hüquqları məhdudlaşdırılmışdı. Təz-
yiqə ən çox məruz qalan xalqlardan biri də yəhudilər idi. Onla-
ra qarşı məqsədyönlü şəkildə qətl və qarətlər həyata keçirilir, siyasi və mədəni hüquqları 
məhdudlaşdırılırdı. Ümumiyyətlə, bütün qeyri-rus millətlərə qarşı yürüdülən mürtəce si-
yasətə görə Rusiya 
“xalqlar həbsxanası“ adlandırılırdı.
II Nikolayın hakimiyyəti dövrü (1894–1917) Rusiyada mütləq monarxiyaya qarşı 
mübarizənin güclənməsi ilə səciyyəvidir. XIX əsrin sonu – XX əsrin əvvəllərində Rusiya 
Çar Rusiyasının Volqaboyu türklərinə və Azərbaycan xalqı-
na  qarşı  həyata  keçirdiyi  müstəmləkəçi  siyasəti  müqayisə 
edin.
!
Şeyx Şamilin əsir alınması
II Nikolay
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə