Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə10/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   64

23
yamı yatıran hökumət tezliklə yeniçəri dəstələ-
rini,  eləcə  də  onlarla  bağlı  olan  Bektaşi 
ordenini ləğv etdi. 1830-cu illərin birinci yarı-
sında  ümumi  əsgər  yığımı  qaydasında  yeni 
ordu yaradılmasına başlanıldı. Hərbi len siste-
minin  ləğvi  haqqında  əmr  verildi.  Timar  tor-
paqları dövlətin mülkiyyətinə keçdi. Onların sahibləri təqaüd qismində konpensasiya 
aldılar. Mərkəzi idarəetmə orqanlarında Avropa nümunəsində nazirliklər yaradıldı. Türk 
və fransız dillərində ilk hökumət qəzetləri çap olunmağa başlandı.
Tənzimat.
 1839-cu ildə 
“Gülxanə xətti-şərif”i verildi. Bu 
xətti-şərif gələcək dəyişiklikləri özündə əks etdirirdi. II Mahmu-
dun göstərişi ilə islahat tərəfdarı Mustafa Rəşid paşanın baş-
çılığı altında hazırlanan sənəd sultan Əbdül Məcidin dövründə 
qəbul edildi. Sənəddə təbəələrin həyatını, şərəfini, mülkiyyə-
tini qorumaqdan, ədalətli vergi yığımından, qayda-qanundan, 
ordu  toplanmasından  və  s.  danışılırdı.  Bundan  başqa,  dini 
mənsubiyyətindən  asılı  olmayaraq,  bütün  təbəələrin  qanun 
qarşısında bərabərliyi elan edilirdi. Nəzərdə tutulan dəyişiklik-
lər tənzimat (islahat) adını aldı. Reallıqda bu yeniliklər sonrakı 
onilliklərdə tədricən və qismən həyata keçirildi. Bu qaydalar 
din  xadimlərinin,  əyalət  hakimlərinin  və  məmurların  müqa-
vimətinə  səbəb  oldu.  Bununla  belə,  vergi  toplanmasındakı 
ilti zam sistemi ləğv edildi, məhkəmələrin fəaliyyəti nizama sa-
lındı. Təhsil sahəsində ciddi dəyişikliklər olundu, ibtidai məktəblər dünyəvi hakimiyyətə 
tabe edildi, orta məktəblər, xüsusi hərbi-tədris ocaqları yaradıldı, ilk universitetlər açıldı.
Krım müharibəsindən sonra 1856-cı ildə verilmiş 
“xətti-hümayun” əsasında növbə-
ti silsilə islahatlara başlanıldı. Onlar əsasən iqtisadi münasibətlərə, məhkəmə sisteminə 
aid idi. Bununla yanaşı, mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün tədbirlər görüldü.
XIX əsrin 60–70-ci illərində ölkədə ingilis və fransız maliyyə və sənaye şirkətlərinin 
fəaliyyəti aktivləşdi. Onlar ticarətdə güzəştli şərtlərlə yanaşı, faydalı qazıntıların çıxa-
rılması, dəmir yollarının və fabriklərin tikilməsi, kənd təsərrüfatı mallarının emalı sahə-
sində imtiyazlar aldılar. XIX əsrin 70-ci illərində ölkənin mərkəzi vilayətlərində artıq iki 
dəmir yolu fəaliyyət göstərirdi.
Bu dövdə ölkədə konstitusiya və seçkili orqanların (parlament) yaradılması uğrunda 
hərəkat meydana gəldi. 
1865-ci ildə gizli şəkildə yaradılan “Yeni Osmanlılar” cəmiy-
yətinin məqsədi parlament formalaşdırmaq və Konstitusiya qəbul etmək idi. Bu cəmiy-
yətin üzvləri arasında əsasən yüksək mənsəb sahiblərinin övladları olan Avropa təhsili 
almış ziyalılar üstünlük təşkil edirdilər. Lakin tezliklə onlar ölkəni tərk etməyə məcbur 
oldular. Öz ideyalarını yaymaq məqsədilə mühacirətdə türk dilində qəzet nəşr etməyə 
başladılar. Bu qəzetlər arasında 
“Hürriyyət” qəzeti xüsusi şöhrət qazandı. Sultan haki-
miyyətinə, imperiyanın qorunub-saxlanılmasına loyal yanaşan
 “Yeni Osmanlılar” cə-
miyyətdə dəyişiklik, ədalətli idarəetmə tərəfdarı idilər. Onlar milli azadlıq hərəkatlarına 
qarşı bütün imperiya təbəələrinin birliyi ideyasını – osmanlıçılığı qoyurdular.
1. Sizcə, nəyə görə yeniçəri dəstələrinin ləğv edilməsi belə vacib idi?
2. II Mahmudun fəaliyyətini dövr baxımından necə qiymətləndirmək olar?
?
1. Osmanlı dövlətinin tərkibində yaşayan hansı qeyri-müsəlman xalqları sadalaya bilərsiniz?
2. Sizcə, xaricilərin Osmanlı hökumətindən imtiyazlar alması ölkəyə hansı təsiri göstərə 
bilərdi? Fikrinizi əsaslandırın.
?
II Mahmud
Bektaşi ordeni
 
– XIII əsrdə Heydəri şeyxi 
Hacı  Bektaş  tərəfindən  Xorasandan  Ana-
doluya gətirilmişdir. Azərbaycanda və Ana-
doluda  yayılan  hürufi  cərəyanının  təsiri  ilə 
formalaşmış,  12  imamın  əsasına  yönəlmiş 
sufi təriqətidir.
  LAYİHƏ


24
1876-cı ildə konstitusiya tərəfdarları fəallaşdılar. Mürəkkəb iqtisadi və siyasi şərait-
də mədrəsə tələbələri İstanbulda Baş vəzirin və şeyxülislamın istefası tələbi ilə geniş-
miqyaslı mitinqlər təşkil etdilər. Yeni Osmanlı tərəfdarları sultanı devirdilər. Tanınmış 
ictimai xadim Əhməd Midhət paşanın rəhbərliyi ilə Dövlət Şurası Konstitusiya hazırla-
dı. 
1876-cı ildə sultan II Əbdülhəmid onu qəbul etdi. Lakin konstitusiya əsaslı dəyişik-
likləri həyata keçirmək istəməyən sultan tezliklə Midhət paşanı Baş vəzir vəzifəsindən 
çıxartdı və onu ölkədən sürgün etdi. 1877–1878-ci illərdə deputatların öz iclaslarında 
hökuməti tənqid etməsi, rus-türk müharibəsində məğlubiyyətin səbəblərinə dair hesa-
batlar tələb etməsi sultanın parlamenti qeyri-müəyyən müddətə buraxmasına gətirib 
çıxartdı. Bunun ardınca ölkədə sərt repressiya rejimi quruldu.
Gənc türklər.
 Belə bir dövrdə Osmanlı imperiyasının iq-
tisadi  vəziyyəti  daha  da  pisləşmiş,  xəzinə  boşalmış,  iqti-
sadiyyat kökündən sarsılmışdı. Avropa ölkələrindən alınan 
yüksək  faizli  borclar  dövləti  fəlakətə  sürükləyirdi.  Sultan 
mütləqiyyətinə qarşı mübarizə aparmaq məqsədilə 1889-
cu ildə İstanbulda “İttihad və Tərəqqi” adlı gizli cəmiyyət ya-
radıldı. Bu cəmiyyətin üzvləri və onun tərəfdarları özlərini 
“Gənc türklər” adlandırırdılar. Tezliklə “Gənc türklər”in təqib 
edilmələri onların xaricə mühacirətinə səbəb oldu.
XX əsrin əvvəllərində – ölkədə inqilabi şəraitin yetişdiyi 
bir vaxtda “Gənc türklər”in fəallığı gücləndi. 1907-ci ildə “İt-
tihad və Tərəqqi” partiyasının rəhbərliyi altında Parisdə ça-
ğırılan konfransda üsyanın 
1909-cu ildə başlanması qəra-
ra  alındı.  Lakin  konfrans  iştirakçıları  “Gənc  türklər”in 
rəhbərliyi olmadan ölkədə inqilabi hərəkatın başlayacağın-
dan, Makedoniyanın və digər ucqar bölgələrin Osmanlı im-
periyasının tərkibindən çıxacağından ehtiyatlanaraq üsya-
nı tezləşdirmək qərarına gəldilər.
Üsyanın  başlanması.
  Silahlı  üsyan 
bayrağı  1908-ci  ildə  Makedoniyada  qaldı-
rıldı.  Tezliklə  bir  çox  Balkan  şəhərlərinin 
qarnizonları, yerli partizan dəstələri onlara 
qoşuldular.  Niyazi  bəyin  və  Ənvər  bəyin 
başçılığı ilə inqilabçı dəstələr Selanikə gəl-
dilər. “İttihad və Tərəqqi” partiyasının yerli 
komitəsi sultandan 
1876-cı il Konstitusiya-
sının bərpasını qəti şəkildə tələb etdi. Hər 
yerdə  üsyançıların  dəstəkləndiyini  görən 
sultan II Əbdülhəmid bir gün sonra Konsti-
tusiyanın bərpasına və parlamentin çağırıl-
Sizcə, Osmanlıçılıq ideyasının həyata keçirilməsi mümkün olsa idi, nə baş verərdi?
?
Siyasi həyat faktlarının ölkənin siyasi inkişafına təsirini qiymətləndirin.
!
Nəyə görə “Gənc türklər” onların rəhbərliyi olmadan ölkədə inqilabi hərəkatın başlayaca-
ğından belə narahat idilər?
?
“İttihad və Tərəqqi”  
cəmiyyətinə aid plakat
"Gənc türklər"in üsyanı
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə