Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə11/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   64

25
masına razı oldu. Parlamentdə çoxluq əldə edən, 
ordu  və  parlament  üzərində  nəzarəti  ələ  alan 
“Gənc  türklər”  inqilabın  məqsədinin  həyata  ke-
çirildiyini  güman  etdilər.  Əks-inqilab  tərəfdarları 
bundan istifadə etməyi qərara aldılar. 1909-cu ilin 
aprelində  əks-inqilabçılar  İstanbul  korpusunun 
köməyi  ilə  sultan  II  Əbdülhəmidin  ha kimiyyətini 
bərpa etdilər. Beləliklə, sultan, qısa müd dətə də 
olsa, parlamentin səlahiyyətlərini məh dudlaşdıra, 
köhnə qaydalara qayıda bildi. Lakin özünə sadiq 
hərbi  his sələrə  arxalanan  “Gənc  türklər”  qiyamı 
yatırıb  II  Əbdülhəmidi  taxtdan  salmağı  bacardı-
lar. Tezliklə taxta V Mehmet Rəşad çıxdı.
“Gənc türklər”in yeritdiyi xarici siyasət imperi-
yanın süqutunu sürətləndirdi. 
1911–1912-ci illəri 
əhatə  edən  İtaliya–Osmanlı  (Trablis)  müharibəsi 
nəticəsində  İstanbul  özünün  Afrikadakı  sonuncu 
mülklərini  (indiki  Liviya  ərazisini)  itirdi.  I  Balkan 
müharibəsi 
(1912–1913) Osmanlı imperiyasına daha ağır zərbə vurdu. Bu müharibə 
nəticəsində türklərin Avropadakı ərazisi Frakiyanın kiçik bir hissəsi ilə məhdudlaşdı. 
Bütün bunlar ölkədə onlara qarşı narazılıqların artmasına gətirib çıxardı. Müxalif əh-
vali-ruhiyyənin çoxalması “Gənc türklər”i repressiyalara başlamağa sövq etdi. 1913-
cü ildə Ənvər bəyin başçılığı ilə bir qrup gənc zabit hakimiyyət çevrilişini reallaşdırdı. 
Osmanlı imperiyası
II Əbdülhəmid
  LAYİHƏ


26
1.  “Gənc türklər” üsyanı Osmanlı dövlətinə nə verdi? 
2.  “Gənc türklər” təşkilatının üzvü olsa idiniz, hansı qərarları qəbul edərdiniz? 
3.  XIX əsrdə Osmanlı dövlətinin zəifləməsini nədə görmək olar? 
4.  Siz Osmanlı dövlətində aparılan islahatların hansı mərhələsinə xüsusi əhəmiyyət verərdi-
niz? Fikrinizi əsaslandırın.
5.  Ənvər paşa haqqında araşdırma aparıb təqdimat hazırlayın. 
6.  XX əsrin əvvəllərində Osmanlı imperiyasında baş verən geosiyasi dəyişiklikləri müxtəlif 
sxemlər formasında təqdim edin.
SUAL VƏ TAPŞIRIQLAR
Ölkədə diktatura rejimi quruldu. Dövlətin da-
ğılmasının qarşısını almağı və Avropa dövlət-
lərinin asılılığından tam azad olmağı düşünən 
“Gənc  türklər”  Birinci  Dünya  müharibəsi  za-
manı Almaniyanın tərəfini saxladılar ki, bu da 
Osmanlı imperiyasının məhvinə səbəb oldu. 
“Gənc türklər”in 1913-cü il konfransın-
da qəbul etdiyi proqram 
İqtisadi bölmədən çıxarış
Maddə 18. Kənd təsərrüfatının inkişafı üçün 
torpaq sahiblərinə aşağı faizli, uzunmüddətli 
kredit vermək. Bunun üçün də ölkədə ipoteka 
bankının açılmasına çalışmaq lazımdır. 
Maddə 19. Mövcud sivilizasiya tələblə-
rini yerinə yetirməyə mane olan, ticari 
əməliyyatları gecikdirən və məhdudlaşdıran 
mövcud qanunvericiliyin yumşaldılmasına 
çalışmaq. <...>
Maddə 22. Sex birliklərini müstəqil ixtisas 
birlikləri qismində tanımaq və onlara öz 
daxili məsələlərinin həllində tam səlahiy-
yətlərin verilməsinə çalışmaq. 
Maddə 23. Dövlətin iqtisadi vəziyyəti imkan 
verən kimi aşarın 10% azaldılmasına 
çalışmaq. <...>
Maddə 25. İndiki çox ədalətsiz və qey-
ri-proporsional gəlir vergisini, nəyin baha-
sına olursa-olsun, bu qanunun xaricilərə 
şamil edilməsi ilə  ədalətli və proporsional 
olmasına çalışmaq üçün xüsusi qanun 
hazırlamaq.  <...>
Maddə 28. Torpaq mülkiyyətçiləri, icarədar-
lar, mövsümi işçilər və yardarlar arasında 
münasibətləri qaydaya sala biləcək qanunun 
qəbul olunmasına çalışmaq. <...> 
Maddə 30. Sənayenin genişləndirilməsi 
haqqında qanunun verilməsini və qüvvəyə 
minməsini tezləşdirmək.  <...>”
Тunауа T.Z. Тurkiуе'dе Siyasi Раrtilеr. 
1859–1952. İstanbul. 1952. s.216–217
Bu  maddələrə  əsasən  Osmanlı  döv-
lətinin  o  dövrkü  iqtisadi  vəziyyətini 
özün də əks etdirən tezislər hazırlayın.
!
"Gənc türklər" sultan II Əbdülhəmidə qarşı 
  LAYİHƏ


27
İran.
 XIX əsrin əvvəllərində İran feodal münasibətlərin hakim olduğu aqrar ölkə idi. 
Ölkəni qeyri-məhdud hakimiyyətə malik şah idarə edirdi. Hakimiyyətdə olan sülalə türk 
soylu Qacar tayfası idi. 
Siyasi vəziyyət: 
Ölkə XIX əsrin ilk illərindən İngiltərənin və Fransanın iqtisadi və 
siyasi  maraq  obyektinə  çevrildi.  Rusiyanın  Cənubi  Qafqazda  möhkəmlənmək  istəyi 
İranın gah İngiltərəyə, gah da Fransaya meyil etməsini şərtləndirdi. Çünki I Napole-
onun Avropada apardığı müharibə Rusiyanı İngiltərə ilə yaxınlaşdırmışdı. I Napoleon 
Hindistanı ələ keçirmək həvəsində idi. Son nəticədə İngiltərədən, Fransadan elə bir 
ciddi kömək ala bilməyən Qacarlar (İran) Cənubi 
Qafqaz uğrunda mübarizəyə başlayan Rusiyaya 
müharibə elan etdi.
1804–1813-cü  və  1826–1828-ci  illəri  əhatə 
edən  I  və  II  Rusiya-Qacarlar  müharibələrində 
Qacarlar  məğlub  oldu.  Gürcüstan,  Arazdan  şi-
maldakı Azərbaycan torpaqları Rusiyanın tabe-
çiliyinə  keçdi.  Qacarlar  Rusiyaya  böyük  məb-
ləğdə  təzminat  ödəmək  məcburiyyətində  qaldı. 
1828-ci ilin fevralında Türkmənçay müqaviləsin-
dən savayı Rusiya ilə Qacarlar arasında 
xüsusi 
ticarət traktatı imzalandı. Traktata görə, rus 
təbəələri  İranda  eksterritoriallıq  və  digər  iqti-
sadi-siyasi güzəştlər əldə etdilər. 
Rusiya-Qacarlar  müharibələri  zamanı  Xo-
rasan  xanları  tez-tez  üsyan  qaldıraraq  mər-
kəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırırdılar. Xorasan xanlarının özbaşınalıqla-
rına,  eləcə  də  əfqanların  Sistana  iddialarına  son  qoymaq  üçün  Məhəmməd  şah 
(1834–1848) 
1837-ci ildə Əfqanıstana yürüş etdi. İngiltərənin aramsız hədə-qorxuları 
və təzyiqi nəticəsində Məhəmməd şah qoşunlarını Əfqanıstandan çıxarmağa məcbur 
oldu.
İqtisadi vəziyyət.
 Tezliklə İngiltərə və Qacarlar arasında ingilis təbəələrinin eks-
territoriallıq hüququ haqqında müqavilə imzalandı. XIX əsrin 60-cı illərinin ortalarında 
1. Rusiya-Qacarlar müharibələrinin Azərbaycanla bağlı nəticələrini tarixi zaman baxımın-
dan necə qiymətləndirmək olar?
?
XIX əsrin əvvəllərində Rusiya, İngiltərə və Fransanın tarixinə nəzər yetirib bu ölkələrin 
İran da toqquşan maraqlarını analiz edin.
!
XIX əsrdə Şərq ölkələri inkişaf cəhətdən Qərb dövlətlə-
rindən geri qalırdılar. Bu da Qərb dövlətlərinə müstəmləkə-
çilik siyasətini davam etdirməyə imkan verirdi. Lakin bəzən 
qədim  dövlətçilik  ənənəsi  olan  dövlətləri  tam  tabe  etmək 
mümkün  olmadığından  “qərblilər”  iqtisadi  ekspansiya, 
hərbi təzyiq, güzəştli müqavilələr yolu ilə bu ölkələri yarım-
müstəmləkəyə çevirirdilər.
İRAN, HİNDİSTAN, ÇİN VƏ YAPONİYA
▪  Qacarlar
▪  Babilər
▪  Sipahilər üsyanı
▪  Hind Milli Konqresi
 Tiryək müharibəsi
▪  Syoqun
▪  Mutsuhito
▪  Samuray 
▪  Taypinlər hərəkatı
▪  Sun Yatsen
AÇAR SÖZLƏR
5
Türkmənçay müqaviləsinin  
imzalanma mərasimi
Eksterritoriallıq  hüququ  –  toxunulmazlıq 
hüququ.  Bir  dövlətin  ərazisində  yaşayan 
xaricilərin işinə həmin dövlətin məhkəmələri 
baxa bilməzdi.
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə