Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev


“Bütün  Avropanın  işıqları  söndü”



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə17/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   64

39
“Bütün  Avropanın  işıqları  söndü”. 
28  iyun  1914-cü  ildə  Avstriya  vəliəhdi 
Frans  Ferdinand  serb  millətçisi  tərəfin-
dən öldürüldü. Almaniyanın dəstəyini alan 
Avstriya-Macarıstan  bir  ay  sonra  Serbi-
yaya müharibə elan etdi. Beləliklə, adi bir 
terror  hadisəsi  dünya  tarixinin  ilk  böyük 
müharibəsinin  başlanmasında  qığılcım 
rolunu  oynadı.  Böyük  Britaniyanın  Xarici 
İşlər naziri müharibənin başlanması xəbə-
rini belə dəyərləndirmişdi: “Bütün Avropa-
nın işıq ları söndü. Yəqin, uzun zaman da 
yan  mayacaq”.
Hərbi dairələrin hazırladığı planlar qısa-
müddətli hücum müharibəsinə əsaslanırdı.
1914-cü ildə Avropada başlanan müharibənin qısa müddətli ola-
cağı hesab edilirdi. Lakin müharibə tədricən geniş vüsət alaraq ilk 
dünya müharibəsinə çevrildi. Bu müharibə dünyanın əksər hissəsinə 
bu və digər şəkildə təsir göstərdi. Miqyasına və əhatə dairəsinə görə 
o, müasirləri tərəfindən "Böyük müharibə" adlandırılırdı.
BİRİNCİ DÜNYA MÜHARİBƏSİ
▪ Şliffen planı
▪ Sarıqamış əməliyyatı
▪ Çanaqqala əməliyyatı
Brest-Litovsk sülh müqaviləsi
▪ Kutül-Amarə döyüşü
AÇAR SÖZLƏR
7
Birinci Dünya müharibəsi zamanı Avropa dövlətləri
Frans Ferdinand və həyat yoldaşının 
öldürülməsi
  LAYİHƏ


40
Almaniyanın    tətbiq  etdiyi 
Şliffen  planı 
bir neçə həftədə fransızları məğlub etməyi, 
sonra rus ordusu ilə vuruşmağı nəzərdə tu-
turdu. 1914-cü ilin avqustunda bitərəf olan 
Belçikanın  alman  orduları  tərəfindən  işğal 
edilməsi  Böyük  Britaniyanın  Almaniyaya 
mü haribə elan etməsinə səbəb oldu.
1914-cü  ilin  sentyabrında  Marna  çayı 
sahilində  döyüşdə  almanların  hücumunun 
dayandırılması Fransanı həlledici məğlubiy-
yətdən xilas etdi. Şərq cəbhəsində isə almanlar tərəfindən Rusiya qoşunlarının hücum-
larının qarşısı alındı. 1914-cü ilin avqustunda Tannenburq döyüşündə rus qoşunu məğ-
lub edildi.
Müharibənin  dünyaya  yayılması.
  1914-cü  ildə Yaponiyanın Antanta  tərəfindən 
müharibəyə daxil olması əməliyyatların gedişinə güclü təsir göstərmədi. 1915-ci ildə 
Antanta üzvləri İtaliyaya bir sıra ərazilər vəd edərək onu öz tərəflərindən müharibəyə 
cəlb etdilər.
Osmanlı İmperiyası müharibənin əvvə-
lində tərəfsiz qaldı. Bu dövlətdən sığınacaq 
alan  iki  alman  gəmisinin  Rusiyanın  liman 
və gəmilərinə atəş açması nəticəsində Ru-
siya 1914-cü ilin oktyabrında Osmanlı döv-
lətinə müharibə elan etdi. Sonra Fransa və 
Böyük Britaniya da Osmanlı dövlətinə qar-
şı müharibə elan etdilər. Alman və Osmanlı 
hərbi komandanlığı 1914-cü ilin dekabrın-
da Rusiyaya qarşı qəti hücum etməyi qə-
rara aldı. Lakin Qafqaz cəbhəsindəki Osmanlı qoşunu qış əməliyyatı üçün zəruri təc-
hizata malik deyildi. Ona görə də 1914-cü ilin dekabrı – 1915-ci ilin yanvarında həyata 
keçirilən 
Sarıqamış əməliyyatı Osmanlı dövləti üçün fəlakətlə nəticələndi.
Tarixi dəyişdirən döyüş.
 İngiltərə və Fransa Rusiyaya yardım etmək üçün Ça-
naqqala boğazını ələ keçirmək planı hazırladılar. Bu plana əsasən, İstanbul işğal olun-
malı, Osmanlılar təslim olmağa məcbur edilməli idilər. Nəticədə, Rusiyaya hərbi və 
iqtisadi yardım mümkün olacaqdı.
1915-ci  ilin  fevralında  başlayan  dəniz  döyüşlərində  yenilən  Fransa,  İngiltərə  və 
onun dominionları – Avstraliya və Yeni Zelandiya qüvvələri həmin ilin sonuna qədər da-
vam edən quru əməliyyatlarında da məğlub 
oldular. Dünyanın  güclü  iki  dövlətinin  –  İn-
giltərə və Fransanın yüksək təchizatlı ordu-
ları  üzərində  türk  qoşunlarının  qələbəsinin 
səbəblərindən biri onların vətənlərini müda-
fiə etməsi idi. 1916-cı ilin yanvarında Antan-
ta qüvvələrinin geri çəkilməsi ilə başa çatan 
Çanaqqala  döyüşləri  türk  xalqına  Mustafa 
Kamal kimi dahi sərkərdə qazandırdı. 
Çanaqqalada Türk dünyasının hər yerin-
dən  və  Şimali  Azərbaycandan  könüllü  ola-
raq köməyə gəlmiş və bu torpaqlarda şəhid 
olmuş  həmvətənlərimizin  də  məzarları  var. 
“Şliffen planı parlaq olduğu qədər də 
strateji cəhətdən qüsurlu plan idi. Tarixi 
təcrübə Böyük Britaniyanın Belçikanın 
iş ğalı ilə razılaşmayacağını və müharibəyə 
daxil olacağını göstərirdi. Lakin bu həqiqət 
Kayzer və Alman Baş qərargahının diqqə-
tindən qaçmış görünürdü. 
H.Kissencer. “Diplomatiya”, səh. 229
Böyük Britaniyanın Hərbi naziri lord 
Kitçener Çanaqqala əməliyyatına başçılıq 
edən ingilis komandanına yazırdı: "Əgər 
donanmamız boğazı keçərsə, İstanbul öz- 
özünə təslim olacaq və siz bir döyüşü deyil, 
müharibəni qazanmış olacaqsınız".
Bəzi  tarixçilər  türk  qoşunlarının  Ça-
naqqala  əməliyyatında  qələbəsi  nə-
ticəsində  müharibənin  uzandığını 
bil di   rirlər. Mənbədəki məlumat bu fikri 
sübut edirmi?
?
Sarıqamış əməliyyatı
  LAYİHƏ


41
Osmanlı dövlətinə kömək üçün onlarla eyni 
cəbhədə vuruşanlar arasında Cənubi Azər-
baycandan gələnlər də var idi. Bu, türk xalq-
larının  dar  gündə  bir-birinə  kömək  etdiyini 
bir daha sübut edir.
Yaxın  və  Orta  Şərqdə  əməliyyatlar. 
Yaxın  və  Orta  Şərqin  neft  mənbələrini  ələ 
keçirmək  istəyən  İngiltərə  ikili  siyasət  yü-
rüdürdü.  Ərəb  tayfalarına  istiqlaliyyət  vəd 
edərək onları Osmanlı dövlətinə qarşı mü-
barizəyə təhrik edir,  digər tərəfdən, İngiltərə 
Xarici  İşlər  naziri  yəhudilərin  dəstəyini  al-
maq və ABŞ-ın müharibəyə girməsini təmin 
etmək üçün müəyyən addımlar atırdı.
Hindistana gedən dəniz yolunun üzərində 
olan İran körfəzinə böyük önəm verən ingi-
lislər bura qoşun çıxarmışdılar. Bağdadı ələ 
keçirməyə çalışan ingilis ordusu 1916-cı ildə 
Kutül-Amarədə  türk  qoşunları  tərəfindən 
məğlub edildi və təslim oldu.
Böyük yalan.
 Antanta dövlətləri tərəfin-
dən  silahlandırılaraq  təhrik  edilən  erməni 
terrorçu  dəstələri  1915-ci  il  aprelin  ortala-
rında Vanda qiyam qaldıraraq dinc türk və 
müsəlman əhalini kütləvi şəkildə qətl etməyə 
başladılar. Bir qədər sonra ermənilər bütün 
Şərqi  Anadoluda  dinc  əhaliyə  qarşı  terror 
həyata keçirdilər. Həmçinin Antanta ölkələ-
rinin xeyrinə casusluq fəaliyyətlərini də artır-
dılar.  Ermənilər  tərəfindən  həyata  keçirilən 
soyqırımının  hədəfi  yalnız  müsəlman  əhali 
deyildi. Bölgədə yaşayan yunanlar və yəhu-
dilər  də  erməni  terroruna  məruz  qalırdılar. 
Buna  cavab  olaraq  Osmanlı  dövləti  əvvəl-
cə erməni dini-siyasi rəhbərlərindən qətl və 
qarətləri dayandırmağı tələb etdi. Lakin er-
mənilərin qırğınları davam etdirməsi 1915-ci 
a) "Bəzi bölgələrin [müasir Suriya 
və Livanda] əhalisi tamamilə ərəblər 
deyil. Ona görə də bu torpaqlar tələb 
etdiyiniz ərazilərdən kənar tutulacaq. Bu 
dəyişikliyi nəzərə alaraq daha əvvəl digər 
ərəb şeyxləri ilə imzalanan müqavilələrə 
toxunulmamaq şərtilə [...] İngiltərə Məkkə 
şərifinin tələb etdiyi ərazilərdə ərəblərin 
müstəqilliyini tanımağa və dəstəkləməyə 
hazırdır". 
İngiltərənin Misir valisi Henri Mak 
Mahonun Məkkə hakimi Şərif Hüseyinə 
məktubu. 1915-ci il
b) "İngiltərə hökuməti Fələstində yə-
hudi xalqı üçün milli yurd qurulması fikri 
ilə razıdır. ...Fələstində yaşayan yəhudi 
olmayan əhalinin mülki və dini hüquqları 
ilə yanaşı, digər ölkələrdə yəhudilərin 
malik olduqları siyasi hüquqlara zərər 
verəcək hər hansı bir tədbirə təşəbbüs 
göstərilməyəcəyi şərtilə bu məqsədin həya-
ta keçirilməsinə çalışılacaqdır". 
Böyük Britaniya Xarici İşlər naziri 
Artur Balfurun yəhudi lobbisi rəhbərlə-
rindən birinə  məktubu. 1917-ci il.  
Tarix. İstanbul, 2002. səh, 282
Mənbələrdəki  məlumatları  müqayisə 
edin.  Sizcə,  İngiltərənin  ikili  siyasət 
yürütməsində məqsəd nə idi? Müasir 
dövrümüzdə  mövcud  olan  Ərəb-İs-
rail münaqişəsi Birinci Dünya müha-
ribəsinin  təsirlərinin  davam  etdiyini 
deməyə əsas verirmi?
?
Çanaqqala döyüşü
Kutül-Amarədə ingilis generalı təslim olur
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə