Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə20/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   64

46
bəbləri cəmiyyətdə baş verən  siyasi, iqtisadi və sosial dəyişikliklər idi. XIX əsrin or-
talarında fransız rəssamı Qustav Kurbet mövcud incəsənət anlayışlarına son qoyub 
gündəlik həyata aid rəsmlər çəkməyə başladı. O, realist sənət cərəyanını yaradanlar-
dan biri idi. Əvvəlcə tənqid olunsa da, bu cərəyan sonralar çox genişləndi.
XIX əsrin ikinci yarısında rəssamlıqda impressionizm hərəkatı yarandı. Bu hərəka-
tın üzvləri boyanın xüsusi qablarda saxlanmasını təmin edən texniki yenilik nəticəsin-
də açıq havada rəsmlər çəkirdilər. Əsərlərin əsas mövzusuna çevrilən mənzərələrdə 
işığın əks olunması təsvir edilirdi.                             
Holland rəssamı 
Van Qoq impressionizmin məşhur nümayəndələrindən biri idi.
Türk rəssamlığında qərb tərzi XIX əsrdə hərbi məktəblərdə texniki rəsm dərsləri ilə 
başlanmışdı.
Memarlıqda  yeniliklər.
  XIX  əsrdə  sənaye  artıq  cə-
miyyətin  bütün  sahələrinə  –  iqtisadiyyata,  siyasətə  və 
mədəniyyətə böyük təsir göstərməkdə idi. Burjuaziya cə-
miyyətdə hakim rol oynayırdı. Sənaye cəmiyyəti bərqərar 
olmuşdu. Sənaye səmərəli üsulları və elmi araşdırmaları 
zəruri  etdiyindən  ənənəvi  sahələr  inkişaf  edir,  yeni  elm 
istiqamətləri  yaranırdı.  Sənaye  çevrilişinin  sürətlənməsi 
mədəniyyətin bütün sahələrinə təsir göstərmişdi. Memar-
lıqda yeniliklərdən biri dəmir və polad konstruksiyalardan 
istifadə edilməsi idi. Bu baxımdan Parisdə 1889-cu ildə 
tikilən Eyfel qülləsi parlaq nümunə hesab edilə bilər. Qül-
lə Fransa inqilabının yüzilliyi münasibətilə keçirilən sərgi-
nin giriş qapısı kimi mühəndis 
Qustav Eyfel tərəfindən 
müvəqqəti tikilmişdi. Lakin bu dövr də inkişaf edən rabitə 
üçün əlverişli olduğuna görə saxlanılmışdı.
Dəmir, şüşə və beton bu dövrün əsas memarlıq ünsürləri idi. Zamanın xüsusiyyət-
lərini özündə əks etdirən tikililərdən biri Londonda ucaldılan ilk Dünya Ticarət binasıdır. 
1850-ci ildə tikilmiş və "Kristal saray" adlanan bina ənənəvi üslubda deyildi.
XIX əsrdə Osmanlı memarlığında qərb tərzi geniş yayılmağa başladı. Sultan Əb-
dülməcidin dövründə tikilən və Avropa saraylarına bənzəyən 
Dolmabağça sarayı da 
bu dövr memarlığının ən məşhur nümunəsidir.
Musiqi.
 1789-cu il Fransa inqilabı və XIX əsrin əvvəllərindəki milli azadlıq hərəkat-
ları klassik musiqinin görkəmli nümayəndəsi 
Lüdviq van Bethovenin yaradıcılığına 
güclü təsir göstərmişdir. O, “Üçüncü simfoniya”sını Avropaya demokratiya gətirdiyinə 
inandığı üçün əvvəlcə Napoleon Bonaparta həsr etmişdi. Lakin 1804-cü ildə Napo-
leon özünü imperator elan etdiyinə görə bundan imtina etmişdi. Bethovenin yazdığı 
“Doqquzuncu simfoniya” müasir dövrdə Avropa İttifaqının himnidir. 
Romantizm XIX 
əsrin  sonlarına  qədər  musiqi  sahəsində  üstünlüyünü  saxladı.  Rus  bəstəkarı 
Pyotr 
Çaykovskinin əsərləri müasir dövrdə də öz təsirini davam etdirir. İtalyan bəstəkarı 
Cüzeppe Verdi İtaliyanın Avstriya işğalına qarşı azadlıq hərəkatına aid bir neçə opera 
yaratmışdır.  Onun  adı  və  əsərləri Avstriya  işğalına  qarşı  İtaliya  azadlıq  hərəkatının 
rəmzlərindən birinə çevrilmişdir.
Ədəbiyyat.
 Bu dövrdə şair və yazıçılar öz əsərlərində ictimai-siyasi problemlərə 
daha geniş münasibət bildirməyə başladılar. Türk ədəbiyyatında ilk dəfə qərb mədəniy-
Van Qoqun yaradıcılığı haqqında kiçik araşdırma aparın.
!
Eyfel qülləsinin inşası
  LAYİHƏ


47
yətini nümunə alan 
İbrahim Şinasi olmuşdur. O, türkcə 
dərc edilən qəzetin və teatrın əsasını qoymuşdur. XIX əsr 
türk düşüncə tarixinin ən böyük siması vətən və hürriyyət 
şairi 
Namiq Kamaldır. Onun fikrincə, iftixar dolu zəngin 
keçmişi olan türk xalqı Qərb sivilizasiyasının nailiyyətləri-
ni mənimsəyib onu digər Asiya xalqlarına yaymalıdır.
Hindistanın mədəniyyət və ictimai xadimi 
Rabindra-
nat Taqorun əsərləri bədii kamilliyi və fəlsəfi dərinliyi ilə 
dünyada məşhur idi. Onun “Qora” adlı romanı 1913-cü 
ildə  ədəbiyyat  üzrə  Nobel  mükafatı  almışdır.  Romanın 
əsas qəhrəmanı Qora Hindistanın azadlığı və inkişafını 
bütün təbəqələrin hinduizm dini ətrafında birləşməsində 
görür. Müəllif burada sosial bərabərsizliyi tənqid edir. 
Jül 
Vernin əsərlərində fantastika üstün idi. Bu dövrdə roman-
tizmi duyğulara daha az yer verən cərəyanlar əvəz etdi. 
Rus yazıçıları 
Fyodr Dostoyevski, Anton Çexov və Lev Tolstoy dünya ədəbiyyatına 
böyük təsir göstərdilər.
Fransız yazıçısı 
Emil Zolya əsərləri ilə yanaşı, ictimai həyatda ədalətsizliyə qarşı 
mövqeyi ilə də yadda qalmışdır. O, Fransa ordusunda xidmət edən Dreyfusa yəhudi 
olduğu üçün göstərilmiş ədalətsiz münasibətə qarşı etiraz səsini yüksəltmişdir.
Elm.
  İmpressionist  rəssamların  sə nət  və  real  həyat  arasındakı  münasibət lərə 
tənqidi yanaşmaları 1850-ci illərdən sonra böyük inkişafın baş verdiyi elmə də təsir 
göstərdi. Tibb, biologiya və fizikada təcrübə üsulu yeni kəşflərə səbəb oldu.  XIX əsrin 
Namiq Kamal
E.Zolyanın "İttiham edirəm!" başlıqlı açıq 
məktubunun dərc olunduğu “Avrora” qəzeti-
nin 13 yanvar 1898-ci il tarixli baş səhifəsi
“İttiham edirəm!” 
(Emil Zolyanın Fran sa prezidentinə 
yazdığı məktub)
"Hörmətli Prezident!
Dreyfus hadisəsi adınız və idarəetməniz 
üçün ləkədir! Bir hərbi şura yu xa rıdan gələn 
bir əmrlə mayor Esteraz nini təmizə çıxar-
mağı, həqiqətdən və əda lətə ağır bir zərbə 
vurmaqdan üstün tut du. ...Fransanın alnına 
ləkə vuruldu. Ta rix belə ictimai cinayətin 
sizin prezidentliyiniz dövründə işləndiyini 
yazacaqdır. ...Həqiqəti danışacağam. …
Danışmaq vəzifəmdir. Cinayətə ortaq ol maq 
istəmirəm. Yoxsa gecələrim işləmədiyi bir 
cinayətə görə işgəncələrin ən qorxuncunu 
çəkən günahsız bir insanın görüntüsündən 
qurtula bilməz. …Fransanın başına bəla 
kəsilən ədalətsizlik xəstəliyi özünü göstərə-
cəkdir. …Dreyfus ...kilsə şəraitinin “pis yə-
hudi” ovunun qurbanı olmuşdur. Bu hadisə 
döv rümüzün üz qarasıdır".
Yazıçının  mövqeyini  necə  dəyərlən-
dirirsiniz?
?
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə