Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


Bərk cisimlərin anizotropluğu



Yüklə 18,4 Mb.
səhifə32/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

3.4.Bərk cisimlərin anizotropluğu
Bərk cisimlərin xassələri kristal oxlarına görə istiqamətdən asılı olarsa, belə bərk maddələr anizotrop maddələr adlanır. Kristal maddələrin hamısı anizotropdur. Yəni, onların müxtəlif xassələri, bunlardan elektrik və istilik keçiriciliyi, xətti genişlənmə əmsalı, kristalda işığın yayılma sürəti, kristal oxlarına görə istiqamətdən asılı olaraq dəyişir. Məsələn, laylı kristal quruluşuna malik maddələr qızdırıldıqda, istidən genişlənmə laylar istiqamətində zəif, laylara perpendikulyar istiqamətdə isə güclü gedir.

Texnikanın müxtəlif sahələrində yəni yarımkeçiricilərin elektronikası, radiotexnika, optik kvant generatorların hazırlanmasında və digər sahələrdə kristalların anizatropluğundan geniş istifadə olunur. Bircinsli kristallik maddənin kristal quruluşunun paralel istiqamətləri boyu bərabər (eyni) xassələrə və paralel olmayan istiqamətlər boyu isə qeyri bərabər (müxtəlif) xassələrə malik olması həmin maddənin anizotropluğudur. Anizotropluğu qeyri-bərabər xassəlik kimi adlandırmaq olar. Şəbəkə formalı kristal qəfəsə malik maddələrdə anizotropluq xassəsi mövcud olur. Şəbəkənin paralel sıraları boyu hissəciklərin yerləşməsi ciddi şəkildə eyni olduğundan bu sıralar boyu kristal maddənin xassələri də eyni olur. Paralel olmayan sıralar boyu isə hissəciklər arasındakı məsafələr eyni olmadığından bu istiqamətlər üzrə kristal maddənin xassələri müxtəlif olur.







kristal

amorf

Şəkil3.2. Anizotropluğun təsviri





Şəkil 3.3.Xörək duzu kristalının müxtəlif istiqamətlərdə möhkəmliyinin sxematik təsviri



Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə