Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


XI. FAZA DİAQRAMLARININ TƏFSİRİ



Yüklə 18,4 Mb.
səhifə90/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

XI. FAZA DİAQRAMLARININ TƏFSİRİ
11.1.Komponentlər və fazalar haqqında anlayış
Komponentlər fərdi maddələr olub, ən az miqdarda götürüldükdə belə, bütöv sistemin qurulmasına kifayət edir. Bu halda sistemin tarazlıqda olduğu nəzərdə tutulur. Bunun daha sadə tərifi aşağıdakı kimidir: komponentlər sistemin asılı olmayan tərkib hissələridir.

Bir neçə misal vasitəsilə komponentin tərifini aydınlaşdıraq: duz və su ilə əmələ gələn sistemdə hər iki tərkib hissəni komponent kimi qəbul etmək lazımdır. Belə ki, onların miqdarlarını bir-birindən asılı olmayaraq dəyişmək olar və onların hər biri sistemin qurulması üçün lazımdır. İndi isə kalsium karbonat, kalsium oksid və karbon qazından ibarət olan sistemə baxaq. Bu sistemdə aşağıdakı tənlik üzrə reaksiya gedə bilər.

CaO + CO2 = CaCO3
Bu halda bütöv sistemin əmələ gəlməsi üçün 2 maddə kifayətedir, məsələn: CaO və CO2. Ona görə də, sistemi təşkil edən üç tərkib hissəsindən yəni, CaO, CO2 və CaCO3-dən yalnız ikisini komponent hesab etmək olar. Bu tərkib hissələrdən hansıların komponent kimi qəbul olunması prinsip etibarı ilə əhəmiyyət kəsb etmir. Əgər biz verilmiş sistemi CaO və CO2 vasitəsilə qursaq, onda CaCO3 onların birləşməsi nəticəsində alınar; əgər sistemi CaCO3 və CaO vasitəsilə qursaq, onda CO2, CaCO3 – ın dissosasiyası nəticəsində əmələ gələr; əgər sistemi CaCO3 və CO2 vasitəsilə qursaq, onda CaO, CaCO3 – ın parçalanması nəticəsində əmələ gəlir. Bu misaldan görünür ki, sistemdə olan komponentlərin sayı sistemin tərkib hissələrinin sayına bərabər və ya ondan az ola bilər. Əgər sistemdə kimyəvi reaksiyaların getməsi baş vermirsə, onda komponentlərin sayı sistemi təşkil edən tərkib hissələrin sayına bərabər olur. Sistemin tərkib hissələri dedikdə onu əmələ gətirən elə maddələr başa düşülür ki, həmin maddələrin izolə olunmuş vəziyyətdə mövcud olması mümkün olsun. Belə sistemlər fiziki sistemlər və ya I sinif sistemlər adlanır.

Əgər sistemdə kimyəvi reaksiyanın getməsi baş verə bilərsə, onda komponentlərin sayı, sistemin tərkib hissələrinin sayından həmin sistemdə gedə bilən asılı olmayan reaksiyaların sayı qədər az olar. Belə sistemlər kimyəvi sistemlər və ya II sinif sistemlər adlanır.

Komponentlərin sayına görə sistemlər birkomponentli (unar), ikikomponentli (binar), üçkomponentli (üçlü) və s. ola bilər:

Öz aralarında termodinamik tarazlıqda olan, bircinsli sistemlərin məcmusu faza adlanır. Beləliklə, tarazlıqda olan heterogen sistem bir neçə fazadan ibarət olur. Yəni, minimum 2 fazadan ibarət olur.

Əgər sistemdə, tərkibi və termodinamik xassələri eyni olan bir neçə bircinsli hissələr vardırsa, onda onların hamısı bir faza əmələ gətirir. Bu tip faza vahid kütlədən ibarət olarsa ekstensiv, çoxlu sayda kütlələrdən ibarət olarsa intensiv faza adlanır. Məsələn: suda olan bir ədəd buz kütləsi (ekstensiv faza) və ya suda olan çoxlu sayda buz kütlələri (intensive faza).


Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə