11.2. Evtektika və onun təbiəti
Evtektik tərkib, bərk halda bir-birində nisbətən pis həll olan iki maddə (element və ya birləşmənin) sistemində ən aşağı və sabit temperaturda əriyən tərkibdir.
Evtektikanı komponentlərin eyni vaxtda və eyni bir temperaturda əriyən, narın paylanmış kristalları təşkil edir. Kimyəvi birləşmələrdə olduğu kimi, evtektikanın ərimə temperaturu onu əmələ gətirən komponentlərin hər ikisinin ərimə temperaturundan xeyli aşağı olur. Məsələn, bismut (Bi) və kadmium (Cd) metallarının ərimə temperaturları müvafiq olaraq 2710C və 3270C-yə bərabərdir. Həmin metalların evtektik tərkibi (60% Bi + 40% Cd) isə 1460C-də əriyir. Sadə evtektikanın əmələgəlmə sisteminin kristallaşma diaqramı aşağıdakı şəkildə göstərilmişdir (Şəkil 11.1). Bundan başqa litium-xlorid (LiCl) və kalium-xloridin evtektik tərkibli qarışığı 3500C-də əridiyi halda, onların ayrı-ayrılıqda əriməsi təxminən 2 dəfə artıq temperatur tələb edir, yəni LiCl-in ərimə temperaturu 6140C KCl-in ərimə temperaturu 7760C təşkil edir. Evtektika tərkibcə, adətən temperaturu nisbətən aşağı olan komponentə yaxın olur. Məsələn, qurğuşun (600,60C) və stibiumun (9030C) evtektik tərkibi (87% Pb + 13% Sb) 2460C-də əriyir, yəni o tərkibcə qurğuşuna yaxındır.
Şəkil 11.1. Sadə evtektikanın əməmləgəlmə sisteminin
kristallaşma əyrisi
Evtektikanın təbiətini dərindən öyrənmək üçün müasir şəraitdə də tədqiqat işləri aparılır. Lakin evtektik tərkibə malik qarışıqlar bir sıra sahələrdə müəyyən əməli əhəmiyyət kəsb edir. Bi (45,3%), kadmium (12,3%), qurğuşun (17,9%) qalay (24,5%) 700C-də əriyən evtektik ərinti əmələ gətirir ki, ondan da elektrik qoruyucuları hazırlanır. Alüminiumun silisium ilə əmələ gətirdiyi evtektik ərinti təyyarə mühərrikinin bəzi hissələrinin hazırlan-masında geniş istifadə olunur.
Dostları ilə paylaş: |